Məhkəmə qərarları › İş №3(023)-7/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-7/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-7/2024 26.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədriliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi ilə xx xxxxxxxx 1981-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 03 noyabr 2023-cü il tarixdə saat 15:00 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələrkən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı-Körpü” gömrük sərhəddini keçən zaman üzərində “SİR” yazısı olan boş karton qutu 360 (üç yüz altmış) ədəd, üzərində “JET” yazısı olan boş karton qutu 140 (bir yüz qırx) ədəd, üzərində heç bir yazı qeyd edilməmiş 40 (qırx) ədəd karton qutuya bənzər predmetləri bəyan etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi 26 dekabr 2023-cü il tarixli məktubla inzibati materialı məhkəməyə göndərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq TGİ-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 03 noyabr 2023-cü il tarixdə Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun inspektoru X1, Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna təhkim olunmuş inspektoru X2 iştirakı ilə tərtib etidiyi gömrük yoxlaması haqqında protokoldan müəyyən edilir ki, 03 noyabr 2023-cü il tarixdə, saat 15:00 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələn “DAF FTXF 105.460” markalı 77KY485/99YD485 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində mal-müşayiət sənədlərində göstərilməyən, gömrük orqanlarına bəyan edilməyən “SİR” yazısı olan boş karton qutu 360 (üç yüz altmış) ədəd, üzərində “JET” yazısı olan boş karton qutu 140 (bir yüz qqırx) ədəd, üzərində heç bir yazı qeyd edilməmiş 40 (qırx) ədəd karton qutuya bənzər predmetlər aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8589 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3 ədəd fotoşəkillərə əsasən üzərində “SİR”, “JET” yazıları olan və heç bir yazı olmayan karton qutular satış üçün nəzərdə tutulmadığından onlar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə etdiyi “DAF FTXF 105.460” markalı 77KY485/99YD485 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “DAF FTXF 105.460” markalı 77KY485/99YD485 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədəuyğun deyildir. Odur ki, inzibati xəta törətmiş Şəxs həmin maddə ilə təqsirli bilinməli, inzibati xətanın obyekti olan, üzərində “SİR” yazısı olan boş karton qutu 360 (üç yüz altmış) ədəd, üzərində “JET” yazısı olan boş karton qutu 140 (bir yüz qırx) ədəd, üzərində heç bir yazı qeyd edilməmiş 40 (qırx) ədəd karton qutuya bənzər predmetlər müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan, üzərində “SİR” yazısı olan boş karton qutu 360 (üç yüz altmış) ədəd, üzərində “JET” yazısı olan boş karton qutu 140 (bir yüz qırx) ədəd, üzərində heç bir yazı qeyd edilməmiş 40 (qırx) ədəd karton qutuya bənzər predmetlər müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar