Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 3(023)-71/2024 13.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 29 fevral 2024-cü il tarixli, EQ 19705571 saylı inzibati tənbeh verilməsi haqqında qərarından barəsində inzibati icraat aparılan şəxs X2 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 29 fevral 2024-cü il tarixli, EQ 19705571 saylı inzibati tənbeh verilməsi haqqında qərarına əsasən X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 29 fevral 2024cü il tarixli, EQ 19705571 saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 çıxış edərək bildirmişdir ki, Gəncə şəhəri X8 küçəsi, 1-ci döngə, ev 10 ünvanında qeydiyyatda olmaqla yaşayır. Ona görə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 29 fevral 2024-cü il tarixli, EQ 19705571 saylı inzibati tənbeh verilməsi haqqında qərarından vermiş olduğu şikayəti baxılması üçün yaşayış yeri üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmiş və bu barədə yazılı vəsatətini məhkəməyə təqdim etmişdir. Məhkəmə şikayət vermiş şəxsin çıxışını dinləyib, verilmiş vəsatəti tədqiq edib hesab edir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 29 fevral 2024cü il tarixli, EQ 19705571 saylı inzibati tənbeh verilməsi haqqında qərarından verdiyi şikayət aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarına dair elektron çıxarışdan görünür ki, X1 şəhəri X8 küçəsi, 1-ci döngə, ev 10 ünvanında qeydiyyatda olmaqla yaşayır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 109, 110, 118 və 129.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 29 fevral 2024-cü il tarixli, EQ 19705571 saylı inzibati tənbeh verilməsi haqqında qərarından verdiyi şikayət aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-71/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №3(023)-71/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver