Məhkəmə qərarları › İş №3(023)-72/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-72/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-72/2024 12.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxs və İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə xx xxxx 2000-ci ildə Qazax rayonu Hüseynbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Qazax rayonu Hüseynbəyli kəndində qeydiyyatda olmaqla Qazax rayonu Qarapapaq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 04 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 fevral 2024-cü il tarixdə, saat 10:30 radələrində qaynatası X3 ilə birlikdə Qazax rayonu Ağköynək kəndi ərazisində Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək döymüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs izahatında bildirmişdir ki, Qazax rayonu Hüseynbəyli kəndində qeydiyyatda olmaqla Qarapapaq kəndində yaşayır. Şaiq Ocaqverdiyev onun qaynatası, Zərərçəkmiş şəxs isə arvadının əridir. 01 fevral 2024-cü il tarixdə saat 10 radələrində qaynatası Şaiq Ocaqverdiyevlə birlikdə Qazax rayonu Ağköynək kəndində yerləşən bulaqdan su götürüb yaşadığı evə gələn zaman küçədə Zərərçəkmiş şəxsla qarşılaşmışlar. Babək onların ünvanına nəlayiq ifadələr işlətmiş, aralarında mübahisə yaranmış, bu zaman o əsəbləşərək Babəkin sifət nahiyəsinə yumruqla vurmuş, qaynatası Şaiq Ocaqverdiyev isə əlində olan ağac parçası ilə Babəki vurmuş və Zərərçəkmiş şəxs xəsarət almışdır. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Qazax rayonu Ağköynək kəndində yaşayır. Şaiq Ocaqverdiyev onun keçmiş qaynatası, Şəxs isə onun keçmiş arvadının əridir. Onun ailəsinin dağılması səbəb Şəxs olmuşdur. 01 fevral 2024-cü il tarixdə Qazax rayonu Ağköynək kəndində küçədə Şaiq Ocaqverdiyev və Şəxslə qarşılaşmışdır. Bu zaman Şaiq Ocaqverdiyev ona qarşı nəlayiq ifadə işlətmişdir. Aralarında söz mübahisəsi yaranmışdır. Bu zaman Eltac onu yumruqla vurmuş, Şaiq isə əlindəki ağac parçası ilə onun baş nahiyəsinə vurmuşdur. Həmin zərbələrin təsirindən o xəsarət almışdır. Hazırda Şəxs şikayətçidir. Əfqan Xuduyevə cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 fevral 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 və Şəxs əməllərində cinayət tərkibi olmadığı üçün barələrində cinayət işinin başlanılması rədd edilmiş, X3 və Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində göstərilən “inzibati xətanı törətdiklərindən barələrində inzibati qaydada tədbir görülməsi üçün Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 02 fevral 2024-cü il tarixli, 24 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər: Alın nahiyəsinin, sol əlin 3-cü barmağının arxa səthinin sıyrıqları və sol qaş nahiyəsinin, sağ göz yarığının bayır bucağının qançırları, sol bazunun, sol saidin, sol budun və sol baldırın qançırları, küt əşyanın təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2024cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı X2 verdiyi 04 mart 2024-cü il tarixli arayışdan görünür ki, Şəxs ƏƏSMN-yi tabeliyində DSMF PHŞ-in 1 saylı X1 (orqanizim funksiyalarının 31-60 faiz pozulmasına görə) 3-cü dərəcəli əlil olduğuna görə 150 manat müddətsiz sosial müavinət alır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs izahatlarını dinləyib və iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, toplanmış sübutlarla, yəni barəsində inzibati icraat aparılan şəxsin etiraf edici izahatı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, ekspert rəyi və işdə olan digər sənədlərdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də, o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 01 fevral 2024-cü il tarixdə, saat 10:30 radələrində qaynatası X3 ilə birlikdə Qazax rayonu Ağköynək kəndi ərazisində Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olması və 3-cü qrup əlil olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, iş üzrə məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar