Məhkəmə qərarları › İş №3(023)-73/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-73/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-73/2024 12.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxs və İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx xxxx 1968-ci ildə Ermənistanın İcevan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Qazax rayonu Qarapapaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 04 mart 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 fevral 2024-cü il tarixdə, saat 10:30 radələrində kürəkəni X2 ilə birlikdə Qazax rayonu Ağköynək kəndi ərazisində keçmiş kürəkəni Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Faktla bağlı Qazax Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində olan inzibati xəta haqqında material baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs izahatında bildirmişdir ki, Qazax rayonu Qarapapaq kəndində yaşayır. Eltac Xuduyev onun indiki kürəkəni, Zərərçəkmiş şəxs isə keçmiş kürəkənidir. 01 fevral 2024-cü il tarixdə saat 10 radələrində kürəkəni Eltacla birlikdə Qazax rayonu Ağköynək kəndində yerləşən bulaqdan su götürüb yaşadığı evə gələn zaman küçədə keçmiş kürəkəni Zərərçəkmiş şəxsla qarşılaşmışdır. Babək onların ünvanına nəlayiq ifadələr işlətmiş, bu zaman Eltacla Babək dalaşmışdır. Həmin vaxt o əlində olan ağac parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə vurmuş və Zərərçəkmiş şəxs xəsarət almışdır. Əlavə olaraq bildirmişdir ki, hazırda Zərərçəkmiş şəxsla öz aralarında razılaşaraq barışmışdır. Babəkin ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Qazax rayonu Ağköynək kəndində yaşayır. Şəxs onun keçmiş qaynatası, Eltac Xuduyev isə onun keçmiş arvadının əridir. 01 fevral 2024-cü il tarixdə Qazax rayonu Ağköynək kəndində küçədə Şəxs və Eltac Xuduyevlə qarşılaşmışdır. Bu zaman Şəxs ona qarşı nəlayiq ifadə işlətmişdir. Aralarında söz mübahisəsi yaranmışdır. Bu zaman Eltac onu yumruqla vurmuş, Şaiq isə əlindəki ağac parçası ilə onun baş nahiyəsinə vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar hazırda Şəxs ilə barışmışdır. Şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona görə də Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 fevral 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs və X1 əməllərində cinayət tərkibi olmadığı üçün barələrində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs və X2 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində göstərilən “inzibati xətanı törətdiklərindən barələrində inzibati qaydada tədbir görülməsi üçün Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 02 fevral 2024-cü il tarixli, 24 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər: Alın nahiyəsinin, sol əlin 3-cü barmağının arxa səthinin sıyrıqları və sol qaş nahiyəsinin, sağ göz yarığının bayır bucağının qançırları, sol bazunun, sol saidin, sol budun və sol baldırın qançırları, küt əşyanın təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2024cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə verərək zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbinin olmadığını bildirərək barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Şəxs ilə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirərək Şəxs barəsində olan inzibati iş üzrə ictaata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş həmin ərizələr barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs tərəfindən şəxsən imza edilmişdir. Göründüyü kimi barəsində inzibati icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə razılığa gəlmiş, sonuncunun hazırda ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ilə Zərərçəkmiş şəxs barışmalarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlərə əsasən inzibati xəta törətmiş şəxs Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar