Məhkəmə qərarları › İş №3(023)-74/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-74/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-74/2024 27.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Qazax Rayon Prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X2 Zərərçəkmiş şəxs və Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Qazax rayonu Yuxarı Salahlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 334.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Qazax Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı material baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Qazax Rayon Prokurorunun xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs 12 fevral 2024-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi Scania markalı **-XK- *** dövlət qeydiyyat nişanlı avtomobili onun icazəsi ilə sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edərək sonuncunu Qazax rayon, Daş Salahlı kəndi ərazisində çöl sahəsinə aparmış və aralarında yaranmış şəxsi münasibətlər zəmnində bədəninin müxtəlif nahiyyələrinə qəsdən fiziki ağrı yetirərək döymüşdür. Məhkəmə iclasında Qazax rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X3 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara uyğun çıxış edərək barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh təyin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Qazax rayonu Yuxarı Salahlı kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs həmkəndlisidir. Münsaibətləri yaxışı olmuşdur. Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi Scania markalı **-XK-*** dövlət qeydiyyat nişanlı yük maşını firmaya məxsusdur və İsanın istifadəsindədir. 12 fevral 2024-cü il tarixdə saat 15 radələrində görüşmüş, həmin vaxt İsa içkili olmuş, ondan avtomobilini idarə etməkdə köməklik istəmiş, onlar birlikdə kafeyə gedərək yemək yeyib spirtli içki qəbul etmişlər. Həmin gün saat 18 radələrində İsa ondan onu Qazax rayon, Daş Salahlı kəndinə aparmasını istəmişdir. O, İsanın etibarnamə əsasında idarə etdiyi Scania markalı **-XK-*** dövlət qeydiyyat nişanlı yük maşını idarə etmiş, İsa isə onun yanında əyləşmişdir. Həmin gün təxminən saat 20:00 radələrində Qazax rayon, Daş Salahlı kəndinə gedən zaman yolda aralarında mübahisə yaranmış, onlar Daş Salahlı kəndi ərazisində avtomobildən düşərək dalaşmışlar. Dava zamanı o İsanı yumruqla vurmuş, zərbənin təsirindən İsa yerə yıxılmış və xəsarət almışdır. Hazırda törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmiş, üzr istəmiş, onunla barışmış, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbləri yoxdur. Odur ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməsini, İXM-nin 334.1-ci maddəsi ilə barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Qazax rayonu Yuxarı Salahlı kəndində yaşayır. Şəxs onun həmkəndlisidir, münasibətləri yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində onlar birlikdə kafeyə gedərək yeyib-içmişlər. Yeyib-içdikdən sonra özünü maşını idarə edə biləcək vəziyyətdə hiss etmədiyi üçün Xanların nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsinin olduğunu düşünərək sərxoş halda maşını idarə etməsinə razılıq vermiş və onu evə aparmasını istəmişdir. Xanlar avtomobili idarə etmiş, o Xanların yanında əyləşmişdir. Evə gedən zaman Xanlarla aralarında mübahisə yaranmış, onlar avtomobildən düşərək dalaşmışlar. Xanlar onu yumruqla vuraraq xəsarət yetirmiş, zərbənin təsirindən o müvazinətini itirib yerə yıxılmış, o yerdə olan zaman Xanlar baş , boyun və bel nahiyyələrinə təpik vurmuş, bundan sonra onun maşınını idarə edərək Qazax rayon, Yuxarı Salahlı kəndi istiqamətində getmiş və onun çağırışlarına məhəl qoymamışdır. Buna görə də, o DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hazırda Şəxs ona dəymiş ziyanı ödəmiş, ondan üzr istəmiş, Şəxsla barışmış, sonuncudan heç bir şikayəti və tələbi yoxdur. Odur ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə olan iş üzrə icraata xitam verilməsini, İXM-nin 334.1-ci maddəsi ilə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 237 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ almacıq nahiyyəsinin qançırı, küt əşyanın təsirindən törəndiyi, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə əmələ gəlməsi göstərilməklə qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax rayon Psixiatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli 14№li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, hadisə zamanı Şəxs orta dərəcə sərxoş olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Polis Şöbəsinin DYPB-nin məktubdan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürüclük vəsiqəsi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 21 fevral 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış ilkin yoxlama materialı üzrə Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 336.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində Həmin maddə ilə inzibati icraat açılması üçün qərar Qazax rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Prokurorunun xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs brəsində Azərbaycan Respublikası İXM-nin 157 və 334.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə Qazax rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X1 çıxışını, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Məhkəmə baxışı zamanı barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə verərək zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbinin olmadığını bildirərək barəsində İXM-nin 157-ci maddəsi olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Şəxs heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində İXM-nin 157-ci maddəsi ilə olan inzibati iş üzrə ictaata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş həmin ərizələr barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs tərəfindən şəxsən imza edilmişdir. Göründüyü kimi barəsində inzibati icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə razılığa gəlmiş, dəymiş ziyanı ödəmiş, sonuncunun hazırda ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ilə Zərərçəkmiş şəxs barışmalarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlərə əsasən inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bundan başqa məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı zərərçəkmiş şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında icraat başlanılması haqqında qərar, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 12 fevral 2024-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi Scania markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobili onun icazəsi ilə sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edərək sonuncunu Qazax rayon, Daş Salahlı kəndi ərazisində çöl sahəsinə aparmış və aralarında yaranmış şəxsi münasibətlər zəmnində bədəninin müxtəlif nahiyyələrinə qəsdən fiziki ağrı yetirərək döymüşdür. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, iş üzrə məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli 27 mart 2024-cü il tarixdən hesablanmalı və qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 112, 114, 115, 117, və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 05 (beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 27 mart 2024-cü il tarixdən, saat 17:20-dən hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar