Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-76/2024 07.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxs İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə 05 yanvar 1985-ci ildə Qazax rayonu Musaköy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Qazax rayonu Xanlıqlar kəndində qeydiyyatda olmaqla və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq,məhkəmə müyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 07 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 yanvar 2024-cü il tarixdə, saat 23:30-da Qazax rayonu Xanlıqlar kəndi ərazisində Zərərçəkmiş şəxs məxsus torpaq sahəsindən 32 ədəd xurma tinglərini oğurlamışdır. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs izahat verərək göstərmişdir ki, Qazax rayonu Xanlıqlar kəndində yaşayır. Heç bir yerdə rəsmi olaraq işləmir. Zərərçəkmiş şəxs X3 tanıyır, həmkəndlidirlər. xx.xx.2024-cü il tarixdə Qazax rayonu Xanlıqlar kəndində yaşadığı evdə spirtli içki qəbul etmişdir. Təxminən 23:30 radələrində evdən çıxaraq piyada kəndin ərazisində yolun kənarı ilə gedən zaman kənd sakinlərinə məxsus torpaq sahələrində yeni salınmış bağ sahəsini görmüşdür. Həmin torpaq sahəsinin kimə məxsus olmasını bilməmişdir. Həmin torpaq sahəsində əkilmiş xurma tinglərini çıxardıb sataraq pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə 30-35 ədəd tingi çıxarıb yaşadığı evə gətirmişdir. Səhəri gün həmin tingləri sata bilməyəcəyini düşünüb həmin tingləri qıraraq kəndin ərazisindən keçən çaya tökmüşdür. Sonralar ona məlum olmuşdur ki, oğurluq etdiyi torpaq sahəsi həmkəndlisi Zərərçəkmiş şəxs məxsusdur. Dəymiş ziyanı ödəməmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Qazax rayonu Xanlıqlar kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Onun Qazax rayonu Xanlıqlar kəndində 0,5 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsində xurma ştili əkmişdir. Ştilləri əkdikdən sonra hər gün həmin torpaq sahəsinə nəzarət edirmiş. xx.xx.2024-cü il tarixdə axşam saatlarında yenədə həmin torpaq sahəsinə gedərək ştilləri yoxlamışdır. Həmin vaxt ştillər hamsı yerində olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində yenə torpaq sahəsinə gedən zaman ştillərin bəzilərinin yerində olmadığını və torpaqda ayaq izləri olduğunu görmüşdür. Ştillərin oğurlandığını bilərək dərhal DİN-nin 102 xidmətinə məlumat vermişdir. Daha sonra ştilləri saymış və 32 ədəd xurma ştilinin oğurlandığı ona məlum olmuşdur. Həmin ştillərin bir ədədini 2 manat 80 qəpiyə almışdır. Oğurluq nəticəsində ona ümumlikdə 32 ştil üçün 89 manat 60 qəpik maddi ziyan dəymişdir. Sonralar ona məlum olmuşdur ki, oğurluq edən şəxs həmkəndlisi Şəxsdur. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Şəxs şikayətçidir. Şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “PAKİ GROUP MMC” Müstəqil Qiymətləndiricinin verdiyi xx.xx.2024-cü il tarixli 11/2024 saylı qiymətləndirmə rəyindən görünür ki, 32 ədəd 02 illik uzunluğu 1.20 metr olan xurma tinglərinin 2024-cü ilin yanvar ayı üçün hər birinin real bazar qiyməti 2.80 AZN olmaqla ümumlikdə 89.60 AZN təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 31 yanvar 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından fakt üzrə cinayət işinin başlanılması rədd edilmiş, hadisəni törətmiş şəxs və ya şəxslərin tapılması və Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində sonrakı müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 31 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraat açılması haqqında qərardaddan görünür ki, Qazax RPŞ-nin TB-nin qərarı əsasında inzibati iş üzrə icraat açılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ƏƏSMN-yi tabeliyində DSMF Publik hüquqi şəxsin 1 saylı X2 verdiyi 25 yanvar 2024-cü il tarixli arayışdan görünürki, Şəxs ƏƏSMN-yi tabeliyində DSMF Publik hüquqi şəxsin 1 saylı X1 heç bir növ əmək pensiyası, sosial müavinət və təqaüd almır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 20 yanvar 2024-cü il tarixdə, saat 23:30-da Qazax rayonu Xanlıqlar kəndi ərazisində Zərərçəkmiş şəxs məxsus torpaq sahəsindən 32 ədəd xurma tinglərini oğurlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olması iş üzrə cəzasını yüngülləşdirən haldır. İş üzrə məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İnzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını, onun təqsirlilik dərəcəsini, şəxsiyyətini, həmçinin, oğurluq hadisəsi zamanı zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli 07 mart 2024-cü il tarixdən, saat 16:40-dan hesablanmalı, qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilməli və zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 07 mart 2024-cü il tarixdən, saat 16:40-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-76/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-76/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver