Məhkəmə qərarları › İş №3(023)-77/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-77/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-77/2024 11.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və İnzibati xəta haqqında protokol tərtib etmiş Qazax RPŞ-nin DYPB-nin inspektoru X3 iştirakları ilə, xx xxxxxxxx 2004-cü ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Qazax rayonu Kosalar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis şöbəsindən daxil olmuş materialdan görünür ki, Şəxs 11 mart 2024-cü il tarixdə saat 11:30 radələrində VAZ 21074 markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri ərazisində mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, işıqforun qadağan edici işarəsində keçmiş və təhlükəli manevrlər etmişdir. Bununla bağlı Şəxs barəsində İXP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş protokol tərtib etmiş şəxs Qazax RPŞ-nin DYPB-nin inspektoru X5 izahat verərək bilmişdir ki, Şəxs 11 mart 2024-cü il tarixdə saat 11:30 radələrində VAZ 21074 markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri ərazisində mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, işıqforun qadağan edici işarəsində keçmiş və təhlükəli manevrlər etmişdir. Ona görə də, Şəxs barəsində protokol tərtib etmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirdi ki, Qazax rayonu Kosalar kəndində qeydiyyatda olmaqla yaşayır. Subaydır, heç bir yerdə işləmir, əlilliyi yoxdur, heç bir növ sosial müavinət və pensiya almır. Nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. 11 mart 2024-cü il tarixdə, saat 11 radələrində idarə etdiyi özünə VAZ 21074 markalı, **-HP-*** dövlət nömrə nişanlı avtomobil ilə Qazax şəhəri ərazisində hərəkətdə olan zaman avtomobili yüksək surətlə sürmüş, asfaltda təkər izləri buraxmış, işıqforun qadağan edici işığında keçmiş, həmçinin avtomobilində perodok olmuşdur. Nəqliyyat vasitəsini bu cür idarə etməkdən xoşu gəlir. Həmin vaxt DYPB-nin əməkdaşları ona saxla komandası vermiş, lakin o qorxduğu üçün avtomobili saxlamamışdır. Hazırda törətdiyi əmələ görə peşmandır. Qanunamüvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax RPŞ-nin DYPB-nin inspektoru Şahid1 izahat verərək bildirmişdir ki, VAZ 21074 markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əvvəllər tanımamışdır. Şəxs 2023-cü ilin oktyabr və dekabr aylarında sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyini görə protokol yazılmışdır. Mütamadi olaraq yol hərəkət qaydalarını pozur. Sonuncu dəfə 11 mart 2024-cü il tarixdə Qazax şəhəri ərazisində işıforun qadağan edici işarəsində keçmiş, idarə etdiyi avtomobili patrul avtomobilinin üzərinə sürmüş, saxla işarəsinə məhəl qoymamış və təhlükəli hərəkətlər edərək avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax RPŞ-nin DYPB-nin əməkdaşı Şahid2 izahatında digər Şahid1lə eyni məzmunlu izahat verərək deyilənləri bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DVD diskdə olan videodan görünür ki, Şəxs VAZ 21074 markalı, **-HP-*** dövlət nömrə nişanlı avtomobil ilə qeyd edilən inzibati xəta hadisəsini törətmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X2 verdiyi 11 mart 2024-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 heç bir növ pensiya, sosial müavinət və təqaüd almır. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs 11 mart 2024-cü il tarixdə ayıq olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax RPŞ-nin DYPB-nin verdiyi arayışdan görünür ki, Şəxs idarə etdiyi Vaz-2107 markalı 99HP185 dövlət nömrə nişanlı avtomaşınla qayda pozuntusu etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 332.3 və 342.2.3-cü maddələrinə əsasən dəfələrlə inzibati xəta haqqında protokol tərtib edilmiş və şifahi olaraq bildirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən foto şəkillərdən görünür ki, Vaz-2107 markalı 99HP185 dövlət nömrə nişanlı avtomobildə konsktruksiya dəyişikliyi edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, şahid izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf edici izahatı, şahid izahatları, DVD disk və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 11 mart 2024-cü il tarixdə saat 11:30 radələrində VAZ 21074 markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri ərazisində mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, işıqforun qadağan edici işarəsində keçmiş və təhlükəli manevrlər etmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsi iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli 11 mart 2024-cü il tarixdən, saat 19:20-dən hesablanmalı, qərarın icrası inzibati həbs hissədə Qazax Rayon Polis Şöbəsinə və nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması hissədə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Qeydiyyat və İmtahan Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinsin, nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 11 mart 2024-cü il tarixdən, saat 19:20-dən hesablansın. Qərarın icrası inzibati həbs hissədə Qazax Rayon Polis Şöbəsinə, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması hissədə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Qeydiyyat və İmtahan Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar