Məhkəmə qərarları › İş №3(023)-78/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-78/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-78/2024 03.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm ev 52A mənzil 33-də yerləşən Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 487.4 və 491.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP0085903 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nizami rayonu Süleyman Rüstəm küçəsi ev 52A, mənzil 33-də qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasında qeydiyyatda olan “X3 və DİŞ Ticaret Anonim Şirkəti” tərəfindən göndərilmiş , mal-müşaiyət sənədlərinə əsasən (GİB**********001 saylı İnvoys, 001 nömrəli SMR və **********4248 nömrəli qısa idxal bəyannaməsi) ümumi dəyəri 8400 ABŞ dolları olan ümumi çəkisi 1.726.15 kq, 30000 (otuz min) ədəd cücə yükünü xx.xx.2024-cü il tarixdə “Qırmızı Körpü” gömrük postundan idxal etmiş və yükün daşındığı “mercedes benz” markalı 34FJ033 nömrə nişanlı yük nəqliyyat vasitəsinin beynəlxalq daşınmaları həyata keçirməsi üçün icazə sənədinin olmadığı səbəsindən nəqliyyat vasitəsi yüklə birlikdə dayanacağa yerləşdirilməsinə qərar verilmiş, lakin sürücü Azərbaycan Respublikası vətəndaşı X2 idarə etdiyi qeyd olunan nəqliyyat vasitəsini təyin olunmuş yerdə saxlamamış və gömrük orqanın icazəsi olmadan idxalatçının ünvanına aparmışdır. Araşdırma ərzində X1 izahatı alınmış və izahatında idaxl etdiyi yükü digər sürücü yoldaşı X5 Respublikasından götürdüyü, xx.xx.2024-cü il tarixdən “Qırmızı Körpü” gömrük postuna daxil olduğunu idarə etdiyi “Mercedes Benz” markalı 34FJ033 nömrə nişanlı yük nəqliyyat vasitəsinin beynəlxalq daşımaları həyata keçirməsi üçün icazə sənədinin olmadığı barədə gömrük əməkdaşının ona məlumat verdiyini, bu səbəbdən nəqliyyat vasitəsinin saxlanıldığını bundan sonra digər sürücü Elxan Əzimovun hərəkət etmələri üçün gömrük əməkdaşları tərəfindən icazənin verildiyini bildirməsinə inanaraq nəqliyyat vasitəsini terminaldan çıxarmış və idxal olunan yükün əksər hissənin tələf olması səbəbindən Sumqayıt şəhərinə məişət tullantıları atılan əraziyə boşaltdığını bildirmişdir. Buna görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 487.4 və 491.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Şəxs MMC-nin direktoru vəzifəsində işləyir. O, təyyarə vasitəsi ilə Türkiyə Respublikasına getmiş, xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikası Malatya şəhərində 30000 (otuz min) ədəd diri cücə yükünü “Mercedes Benz” markalı 34FJ033 nömrə nişanlı yük nəqliyyat vasitəsinə yüklədikdən sonra, Hopa şəhərinə gəlmiş, sənədləşmə işlərini apardıqdan sonra ona bildirmişlər ki, Azərbaycan gömrüyündə icazə sənədi olmadığına görə 90 ABŞ dolları cərimə ödəyərək keçə biləcəyini bildirmişlər. X4 postunu keçdikdən sonra Azərbaycan Respublikası Gömrük postuna keçmək üçün yaxınlaşmış, lakin icazə verəqəsinin olmadığını bildirərək onu postan buraxmamışlar. Sürücü 17-18 saat saxlanıldıqdan sonra ona getməsi bildirirlmişlər. Sürücü Bakı şəhərinə çatdıqda artıq cücələr tələf olmuşdurlar. Gömrük işçilərinin qanunsuz hərəkətləri nəticəsində 30.000 cücə məhv olmuş, qanunsuz olaraq hərəkətə icazə verməməmklə qanunsuzlu etmişlər.X7 icazə vərəqəsi olmaması bildirilsədə, sözügedən avtomobilə dair daxili və beynəlxalq şəxsi daşımaların həyata keçirilməsi üçün icazə sənədi vardır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdırıb, barəsində inzibati icraat aparılan şəxs Şəxs MMC -nin vəsatətini işdə olan sənədlərlə əlaqəli surətdə tədqiq edib, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC -nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilməlidir. Belə ki, Tovuz Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, **********4248 nömrəli qısa idxal bəyannamə ilə bəyan edilmiş Türkiyə Respublikasından Şəxs MMC ünvanına gələn Azərbaycan respublikası vətəndaşı X1 idarə etdiyi bir günlük cücə yüklü 34FJ033 nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi xx.xx.2024-cü il saat 05:22 radələrində Tovuz Gömrük idarəsinin Qırmızı Körpü gömrük postundan ölkə ərazisinə daxil olmuş. Sənədləşmənin həyata keçirilməsi məqsədi ilə sürücüdən müvafiq sənədlər tələb olunmuş lakin, sürücü avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların həyata keçirilməsi üçün icazə blankının olmadığını bildirmiş, sənədlərin təqdim olunması üçün geri qayıtmasını bildirdikdə sürücü etiraz etmiş, nəqliyyat vasitəsi “Azterminalkompleks” Birliyinin dayanacağına yönəldilmiş, buna baxmayaraq sürücü gömrük orqanına məlumat vermədən nəqliyyat vasitəsini idxalatçının ünvanına aparmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsin məhkəmə iclasında təqdim etdiyi icazə vərəqəsindən müəyyən olunur ki, Türkiyə Respublikası Nəqliyyat və İnfrastruktur nazirliyi Nəqliyyat xidmətlərini tənzimləmə ümumi müdirliyinin verdiyi avtomobil katından müəyyən edilir ki, “Mercedes Benz” markalı 34FJ033 nömrə nişanlı yük nəqliyyat vasitəsi daxili və, və ya beynəlxalq şəxsi daşımaların həyata keçirilməsi üçün verilmişdir. Göründüyü kimi, inzibati xəta haqqında protokolda göstərilən daxili və və ya beynəlxalq şəxsi daşımaların həyata keçirilməsi üçün icazə sənədi olmadığını bildirsə də, Türkiyə Respublikası Nəqliyyat və İnfrastruktur nazirliyi Nəqliyyat xidmətlərini tənzimləmə ümumi müdirliyi tərəfindən “Mercedes Benz” markalı 34FJ033 nömrə nişanlı yük nəqliyyat vasitəsi daxili və, və ya beynəlxalq şəxsi daşımaların həyata keçirilməsi üçün verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində göstərilmişdir ki, Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində göstərilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində Bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 487.4. Gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təyinat yerinə çatdırılmamasına, yaxud itirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin hazırki işin məkəmə tərəfindən tam və obyektiv araşdırılmış halları ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli, EP0085903 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nizami rayonu Süleyman Rüstəm küçəsi ev 52A, mənzil 33-də qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC-nin ünvanına türkiyə Respublikasında qeydiyyatda olan “X3 və DİŞ Ticaret Anonim Şirkəti” tərəfindən göndərilmiş, mal-müşaiyət sənədlərinə əsasən (GİB**********001 saylı İnvoys, 001 nömrəli SMR və **********4248 nömrəli qısa idxal bəyannaməsi) ümumi dəyəri 8400 ABŞ dolları olan ümumi çəkisi 1.726.15 kq, 30000 (otuz min) ədəd cücə yükünü xx.xx.2024-cü il tarixdə “Qırmızı Körpü” gömrük postundan idxal etmiş və yükün daşındığı “Mercedes Benz” markalı 34FJ033 nömrə nişanlı yük nəqliyyat vasitəsinin beynəlxalq daşınmaları həyata keçirməsi üçün icazə sənədinin olmadığı səbəsindən nəqliyyat vasitəsi yüklə birlikdə dayanacağa yerləşdirilməsinə qərar verilmiş, lakin sürücü Azərbaycan Respublikası vətəndaşı X2 idarə etdiyi qeyd olunan nəqliyyat vasitəsini təyin olunmuş yerdə saxlamamış və gömrük orqanın icazəsi olmadan idxalatçının ünvanına aparmışdır. Lakin Türkiyə Respublikası Nəqliyyat və İnfrastruktur nazirliyi Nəqliyyat xidmətlərini tənzimləmə ümumi müdirliyi tərəfindən “Mercedes Benz” markalı 34FJ033 nömrə nişanlı yük nəqliyyat vasitəsinə daxili və, və ya beynəlxalq şəxsi daşımaların həyata keçirilməsi üçün icazə vərəqəsi verilmişdir. Bundan başqa inzibati xəta haqqında protokol tərtib edilən zaman barəsində inzibati icraat aparılan hüquqi şəxsin ünvanı düzgün qeyd edilməmişdir. Lakin səlahiyyətli orqan, yəni Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən yuxarıda göstərilən hallar nəzərə alınmamışdır. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində qeyd olunmuşdur ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, mövcud halda Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə inzibati icraat başlanıla bilməz. Çünki həmin normanın tələbləri MMC tərəfindən pozulmamışdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektik surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri) Beləliklə məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 487.4 və 491.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibtati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 487.4 və 491.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar