Məhkəmə qərarları › İş №3(023)-788/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-788/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-788/2025 06.10.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayət ərizəsinə əlavə etdiyi vəsatətində qeyd etmişdir ki, barəsində qanunsuz və əsassız formada guya AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (xx.xx.2025 tarixli, İXP ******* protokol) törədilməsinə dair qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərardan şikayət təqdim olunmuşdur. Aşağıda qeyd olunan obyektiv səbəblərdən həmin şikayətin AR İnzibati Xətalar Məcəlləsində müəyyənləşdirilmiş 20 (iyirmi) günlük prosesual şikayət vermə müddəti ötürüldükdən sonra təqdim edilməsini nəzərə alaraq, ötürülmüş müddətin üzrlü hesab edilməsi və işin icraata götürülməsinin zəruri olduğunu düşünür. Şikayət ərizəsində də qeyd etdiyi kimi barəsində güya "Yol hərəkəti Qaydaları haqqında" AR Qanununun 60-cı maddəsinin tələbinin pozulması əsası ilə AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə inzibati xəta haqqında elektron protokol tərtib edilib. Qeyd olunan protokol və qərardan AR İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsini rəhbər tutmaqla xx.xx.2025-c il tarixində "Asan Pay" ödəniş sistemi vasitəsilə, xx.xx.2025-ci il tarixində "e-Polis" elektron xidmət portalı üzərindən şikayət ünvanlasa da, AR Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi həmin şikayətini vaxtında cavablandırmamış, şikayətinin nəticəsi ilə 902 "qaynar xətt" vasitəsi ilə maraqlandığı zaman, cavab olaraq bildirilmişdir ki, tez bir zamanda müraciəti cavablandırılacaq. Müraciəti xx.xx.2025-ci il tarixdən (şikayət ünvanlandığı tarixdən təqribən 1 aydan çox müddət) keçməsinə baxmayaraq hazırkı vaxtdadək AR Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi cavablandırılmamış. Əslində inzibati orqanın şikayəti cavablandırılmasını ləngitmiş və araşdırma aparmamışdır. Halbuki tərəfindən şikayət AR İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinin tələblərinə əsasən 20 gün müddət tamam olmadan verilmişdi. İnzibati orqanın cavab məktubu ona təqdim etmədiyindən ağlaban müddətdə Məhkəməyə müraciət etməyini nəzərə almaqla ötürülmüş prosesual müddətin buraxılma səbəblərini üzrlü hesab etməyi onun məhkəməyə müraciət etmək hüququnun təmin olunması və məhkəməyə əlçatanlığın təmin edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edəcəkdir. Belə ki, AR Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin üçüncü hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən buraxılmış prosesual müddətin üzrlü səbəblərdən ötürülməsini nəzərə almaqla bərpa edərək işi baxılması üçün icraata qəbul etməyi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 izahatında bildirdi ki, onun tərəfindən xx.xx.2025-c il tarixində "Asan Pay" ödəniş sistemi vasitəsilə, xx.xx.2025-ci il tarixində "e- Polis" elektron xidmət portalı üzərindən şikayət ünvanlasa ona cavab verilməmiş daha sonra 902 qaynar xətti ilə əlaqə saxlayan zaman ona bildirmişlər ki müvafiq foto və video görüntülər ona təqdim olunacaqdır. Həmin orqanından müvafiq sənədləri və qərarı gözlədiyindən prosesual müddəti ötürmüşdür. Polis orqanı tərəfindən qəbul edilmiş qərarı götürmədən məhkəməyə müraciət edə bilməmiş, vəsatətini müdafiə etdiyi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi məhkəmə iclasınıa nümayəndəsini göndərməmiş göndərməməsinin səbəbləri barədə məhkəməyə məlumat gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, qanunvericilikdə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəbdən buraxıldığından şikayətçi tərəfindən verilmiş buraxılmış müddətin bərpa olunmasına dair vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Məhkəmə şikayətçi Təhmasib Kazımovun inzibati tənbeh vermə haqqında qərardan ilk əvvəl səlahiyyətli orqana şikayət etməsi və müraciətinə veriləcək cavabı gözləməsi səbəbindən, məhkəməyə şikayət vermək üçün nəzərdə tutulan 20 gün müddəti ötürməsinə dair izahatına münasibətdə qeyd edir ki, vətəndaşların müraciətləri haqqında qanunvericiliyin tələbi baxımından vətəndaşların müraciətlərinə dövlət orqanları tərəfindən ən geci 15 iş günü ərzində baxılaraq cavab verilir.Həmin cavabı alıb-almamasından asılı olmayaraq şəxsin sonrakı müddət ərzində məhkəməyə şikayət vermə imkan mövcud olur. Hazırki iş üzrə şikayətçi Təhmasib Kazımovun bu cür hüquqi imkanı mövcud olduğu halda xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə qərarından məhkəməyə uzun müddət keçdikdən sonra yəni xx.xx.2025-ci il tarixdə şikayət etməsi məlum olmuşdur. Qeyd olunan halın mövcudluğu məhkəmə tərəfindən üzürlü səbəb kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli qərardan şikayət verən şəxsə rəsmi qaydada verilsədə Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti üzrlü səbəb olmadan buraxıldığından, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından və buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildiyindən şikayətçi tərəfindən verilmiş vəsatət təmin olunmamaldıır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməsin. Qərardaddan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar