Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-789/2025 26.09.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İnzibati xəta törətmiş şəxs (borclu) Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qazax Rayon İcra və Pobasiya şöbəsinin rəisi X2 iştirakları ilə xx xxxxxxx 1989-cu ildə Qazax rayonu Kosalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Qazax rayonu Kosalar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsinin rəisi X8 tərəfindən tərtib olunmuş 26 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qazax Rayon Məhkəməsinin 2(023)-1115/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-177/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi və Qazax Rayon Məhkəməsinin 2(023)-228/2024 saylı, xx.xx.2024cü il tarixli icra vərəqəsi üzrə yaranmış borcunu ödəməməsi ilə əlaqədar Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Buna görə də, Qazax İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 26 sentyabr 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Qazax Rayon İcra və Pobasiya şöbəsinin rəisi X8 bildirmişdir ki, Qazax Rayon Məhkəməsinin 2(023)-1115/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi 18 noyabr 2022-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Lakin Şəxs tələbkara olan borcunu ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş, icra sənədinin icrasından qəsdən yayınmışıdır. Dəfələrlə xəbərdarlıq, bildiriş göndərilmişdir. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-177/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi 08 fevral 2023-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Lakin Şəxs tələbkara olan borcunu ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş, icra sənədinin icrasından qəsdən yayınmışıdır. Dəfələrlə xəbərdarlıq, bildiriş göndərilmişdir. Həmçinin Qazax Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilərək izahatı alınmışdır. Lakin borclu Şəxs yenədə borcun ödənməsinə laqeydlik göstərmiş, indiyədək icra sənədi üzrə heç bir ödəniş etməmiş və icra məmurunun çağırışlarına gəlməmişdir. Bununla bağlı xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Qazax Rayon Məhkəməsinə təqdimat verilmiş, Qazax Rayon Məhkəməsinin 2(023)- 234/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-228/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi 05 aprel 2025-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Lakin Şəxs tələbkara olan borcunu ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş, icra sənədinin icrasından qəsdən yayınmışıdır. Dəfələrlə xəbərdarlıq, bildiriş göndərilmişdir. Həmçinin Qazax Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilərək izahatı alınmışdır. Lakin borclu Şəxs yenədə borcun ödənməsinə laqeydlik göstərmiş, indiyədək icra sənədi üzrə heç bir ödəniş etməmiş və icra məmurunun çağırışlarına gəlməmişdir. Borclu Şəxs icra vərəqələri üzrə borcunu ödəməsi üçün heç bir təşəbbüs göstərmir. İcra sənədlərinin icrasından üzürsüz səbəbdən boyun qaçırır. Tələbkarlar isə borcun ödənilməsini tələb edirlər. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs (borclu) Şəxs izahat verərək bildirmişdir ki, Qazax rayonu Kosalar kəndində yaşayır. Qazax Rayon Məhkəməsinin 2(023)-1115/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-177/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi və Qazax Rayon Məhkəməsinin 2(023)-228/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqələri üzrə yaranmış borclarını inkar etmir. Maddi imkanı zəif olduğu üçün borcunu ödəyə bilməmişdir. Hazırda onun ümumlikdə 2700 manat məbləğində borcu vardır. Həmin borcu bir dəfəyə ödəməyə maddi imkanı çatmır. Ayda hissə hissə olaraq 200 manat ödəməyə razıdır. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(023)-1115/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs 1215 (min iki yüz on beş) manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 85 (səksən beş) manat və vəkil xərcinə görə ödənilməmiş 60 (altmış) manat pul alınaraq X6 verilməsi qət edilmişdir. İş materiallarında olan Yasmal Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(004)-177/2023 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(023)-228/2024 saylı icra vərəqəsindən görünür ki, Qazax Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2(023)-1559/2018 saylı qətnaməsi ilə Şəxs tutulan alimentin miqdarı dəyişdirilsin və Şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X9 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)- 1115/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-177/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi və Qazax Rayon Məhkəməsinin 2(023)-228/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqələri üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan 27 mart 2023-cü il tarixli tələbin dərhal icra edilməsi haqqında bildirişlərdən görünür ki, Şəxs tələbin dərhal icra edilməsi üçün bildirişlər göndərilmiş, Qazax Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatı alınmış və xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, borclu Şəxs borcunu ödəməsi üçün dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilmişdir. İş materiallarından görünür ki, borclu Şəxs borcunu ödəmədiyi halda inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə Qazax Rayon Məhkəməsinə təqdimat verilmiş, Qazax Rayon Məhkəməsinin 2(023)-234/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Qazax rayon polis şöbəsinin 24 iyul 2025-ci il tarixli məktubundaN görünür ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixdən axtarış işi açılmışdır. Qazax Rayon Məhkəməsinin 2(023)-1115/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-177/2023 saylı xx.xx.2023-cü il tarixli və Qazax Rayon Məhkəməsinin 2(023)-228/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqələri üzrə Qazax Rayon İcra və Probasiya şöbəsində icraatı başlanılmış icra sənədində göstərilən tələbi icra etməsi üçün icra məmuru tərəfindən borclu Şəxs bildiriş göndərilmiş, xəbərdarlıqlar edilmiş, izahatı alınmış lakin borclu Şəxs borcunu tələbkarlara ödəməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnamələrinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Qazax Rayon Məhkəməsinin 2(023)-1115/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-177/2023 saylı xx.xx.2023-cü il tarixli və Qazax Rayon Məhkəməsinin 2(023)-228/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasını təmin etmir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara, göndərilmiş bildirişlərə və digər zəruri icra hərəkətlərinə baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi məbləğdə ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İşdə olan sənədlərdən görünürki Şəxs heç bir əlilliyi yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlilik dərəcəsini, həmçinin Şəxs dəfələrlə xəbərdar edilməsinə və digər zəruri icra hərəkətlərinin edilməsinə baxmayaraq borcunun ödənilməsi üçün heç bir təşəbbüs göstərməməsini, müxtəlif bəhanələrlə bundan yayınmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 26 sentyabr 2025-ci il tarixdən, saat 17:55-dən hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-789/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-789/2025
26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver