Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-794/2025 09.10.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi, Zərərçəkmiş şəxs, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə xx xxx 1970-ci ildə Ağstafa rayonu Tatlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 01 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Qazax rayonu Daş Salahlı kəndində X1 fiziki zor tətbiq edərək döymüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qızı Məmmədova Aytənin baldızıdır. Onunla münasibəti ümumiyyətlə olmayıb. O, 3 ilə yaxındır ki, boşanmış, uşaqları ilə birlikdə Qazax rayonuna gəlmiş va orada qızı bir evdə yaşamışdır. Qızının ailəsində də ona görə narazılıqlar yaşanır, lakin o heç birinə məhəl qoymamışdır. xx.xx.2025-ci il tarixdə qızının yanına getmiş, orada olarkən Aytənlə Lidanın uşaq səbəbindən dalaşdığını görmüşdür. O, hadisəyə müdaxilə etmişdir. Lidayla ilə söz mübahisəsi olmuş, bir-birilərini çəkişdirmişlər, həmin vaxt Lida və o yerə yıxılmış, o da onun üzərinə düşmüşdür. Zərərçəkmiş şəxs nə vurmamış nə də döyməmişdir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs mənim qardaşının qayınanasıdır. Onu təxminən 4 ildir ki, tanıyır, münasibətləri ümumiyyətlə olmayıb. xx.xx.2025-ci i tarixdə yaşadığı evdə qardaşının arvadı X2 onun 4 yaşında olan uşağı ilə kobud rəftar etmiş, oda həmin vaxt Aytənə belə etməməsini, onun uşaq olduğunu bildirmişdir. Sonra orada olar Xatirə onu və ailəsini təhqir etməyə başlamışdır. Həmin vaxt mübahisə yaranmış, Aytən uşağı qucağından almaq istəyən zaman mübahisə yaranmış bir birilərini itələmişlər. Şəxs onu yerə yıxaraq döymüşdür. Hazırda Şəxs şikayətçidir. Şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, Qazax RPŞ-nin Daş Salahlı bölməsində polis leytenantı işləyir. xx.xx.2025-ci i tarixdə Zərərçəkmiş şəxs 102 xidmətinə müraciət etmişdir. Müraciət əsasında onun yaşadığı ünvana getmiş, həmin ünvana daxil olan zaman onların yaşadıqları evdə Zərərçəkmiş şəxs ilə Şəxs mübahisə etdiklərini, mübahisə zamanı bir birilərini itələyib yıxdıqlarını görmüşdür. Şəxs Zərərçəkmiş şəxs döyməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X4 şahid X3 ilə eyni məzmunda ifadə verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 07 avqust 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə əməllərində cinayət tərkibi olmadığı üçün Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş “Döymə” inzibati xətasının tərkib əlamətləri olduğundan onların barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədi ilə qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 04 avqust 2025-ci il tarixli, 284 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər: sağ kürək nahiyyəsinin qançırı, küt əşyanın təsirindən törənmişdirlər. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və şahid izahatlarını dinləyib və iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, toplanmış sübutlarla, yəni barəsində inzibati icraat aparılan şəxsin etiraf edici izahatı, zərərçəkmiş şəxslərin izahatı, şahidin izahatı, inzibati xəta haqqında protokol, ekspert rəyi və işdə olan digər sənədlərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də, o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 02 avqust 2025-ci il tarixdə Qazax rayonunun Daş Salahlı kəndində Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli səmimi etiraf edərək peşman olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, qadın olmasını, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, iş üzrə məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-794/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-794/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver