Məhkəmə qərarları › İş №3(023)-804/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-804/2025

07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-804/2025 07.10.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Protokol tərtib etmiş Qazax RPŞ-nin sahə rəisi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs oğlunun iştirakları ilə, xx.xx.2006-cı ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Qazax şəhəri Ş.Çobanov küçəsi ev 11 mənzil 11A-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 07 oktyabr 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax RPŞ-si tərəfindən tərtib olunmuş 07 oktyabr 2025ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 07 oktyabr 2025-ci il tarixdə Qazax şəhəri, Azadlıq küçəsində yerləşən “Şok” marketin qarşısında ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Qazax RPŞ-nin sahə rəisi X5 izahatında bildirdi ki, Şəxs 07 oktyabr 2025-ci il tarixdə Qazax şəhəri, Azadlıq küçəsində yerləşən “Şok” marketin qarşısında ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğuna görə polis əməkdaşları onu Qazax RPŞ-nə dəvət etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə saat 05:30 radələrində mağazaya gedən zaman dostu İlkinlə rastlaşmışdır. İlkin içkili olduğundan onu evlərinə aparmaq istəmişdir, lakin o içki almaq üçün ŞOK marketə getmişdir. Həmin vaxt o kassada duran şəxsdən içki istəmişdir. Sonradan mağazanın vitrinindən götürdüyü içkini salıb sındırmışdır. Mağazadan çıxanda ona taksi gəldi, aralarında mübahisə yaranmış və ucadan ünvansız söyüşlər söyməyə başlamışlar. Bu zaman ərazidə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, ona nizam intizamlı olmasını, ictimai yerdə nəlayiq ifadələr işlətməməsini bildirmişlər. Lakin o əsəbi olduğu üçün nəlayiq ifadələr işlətməyə davam etmişdir. Bu zaman onu Qazax RPŞ-nə dəvət etmişlər, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Qazax RPŞ-nə getmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, Tovuz regional Mühafizə şöbəsinin manqa komandiri vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat 05:30 radələrində Tovuz regional Mühafizə şöbəsinin mülki müdafiəçisi Vüqar Məmmədovla birlikdə xidmətdə olarkən Qazax şəhəri Azadlıq küçəsində yerləşən ŞOK marketdən həyəcan siqnalı daxil olmuşdur. O Vüqar Məmmədovla birlikdə həmin yerə yaxınlaşdıqda iki nəfərin market işçiləri ilə mübahisə etdiyini, yerdə şüşə qırıntılarının olduğunu görmüşdür. Həmin şəxslər ucadan ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxslərə nizamintizamlı olmasını, ictimai yerdə nəlayiq ifadə işlətməməsini bildirmişlər. Həmin şəxslər nəlayiq ifadə işlətməyə davam etdiyi üçün onları Qazax RPŞ-nə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Tovuz regional Mühafizə şöbəsinin mülki müdafiəçisi X2 izahatında Elmir Eyyubovla eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, Qazax şəhəri Azadlıq küçəsində yerləşən “Şok” market adlanan mağazada satıcı kassir işləyir. xx.xx.2025-ci il tarixdə saat 05:30 radələrində iki nəfər şəxs adlarını sonradan bildiyi İlknur və Cavid “Şok” market adlanan mağazaya yaxınlaşaraq ödənişsiz olaraq onlara piyvə verməsini bildirmişlər. Daha sonra mağazanın qarşısındakı soyuducudan iki ədəd piyvə götürərək sındırmışlar. Bu zaman onlara müdaxilə etdikdə bundan qəzəblənərək ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən inzibati qaydada tutma haqqında 07 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 07 oktyabr 2025-ci il tarixdə saat 06:20-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş elektron sorğuya əsasən əldə olunmuş məlumatdan görünür ki, Şəxs heç bir növ pensiya, sosial müavinət alması barədə məlumat mövcud deyil. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və şahid izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf edici izahatı, şahid izahatı və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 07 oktyabr 2025-ci il tarixdə Qazax şəhəri, Azadlıq küçəsində yerləşən “Şok” marketin qarşısında ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran halar yoxdur. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli, inzibati həbs növündə cəza tətbiq edilməli və həbs etmənin əvvəli tutulduğu gündən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 06 (altı) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 07 oktyabr 2025-ci il tarixdə saat 06:20-dən hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Nemət Musayev Hakim

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar