Məhkəmə qərarları › İş №3(023)-825/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-825/2025

22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-825/2025 22.10.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qazax RPŞ-nin İTB-nin polis sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Qazax rayonu Qazaxbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Qazax rayonu, Qazaxbəyli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 22 oktyabr 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X8 tərəfindən tərtib olunmuş 21 oktyabr 2025-ci il tarixli MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 21 oktyabr 2025-ci il tarixdə, saat 22:00 radələrində Qazax şəhəri Azadlıq küçəsində uca səslə ünvansız nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X8 izahatında göstərdi ki, Şəxs 21 oktyabr 2025-ci il tarixdə, saat 22:00 radələrində Qazax şəhəri Azadlıq küçəsində uca səslə ünvansız nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs sərxoş vəziyyətdə olmuşdur. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510 və 535.1-ci maddəsi ilə tam təqsirli bilərək izahatında göstərdi ki, 21 oktyabr 2025-ci il tarixdə əvvəllər tanıdığı Hüseyn Məmmədov və İbrahim Əsgərovla birlikdə Qazax şəhəri Azadlıq küçəsində hərəkətdə olduqları zaman polis əməkdaşı onlara yaxınlaşmışlar və İbrahimi kənara çəkərək nəsə söz demişdir. Bu zaman onlar yaxınlaşaraq nə baş verdiyini soruşan zaman əlavə olaraq bir neçə nəfər polis əməkdaşıda gələrək onlara nizam-intizamlı olmaqları bildirmişlər və yaşayış məntəqəsinin yanında uca səslə danışmağın və nalayiq ifadələrin işlədilməməsini bildirmişlər. Daha sonra polis əməkdaşları İbrahimi məcburi qaydada maşına əyləşdirib aparan zaman onunla Hüseyn polis əməkdaşlarına İbrahimi aparmamaq üçün müqavimət göstərmişlər. Həmin vaxt polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək öz hərəkətlərini davam etdirmişlər. Sərxoş vəziyyətdə olduğundan hadisəni tam xatırlamır. Daha sonra polis əməkdaşları onu Qazax RPŞ-nə dəvət etmişlər o isə polis şöbəsinə getməyəcəyini bildirərək tabe olmamış, daha sonra polis əməkdaşları onu məcburi qaydada polis şöbəsinə aparmışlar. Törətdiyi əməldən peşmandır. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, o, Qazax rayon Polis şöbəsində PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 21 oktyabr 2025-ci il tarixdə axşam radələrində saat 22:00 radələrində Qazax şəhəri, Azadlıq küçəsi, Notariusun yaxınlığında xidmətdə olarkən 3 nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini görmüş və Şahid3 və Kamandar Ocaqverdiyevlə birlikdə onlaa yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxslərə yaxınlaşaraq ictimai qaydanı pozduqlarını, etdiklərə əmələ son qoymaları bildirmişlər, lakin həmin şəxslər onlara məhəl qoymayaraq öz qanunsuz əməlləri davam edərək onları söyməyə başlamışlar. Onlar həmin şəxsləri Qazax RPŞ-nə dəvət etsələrdə həmin şəxslər onların qanuni göstərişinə tabe olmamışlar. Həmin vaxt onları məcburi qaydada Qazax RPŞ-nə aparıb növbətçi hissəyə təhvil vermiş və həmin şəxslərin Qazax rayon sakinləri Şəxs, X5 və X3 olduğu məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu izahat verərək deyilənləri bir daha təsdiq etmişdir. İş materiallarında olan inzibati qaydada tuma haqqında protokoldan görünür ki, Şəxs 21 oktyabr 2025-ci il tarixdə saat 22:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 114 nömrəli, xx.xx.2025-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə tibbi müayinə protokolundan qaydada tuma haqqında protokoldan görünür ki, Şəxs 21 oktyabr 2025-ci il tarixdə orta dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası ƏƏSMN Mərkəzləşdirilmiş elektron informasiya sistemi pensiya haqqında arayışından görünür ki, Məmmədov X1 elektron informasiya sistemində şəxsin pensiyaçı olması barədə məlumat mövcud deyildir. Məhkəmə araşdırması zamanı Şəxs əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə iclasında zamanı verdiyi etirafedici izahatı, şahidlərin məhkəmə iclasında verdikləri izahatlar və digər iş materialları ilə ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaların içərisində daha ciddisi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsidir. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hal yoxdur. Onun sərxoş vəziyyətə inzibati xəta törətməsi onun məsuliyyətini ağırlaşıran haldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 21 oktyabr 2025-ci il tarixdən saat 22:30-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar