Məhkəmə qərarları › İş №3(023)-830/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-830/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-830/2025 04.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nazim oğlunun iştirakı ilə, xx.xx.1988-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Qazax Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: Şəxs Azərbaycan Respublikası İXM-in 181.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Qazax Rayon Prokurorluğunda tərtib olunmuş material baxılması üçün 23 oktyabr 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar onunla əsaslandırılmışdır ki, fiziki şəxs Şəxs “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 34.2.1-ci maddəsinin tələblərini pozaraq anası X1 himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü qızı Fidan Muradovanın xx.xx.2025-ci il tarixdən icbari ümumi orta təhsil almasını təmin etməyərək sonuncunu həmin tarixdən ümumi orta təhsil pilləsindən məhrum etmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Nuranə Kosayeva ilə birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü Ramiz Muradov və xx.xx.2011-ci il təvəllüdlü qızı Fidan Muradova adlı uşaqları doğulmuşdur. 2015-ci ildə rəsmi boşanmışdır, uşaqları anasının himayəsinə verilmişdir. Uşaqlar yay tətilində onun yanında olmuşlar. Sonradan məktəbə getməkləri üçün onları Bakı şəhərini anasının yanına göndərmişdir. 2025-ci ilin sentyabr ayının 20-də uşaqlar onun yanına gələrək onunla yaşamaq istədiklərini bildirmişlər. Hazırda xx.xx.2009-cu il təvəllüdlü oğlu Ramiz Muradov peşə təhsili almaq qərarına gəlmişdir. xx.xx.2011-ci il təvəllüdlü qızı Fidan Muradovanı isə təhsilini davam etdirməsi üçün anasının yanına göndərmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Qazax Rayon Prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Qazax Rayon Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Qazax-Tovuz Regional Təhsil İdarəsinin 24№-li tam orta məktəbin 08 oktyabr 2025ci il tarixli 3-29-39/2-753/2025 nömrəli məktubundan görünür ki, Qazax rayonu üzrə Təhsil sektorunun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində X2 və X4 təhsil almır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 322№-li tam orta məktəbin 07 oktyabr 2025-ci il tarixli 48 №-li məktubundan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X2 məktəbin 9b, xx.xx.2009-cu il təvəllüdlü X4 10g sinif şagirdləridir. 2025-2026-cı tədris ilinin ilk günlərində dərsə gəlməsələrdə, dəfələrlə müraciətləri və sinif rəhhbərlərinin apardığı məqsədyönlü iş sayəsində xx.xx.2025-ci il tarixinədək dərslərdə iştirak etmişlər. xx.xx.2025-ci il tarixindən dərslərdə iştirak etmirlər. Dəfələrlə valideynlər və şagirdlərlə əlaqə saxlamışlar. Sözügedən şagirdlərin anası X3 zənglərə cavab verərək, hətta məktəbə gəlmiş, izahat yazaraq şagirdlərin atası Şəxs tərəfindən qaçırılaraq rayona aparıldığını bildirmişdir. Belə olan halda ata Şəxs ilə əlaqə yaratmağa çalışsalarda zənglərini açmamışdır. Şagirdlərin hər 2-si ilə dəfələrlə əlaqə saxlamışlar. X5 rayonda oxuyacağını, şagird yerdəyişmə sistemi açılandan sonra rayon məktəbinə yerdəyişmə edəcəyini, X4 isə təhsilini davam etdirməyəcəyini (Nəzərə alsaq ki, 10 və 11-ci sinif icbari təhsil deyil. Şagirdin istəyi və ərizəsi əsasında davam etdirilə bilər) bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 181.0.1-ci maddəsinə əsasən təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından şəxsin məhrum edilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs əməli işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, təhsil haqqında qanunvericiliyin tələbini pozaraq xx.xx.2025-ci il tarixdən xx.xx.2011-ci il təvəllüdlü qızı Fidan Muradovanın icbari ümumi orta təhsil almasını təmin etməyərək sonuncunu həmin tarixdən onu ümumi orta təhsil almaq hüququndan məhrum etmişdir. Qazax Rayon Prokurorluğunda xx.xx.2011-ci il təvəllüdlü qızı Fidan Muradovanın xx.xx.2025-ci il tarixdən icbari ümumi orta təhsil almasını təmin etməyərək sonuncunu həmin tarixdən ümumi orta təhsil pilləsindən məhrum etməsi faktına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 181.0.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar