Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 3(023)-832/2025 27.10.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu Şəxs1 və Şəxs2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, məhkəmə m ü ə y y ə n e t d i: Qazax Rayon Məhkəməsinə Şəxs1 və Şəxs2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, daxil olmuş material natamamdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində aşağıdakı qaydadada göstərilmişdir : 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 100.2. İnzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda və ya səlahiyyətli orqanların informasiya sistemlərində elektron qaydada tərtib olunur. Bu Məcəllənin 327–356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı protokol inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada bort-kompüter vasitəsilə, bortkompüter olmadıqda isə əl ilə nömrələnmiş blanklarda tərtib olunur. 100.3. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir. 100.4. Protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.5. Nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.1. protokolun tərtib edildiyi tarix, vaxt və yer; 100.5.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.5.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları); 100.5.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.5.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.5.6. olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları; 100.5.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.5.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.5.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər; 100.5.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.6. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokolda bu Məcəllənin 100.5-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar da göstərilir: 100.6.1. nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanı; 100.6.2. törədilmiş inzibati xətaya görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi nəzərdə tutulduğu halda, götürülən sürücülük vəsiqəsinin seriyası və nömrəsi, nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin seriyası və nömrəsi; 100.6.3. sürücü nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırıldığı halda, kənarlaşdırılma səbəbi. 100.7. Səlahiyyətli orqanların informasiya sistemlərində elektron protokolun tərtib edilmə qaydası, habelə həmin protokolda göstərilən məlumatlar bu Məcəllənin 127-3-cü maddəsi ilə müəyyən edilir. 100.8. Protokolun, o cümlədən elektron protokolun forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 101-ci maddəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi müddətləri aşağıdakı qaydada göstərilmişdir: 101.1. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 101.2. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. 101.3. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 102-ci maddəsində inzibati araşdırma aşağıdakı qaydada göstərilmişdir: 102.1. Sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, qida təhlükəsizliyi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci, 602-3-cü və 602-4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. 102.2. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. 102.3. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardadda aşağıdakılar göstərilir: 102.3.1. qərardadın tərtib edildiyi yer və tarix; 102.3.2. qərardadı tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 102.3.3. inzibati xəta haqqında iş üzrə icraatı başlamaq üçün səbəblər və əsaslar; 102.3.4. inzibati xətaya görə inzibati məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi. 102.4. İnzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır. 102.5. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. 102.6. İnzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Həmin Məcəllənin 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Belə ki, inzibati xəta haqqında materialı araşdırarkən müəyyən olundu ki, Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı Xəlil Məhərrəmov 10 sentyabr 2025-ci il tarixdə “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardad qəbul etməsinə baxmayaraq həmin icraat çərçivəsində barəsində inzibati protokol tərtib edilən şəxslərin izahatlarını almamış, onlara ittiham verilən zaman iştirakları təmin edilməməklə hüquq və vəzifələri izah edilməmişdir. Eyni zamanda inzibati xəta haqqında protokolda barəsində inzibati icraat aparılan şəxslərin həmin inzibati xətanı konkret hansı tarixdə və harada törətməsi göstərilməmişdir. Bundan başqa Tovuz Gömrük İdarəsinin təhqiqatçısı Xəlil Məhərrəmov tərəfindən 10 sentyabr 2025-ci il tarixdə “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardad qəbul edilsədə, hər iki şəxs barəsində inzibati xəta haqqında protokol 01(bir) ay müddət keçdikdən sonra 16 oktyabr 2025-ci il tarixdə prosessual müddət pozulmaqla tərtib edilmişdir. Halbuki qüvvədə olan qanunvericiliyin imperativ tələbindən aşkar görünür ki, icraatında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti ilə yuxarı vəzifəli şəxs tərəfindən inzibati araşdırma müddəti uzadılmayıbsa həmin müddət 01(bir) ay həddində müəyyən edilir. İnzibati araşdırma aparılması barədə qərardad qəbul edildikdən sonra 01(bir) aylıq müddətin sonunda inzibati xəta haqqında protokol tərtib edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxslərin təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsinin dispozitiv şərtlərinə nəzər yetirdikdə müəyyən olunur ki, xətanın birbaşa obyekti gömrük qaydaları və gömrük nəzarətinin normal fəaliyyətidir və bu norma dövlətin gömrük siyasətinin qorunmasına yönəlib. Qeyd olunan hərəkət və ya hərəkətsizliyin törədilməsi iqtisadi idarəetmə sahəsindəki ictimai münasibətləri pozur. Lakin hazırki işin faktiki hallarından görünür ki, səlahiyyətli vəzifəli şəxs malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsində bilavasitə iştirak etməyən Şəxs1 inzibati məsuliyyətə cəlb edərək onun barəsində İXM-nin 481-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etməklə, digər təqsirli şəxs Şəxs2la birlikdə onuda məhkəməyə vermişdir. Səlahiyyətli vəzifəli şəxsin bu formada etdiyi prosessual hərəkət anlaşılan deyildir. Çünki Şəxs1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun inzibati xətanın törədilməsində təşkilatçı, köməkçi və ya icraçı kimi iştirakı müəyyən edilməmiş və konkret olmayan ittiham təsvir edilmişdir. Eyni zamanda mötəbər sübutlar olmadığı halda şəxsə qarşı qeyri-müəyyən formada ittiham verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Məhkəmə müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxslərə qarşı irəli sürülmüş ittiham aydın və konkret ifadə edilməmiş, inzibati protokolda göstərilən faktiki hallar ziddiyyətli və pərakəndə xarakter daşıyır, hüquqi qiymətləndirilmə düzgün aparılmamışdır. İttihamın bu cür qeyri-müəyyən və xaotik formada ifadə olunması barəsində inzibati xəta haqqında icraat aparılan şəxslərin onlara qarşı irəli sürülmüş ittihamın mahiyyətini dərk etməsinə, ona münasibət bildirməsinə və müdafiə hüququnu tam həcmdə həyata keçirməsinə imkan vermir. Məhkəmə hesab edir ki, hazırki halda səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmiş, inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında icraat aparılan şəxslərin iştirakı olmadan tərtib edilməsi onların müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə səlahiyyətli orqan məhkəmə qərardadını mübahisələndirmədən qüvvədə olan qanunvericiliyin imperativ tələblərinə tam riayət etməli, mövcud nöqsanları aradan qaldırmalı və bundan sonra inzibati xəta haqqında materialı aidiyyəti üzrə məhkəməyə verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə qəraraalır: Şəxs1 və Şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-832/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №3(023)-832/2025
27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver