Məhkəmə qərarları › İş №3(023)-837/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-837/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-837/2025 30.10.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Qazax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qazax rayonu, Kosalar kəndində qeydiyyatda olan- Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X3 tərəfindən tərtib edilmiş MN № ******* nömrəli, 30 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qazax rayonu Kosalar kəndində birgə yaşadıqları evdə həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Bu səbəbdən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qazax rayonu Kosalar kəndində birgə yaşadıqları evdə həyat yoldaşı Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq edərək sonuncuya dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Araşdırma aparılmış, xəsarətin dərəcəsinə görə cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul olunmuşdur. Buna görə də Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır 4 ilə yaxındır ki, evli olduqlarını, münasibətlərinin əvvəllər yaxşı olduğunu, lakin bir müddət sonra münasibətlərinin soyuduğunu, bu səbəbdən də başqa bir qızla münasibətinin yarandığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə yaşadığı evə getmiş, boşanmaq üçün sənədlərini götürmək istəmiş, bundan xəbərdar olan anası Telli ona narazılığını bildirmişdir. Bundan sonra o. evdən çıxıb getmiş və anası Şahid onun həyat yoldaşını döyməsi barədə Qazax RPŞ-nə müraciət etməsinin ona sonradan məlum olmuşdur. Şəxs, Zilfini döymədiyini, evdən pul götürmədiyini, əksinə qazandığı pulu evə göndərdiyini bildirmişdir. Qanuna müvafiq qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, hazırda rəsmi və ya qeyri-rəsmi olaraq heç bir yerdə işləmir. O, Şəxs onun həyat yoldaşı olduğunu, münasibətlərini əvvəllər yaxşı olduğunu, lakin İsmayılın başqa bir qızla münasibəti yarandıqdan sonra münasibətlərinin pisləşdiyini bildirmişdir. İsmayıl həmişə evə gələndə söz mübahisəsi yaratmış, boşanmaq istədiyini demişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə yaşadıqları evdə olarkən İsmayıl evə gəlmiş, otağa daxil olmuş, pulları götürən zaman Zilfi onu tutmuş və İsmayıl onu itələyərək yerə yıxmışdır. Bundan sonra o, halının pisləşdiyi üçün sonradan baş verənləri xatırlamadığını demişdir. Həmin vaxt İsmayılın ona bir dəfə əl ilə zərbə vurduğunu, həmin vaxt yanlarında heç kimin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid izahatında bildirmişdir ki, hazırda rəsmi və ya qeyri-rəsmi olaraq heç bir yerdə işləmir. O, Şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə onun gəlini olduğunu, münasibətlərinin əvvəllər yaxşı olduğunu, son zamanlarda oğlu İsmayılın başqa bir qızla münasibət qurduqdan sonra həyat yoldaşı Zilfi ilə münasibətlərinin pisləşdiyini demişdir. O, xx.xx.2025-ci il tarixdə yaşadıqları evdə olarkən oğlu İsmayılın münasibətdə olduğu qız ona zəng etdiyini, bu səbəbdən də evdə söz mübahisəsi yarandığını, demişdir. Bundan sonra İsmayıl həyətə çıxmış, bir neçə dəqiqə sonra Zilfinin səsi eşidilmiş, o, Zilfinin yanına gedərkən onun yerə yıxıldığını görmüşdür. Telli, ondan niyə yıxıldığını soruşanda, o, İsmayılın onun əlinndən pulu almaq istədiyini, buna görə də itələyib yıxdığını demişdir. Şahid, həmin vaxt Zilfinin alın hissəsində qızartı olduğunu bildirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid bildirmişdir ki İsmayılın Zilfini döyməsinin şahidi olmamış sadəcə içəri daxil olanda görmüşdür onda xəsarət olduğunu görmüşdür. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs əməlində cinayət tərkibi yaranmadığından toplanmış material üzrə xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs törətmiş olduğu əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan Nəbiyev X1 məsuliyyətə cəlb edilməsi istiqamətində sonrakı müvafiq tədbirlərin həyata keçirilməsi üçün qərarın surəti aidiyyəti üzrə Qazax RPŞ-nin İTB-nə göndərilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan "MTE və PA"ETT Birliyinin Qazax rayon şöbəsinin 03 sentyabr 2025-ci il tarixli 323 nömrəli rəyindən məlum olmuşdur ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilən xəsarətlər: sağ gicgah, başın alın nahiyyəsinin, sağ bazunun ön tərəfinin və sol sarğı nahiyyəsinin qançırları, küt əşyanın təsirindən törənmişdirlər, xx.xx.2025-cil il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs inibati qaydada xx.xx.2025-ci il tarixdə saat 07:00 radərələrində tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Nəbiyev X1 Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs il ərzində ilk dəfə inzibati məsuliyyətə cəlb olunması, əvvəllər inzibati xəta törətməməsini onun məsuliyyətini yüngülləşdirən haldır, iş üzrə məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, inzibati qaydada tutulmasını və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar