Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-838/2025 24.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədirliyi, Sadıxova Günay Fuana qızının katibliyi, 2 X7 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X7 və Təbii Sərvətlər İdarəsinin 21 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X7 və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən tərtib edilmiş 21 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və X10 iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X7 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixli ******* saylı protokol tərtib edilmişdir. Buna səbəb mənim həyətyanı sahəmdə apardığım təmizlik işləri, həyətimdə olan böyürtkən kollarının təmizlənməsi olmuşdur. Həmin protokol əsasında xx.xx.2025-ci il tarixdə 2 X7 və Təbii Sərvətlər İdarəsinin inzibati binasında həmin idarənin rəis əvəzi X6 tərəfindən mənim iştirakım olmadan MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarda protokola baxılaraq belə müəyyən edilmişdir ki, guya mənim tərəfindən Qazax rayonu Xanlıqlar kəndində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində 6 (altı) ədəd kol bitkisi kökündən çıxarılaraq məhv edilmişdir. Nəticədə mən Azərbaycan Respublikasının İnzibati Xətalara Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə fiziki şəxs qismində 2000 (iki min) manat inzibati cərimə edilmiş, Eyni zamanda 2 X7 və Təbii Sərvətlər İdarəsi xx.xx.2025-ci il tarixli, G-İM/4125- 021 nömrəli Təbiətə vurulmuş ziyanın ödənilməsi tələbinə dair İddia ilə fındıq və böyürtkən kollarından ibarət 6 ədəd kolun məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyan kimi 480 (dörd yüz səksən) manat tələb edir. Hesab edir ki, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərar əsassız və qanunsuzdur. zərbaycan Respublikasının İnzibati Xətalara Məcəlləsinin Ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsi adlanan 253-cü maddəsinin 2-ci bəndinə əsasən: Meşə fonduna daxil olmayan ağac və ya kollarım qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə görə isə Kənd təsərrüfatı məhsullarımın istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlara (akinlərə), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi şamil edilmir. Protokolu tərtib edən və qərarı qəbul edən 2 X7 və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsləri protokol tərtib edərkən əslində sözügedən ərazinin bələdiyyə mülkiyyətində deyil, xüsusi mülkiyyətdə olan torpaq sahəsi olduğunu bilirdilər. Belə ki, protokolu tərtib etməzdən öncə həmin torpaq sahəsinin kimin mülkiyyətində olması ilə bağlı Qazax Rayonu Xanlıqlar Bələdiyyəsinə şifahi olaraq verdikləri sorğuya həmin bələdiyyə 78 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, "sözü gedən kökündən çıxarılaraq məhv edilən yaşıllıqlar X4 mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşir." Buna baxmayaraq 2 X7 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları həmin tarixdə protokol tərtib etmiş, 21 Oktyabr 2025-də isə iştirakım olmadan inzibati tənbeh vermə haqqında qərar qəbul etmişlər. Qeyd edim ki, həmin həyətyanı torpaq sahəsi ********** qeydiyyat nömrəli, **********8 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən mənim tam mülkiyyətimdədir. Ona görə də hesab edirəm ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X7 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərar və dəymiş ziyanın ödənilməsi barədə iddia qanunsuz və əsassızdır, ləğv edilməlidir. Qeyd edir ki, 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. O bildirmişdir ki, özünə məxsus torpaq sahəsində kolları kəsmiş təmizlik işləri aparmış və qonşu torpaq sahəsindən məhv edilən yaşıllıqların kimin tərəfindən həyata keçirildiyini bilmir. Xanlıqlar bələdiyyəsindən verilən arayışdanda görünür ki, kökündən çıxarılaraq məhv edilən yaşıllıqlar X4 mülkiyyətində olan torpaq sahəsində yerləşir. Məhkəmə iclasında X10 protokolu tərtib etmiş 2 X7 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə 21 oktyabr 2025-ci il tarixli, MN seriyalı * * * * * * * saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, tərəflərindən keçirilmiş yoxlama zamanı X3 rayonu Xanlıqlar kəndində Bələdiyyə mülkiyyətində olan torpaq sahəsində 6 ədəd kol bitkisini kökündən çıxardaraq məhv etməsi barədə Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə protokol tərtib olunmaqla 2000 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Göstərilənlərə əsasən o, X5 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək 21 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq səlahiyyətli orqanın nümayəndəsi bildirmişdir ki, Orxan Əhmədovun izahatını almamış, sadəcə hadisənin olduğu torpaq sahəsi həmin şəxsin torpaq sahəsinə qonşu olduğu üçün onun barəsində protokol tərtib etmişdir. Məhkəmə iclasında Xanlıqlar Bələdiyyəsinin sədri Şahid izahat verərək bildirmişdir ki, X5 tərəfindən Qazax rayonu Xanlıqlar kəndində Bələdiyyə mülkiyyətində olan torpaq sahəsində 6 ədəd kol bitkisini kökündən çıxardaraq məhv edilməsini görməmiş, həmin vaxt şəxsin özünün deməsinə görə 2 X7 və Təbii Sərvətlər İdarəsinə verdiyi arayışında həmin yaşıllıqların X5 tərəfindən məhv edildiyini qeyd etmişdir. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X7 və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X6 tərəfindən tərtib edilmiş 21 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı X10 qərardan görünür ki, X4 Qazax rayonu Xanlıqlar kəndində Bələdiyyə mülkiyyətində olan torpaq sahəsində 6 ədəd kol bitkisini kökündən çıxardaraq məhv etməsi aşkar edilmiş, 253.2-ci maddəsinə əsasən 2000 manat məbləğində cərimə edilmişdir. İşdə olan məsləhətçi Nümayəndə tərəfindən imza edilmiş cədvəldən görünür ki, X5 tərəfindən təbiətə 240 (iki yüz qırx) manat ziyan vurmuşdur. İş materialında olan Qazax Rayonu Xanlıqlar Bələdiyyəsindən verilən arayışdan görünür ki, kökündən çıxarılaraq məhv edilən fındıq kolları və yaşıllıqları Xanlıqlar bələdiyyəsinin mülkiyyətinə aiddir. İş materialında olan Qazax Rayonu Xanlıqlar Bələdiyyəsindən verilən arayışdan görünür ki, kökündən çıxarılaraq məhv edilən yaşıllıqlar X4 mülkiyyətində olan torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs X10 iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində X10 iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən X10 iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən X10 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X10 iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X10 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən X10 iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə - fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X7 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı X4 6 ədəd kol bitkisini kökündən çıxardaraq məhv etməsi faktının aşkar edilməsi əsas gətirilərək X4 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 2000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, X5 barəsində qəbul edilmiş qərar qanunsuz və əsassız olmuşdur. Belə ki, mübahisləndirilən qərarda kolların və yaşıllıqların qanunsuz olaraq çıxarılması faktının aşkar edilməsi əsas gətirilsə də, X5 tərəfindən həmin pozuntulara yol verməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir və məhkəmə araşdırması zamanı da bu hal öz təsdini tapmamışdır. Məhkəmə Xanlıqlar Bələdiyyəsi tərəfindən verilən Orxan Əhmədov tərəfindən yaşıllıqların məhv edilməsi qeyd edilən arayışa münasibətdə qey edir ki, arayışı verən şəxs Şahid həmin inzibati xətanı kimin tərəfindən törədildiyini görmədən öz mülahizəsinə uyğun olaraq tərtib etdiyi üçün həmin yazılı sənəd mötəbər sübut kimi qəbul edilə bilməz. Belə olan halda, baş vermiş hadisə ilə X4 heç bir əlaqəsi müəyyən edilməmişdir. Səlahiyyətli orqan hadisə ilə bağlı barəsində inzibati protokol tərtib etdiyi şəxsin belə izahatını almamışdır. Bununla da, yuxarıda qeyd edilən hallara görə X4 təqsiri sübuta yetirilməmişdir. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair faktlar səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmadığından ziddiyyətli və şübhəli məqamlar mövcuddur. Qanunvericiliyə əsasən təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən X10 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X10 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X7 və Təbii Sərvətlər İdarəsinin 21 oktyabr 2025-ci il tarixli, MN seriyalı * * * * * * * saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X10 iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X7 və Təbii Sərvətlər İdarəsinin 21 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X10 iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-838/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-838/2025
24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver