Məhkəmə qərarları › İş №3(023)-84/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-84/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-84/2025 24.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa şubet qızının katibliyi, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası, Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi M.Bəydəmirov küçəsi ev 10-da qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində tərtib olunmuş material baxılması üçün 30 oktyabr 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixində Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “MERCEDES BENZ” markalı, 99JB635/99ZG329 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində gömrük baxışı keçirilmişdir. Sözügedən nəqliyyat vasitəsinə gömrük baxışı aparılan zaman yük nəqliyyat vasitəsinin qoşqusunda yerləşən malların arasında üzərində “Beastin 100mg” yazıları olan 10 ədəd şüşə flakon, üzərində “Desibem 50mg” yazıları olan 9 ədəd şüşə flakon, üzərində “Redditux 500mg/50ml” yazıları olan 21 ədəd şüşə flakon, üzərində “Bendamus 100mg yazıları olan 4 ədəd şüşə flakon, üzərində “Caspopol 50mg” yazıları olan 50 ədəd şüşə flakon, üzərində “Msglovir 500mg” yazıları olan 120 ədəd şüşə flakon, üzərində “Redditux 100mg/10ml” yazıları olan 36 ədəd şüşə flakon, üzərində “Mycamine 100mg” yazıları olan 29 ədəd şüşə flakon, üzərində “VİNCRİSTİNE 2mg/2ml” yazıları olan 150 ədəd şüşə flakon, üzərində “Parliament” yazıları olan 8 ədəd boş qutu, üzərində “Marlboro” yazıları olan 3 ədəd boş qutu aşkar olunaraq götürülmüşdür. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Şəxs məhkəmə iclasına gəlməmiş və işə onu iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İş materiallarında olan, 03 fevral 2025-ci il tarixli protokoldan görünür ki, “Qırmızı Körpü” gömrük postunun əməkdaşları tərəfindən keçirilmiş gömrük baxışı zamanı ““MERCEDES BENZ” markalı, 99JB635/99ZG329 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük nəqliyyat yerində yerləşən malların arasında üzərində boş siqaret qutularında gizlədilmiş şəkildə üzərində “Beastin 100mg” yazıları olan 10 ədəd şüşə flakon, üzərində “Desibem 50mg” yazıları olan 9 ədəd şüşə flakon, üzərində “Redditux 500mg/50ml” yazıları olan 21 ədəd şüşə flakon, üzərində “Bendamus 100mg yazıları olan 4 ədəd şüşə flakon, üzərində “Caspopol 50mg” yazıları olan 50 ədəd şüşə flakon, üzərində “Msglovir 500mg” yazıları olan 120 ədəd şüşə flakon, üzərində “Redditux 100mg/10ml” yazıları olan 36 ədəd şüşə flakon, üzərində “Mycamine 100mg” yazıları olan 29 ədəd şüşə flakon, üzərində “VİNCRİSTİNE 2mg/2ml” yazıları olan 150 ədəd şüşə flakon, üzərində “Parliament” yazıları olan 8 ədəd boş qutu, üzərində “Marlboro” yazıları olan 3 ədəd boş qutu aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 6/5295-9/9665 nömrəli görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd DGK-ə məxsus bir ədəd paketdə olan 1 saylı cədvəl üzrə göstərilmiş dərman preparatlarının tərkibində olan komponentlər “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekusorların siyahıları”na və Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahaları”na daxil deyildirlər.Həmin dərman preparatlarının satışı və qiyməti barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Analiktik ekspertiza Mərkəzinin” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, aşkar olunmuş 9 ədəd dərman vasitənin dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə olunan MERCEDES BENZ” markalı, 99JB635/99ZG329 dövlət nömrə nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, MERCEDES BENZ” markalı, 99JB635/99ZG329 dövlət nömrə nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, üzərində “Beastin 100mg” yazıları olan 10 ədəd şüşə flakon, üzərində “Desibem 50mg” yazıları olan 9 ədəd şüşə flakon, üzərində “Redditux 500mg/50ml” yazıları olan 21 ədəd şüşə flakon, üzərində “Bendamus 100mg yazıları olan 4 ədəd şüşə flakon, üzərində “Caspopol 50mg” yazıları olan 50 ədəd şüşə flakon, üzərində “Msglovir 500mg” yazıları olan 120 ədəd şüşə flakon, üzərində “Redditux 100mg/10ml” yazıları olan 36 ədəd şüşə flakon, üzərində “Mycamine 100mg” yazıları olan 29 ədəd şüşə flakon, üzərində “VİNCRİSTİNE 2mg/2ml” yazıları olan 150 ədəd şüşə flakon, üzərində “Parliament” yazıları olan 8 ədəd boş qutu, üzərində “Marlboro” yazıları olan 3 ədəd boş qutu müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, üzərində “Beastin 100mg” yazıları olan 10 ədəd şüşə flakon, üzərində “Desibem 50mg” yazıları olan 9 ədəd şüşə flakon, üzərində “Redditux 500mg/50ml” yazıları olan 21 ədəd şüşə flakon, üzərində “Bendamus 100mg yazıları olan 4 ədəd şüşə flakon, üzərində “Caspopol 50mg” yazıları olan 50 ədəd şüşə flakon, üzərində “Msglovir 500mg” yazıları olan 120 ədəd şüşə flakon, üzərində “Redditux 100mg/10ml” yazıları olan 36 ədəd şüşə flakon, üzərində “Mycamine 100mg” yazıları olan 29 ədəd şüşə flakon, üzərində “VİNCRİSTİNE 2mg/2ml” yazıları olan 150 ədəd şüşə flakon, üzərində “Parliament” yazıları olan 8 ədəd boş qutu, üzərində “Marlboro” yazıları olan 3 ədəd boş qutu müsadirə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar