Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-841/2025 17.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin оğlunun sədrliyi, məhkəmə iclas katibi Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Qazax rayon prokurorurunun köməkçisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə Qazax rayon prokurorluğu tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərar tərtib olunmuşdur. Həmin qərardan görünür ki, vəzifəli şəxs Qazax rayonu Xanlıqlar kəndi ərazisində yerləşən "xxxx" MMC-də istehsalat rəisi vəzifəsində işləyən Şəxs tərəfindən MMC-də istifadə edilən dəzgahın texniki istismar pasportu olmadan, dəzgahın fırlanan hərəkətli hissəsinə işçilərin toxunmasının qarşısının alınması üçün qoruyucu ilə təchiz edilmədən dəzgahın istismarına yol verildiyinə görə 12.2.003-91 "İstehalat avadanlığı" DÜST- nın 1.2-ci bəndinin 5, 8-ci abzaslarının, 1.4, 2.1.5-ci bəndlərinin, X2 əməyin mühafizəsi üzrə nəzəri biliklərinin yoxlanılması aparılmadan müəssisənin ərazisində sərbəst işə buraxılmasına yol verildiyinə görə "Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə"nin 4-cü bəndinin, həmin normativ aktın 5-ci bəndinə əsasən müəssisədə göstərilən tədbirlərinin pozulması nəticəsində xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-də fəhlə vəzifəsində işləyən X1 az ağır zərər vurmaya aid xəsarət almış bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasınında iştirak edən Qazax rayon prokurorurunun köməkçisi Nümayəndə çıxış edərək, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildikdən sonra, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edildiyini bildirdi. Şəxs təqsiri müvafiq ekspertiza rəyləri və işin digər halları ilə sübuta yetirilir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 2019-cu il tarixdən hazırkı dövrədək Qazax rayon, Xanlıqlar kəndi ərazisində yerləşən "xxxx" MMC-də istehsalat rəisi vəzifəsində işləmiş, istehsalat rəisi olaraq onun işi gil sexində bütün vəzifəli şəxslərin iş fəaliyyətlərini nəzarətdə saxlamaq, əməyin mühafizəsi və texniki-təhlükəsizlik qaydaları ilə bağlı olaraq işçilərə təlimat keçib umala imza etdirmək, işçilərə iş bölgüsü aparmaqdan ibarət olmuş, işçilərə texniki ahlükəsizlik qaydaları ilə bağlı olaraq ayda 1 dəfə olmaqla təlimat keçmiş və təhlükəsizlik umalına imza etdirmiş, gündəlik isə şifahi qaydada təlimatlandırmışdır. Onun iş rejiminə gündəlik saat 09:00-dan 18:00-dək işdə olmaq, həmçinin, axşam növbəsi zamanı təhlükəsizliklə bağlı yaranmış narahatlıqla əlaqədar işə getmək aid olmuşdur. X4 MMC-də fəhlə vəzifəsində işləmiş, sonuncunun işi qumların içərisində olan daşları seçib təmizləmək olmuş, xx.xx.2025-ci il tarixdə səhər saat 09:00-da işdə olan zaman işçilərdən gecə Elnurun işləyən zaman qolundan yaralanması barədə məlumat vermiş, sonuncu xx.xx.2025-ci il tarixdə gecə növbəsində fəhlə vəzifəsində işlməklə İbrahimov Elman, Yusifov Kamandar, Hüseynov Nizam da orada olmuş, fəhlələr iki nəfərdən ibarət olmaqla növbəli iş aparmış, Elnurun vəzifəsi qumun içərisində olan daşları təmizləmək olmuş, lakin sonuncu orada olan zaman gil emal edən qurğunun içərisindən səs gəldiyini görüb qurğuya yaxınlaşmış, bundan sonra qurğunun içərisində olan boltun boşaldığını görüb onu bərkitmək istədikdə qurğu qoluna xəsarət yetirmişdir. Qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmış zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 Qazax rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 33 nömrəli ekspertiza rəyindən görünür ki, vət. X2 bədənind müəyyən edilmiş xəsarətlər: sol yuxarı ətrafın bazu və said nahiyəsinin toxuma deffekti il müşayiət olunan əzilmiş, cırılmış, didilmiş yaraları, küt-bərk əşyanın təsirindən törənmişdirlə qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, xx.xx.2025-ci tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasın səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 oktyabr 2025-ci il tarixli, 10/6286 nömrəli məhkəmə texniki-təhlükəsizlik ekspertizasının rəyindən görünür ki, Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yerləşən "xxxx" MMC-də istifadə edilən X2 xəsarət aldığı gil emal edən dəzgahın fırlanan hərəkətli hissəsinə işçilərin toxunmasının qarşısının alınması üçün qoruyucunun olmaması və işçinin dəzgahın işlək vəziyyətində həmin hissəyə müdaxiləsi baş vermiş hadisənin səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar 12.2.003- 91"İstehalat avadanlığı"xxxx"Müəssisədə İşçilərin əməyin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnaməmin 4-cü bəndinin və "Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları"nın 11-ci bəndinin göstəriləni abzaslarının tələbləri pozulmuşdur. Qazax rayonu Xanlıqlar kəndi ərazisində yerləşən "xxxx" MMC-də istifadə edilən dəzgahın texniki istismar pasportu olmadan, dəzgahın fırlanan hərəkətli hissəsinə işçilərin toxunmasının qarşısının alınması üçün qoruyucu ilə təchiz edilmədən dəzgahın istismarına yol verildiyinə görə, 12.2.003-91 "İstehalat avadanlığı" DÜST-nın 1.2-ci bəndinin 5,8-ci abzaslarının, 1.4, 2.1.5-ci bəndlərinin tələbləri "xxxx" MMC-də təhlükəsiz iş şəraitinin yaradılmasına cavabdeh şəxs(lər) tərəfindən pozulmuşdur. İşçinin (konkret halda X2) əməyin mühafizəsi üzrə nəzəri biliklərinin yoxlanılması aparılmadan müəssisənin ərazisində sərbəst işə buraxılmasına yol verildiyinə görə, "Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə"nin 4-cü bəndinin tələbi, həmin normativ aktın 5-ci bəndinə əsasən müəssisədə göstərilən tədbirləri yerinə yetirməli olan əməkdaş(-ları) tərəfindən pozulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət hadisəsi müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; Məhkəmə qeyd edir ki, Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-841/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-841/2025
17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver