Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-87/2024 29.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs və İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11, iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Qazax rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, evli, Qazax rayonu, Çaylı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Qazax Rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 29 mart 2024-cü il tarixdə Qazax Rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 tərəfindən tərtib edilmiş 29 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)-639/2021 saylı icra vərəqəsinə əsasən 530 manat və ödənilmiş 30 manat dövlət rüsumu Şəxs alınaraq X3 verilməsi qət edilmişdir. Qazax Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(023)200/2022 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 1980 manat borcun tutularaq X4 ödənilməsi qət edilmişdir. Eyni zamanda Qazax Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(023)1038/2022 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 1019 manat borcun tutularaq X6 ödənilməsi qət edilmişdir. Eyni zamanda Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(023)- 1027/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 1700 manat pul və 37 manat dövlət rüsüumu alınıb X5 verilməsi qət edilmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır. Şəxs icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, pensiya, təqaüd və ya müavinət, həmçinin bankda pul vəsaitləri aşkar edilməmişdir. Həmçinin Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Lakin Şəxs yenədə borcun ödənilməsinə qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 izahatında bildirdi ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)-639/2021 saylı icra vərəqəsinə əsasən 530 manat və ödənilmiş 30 manat dövlət rüsumu Şəxs alınaraq X3 verilməsi, Qazax Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(023)200/2022 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 1980 manat borcun tutularaq X4 ödənilməsi, Qazax Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(023)1038/2022 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 1019 manat borcun tutularaq X6 ödənilməsi, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(023)-1027/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 1700 manat pul və 37 manat dövlət rüsüumu alınıb X5 verilməsi qət edilmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır. Şəxs icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Həmçinin Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, pensiya, təqaüd və ya müavinət, həmçinin bankda pul vəsaitləri aşkar edilməmişdir. Borclu Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Hazırda borclu Nail Cəllədinlinin 4 icra sənədi üzrə ümumlikdə 5100 manat borcu vardır. Odur ki, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, Qazax Rayon Məhkəməsinin müvafiq qətnamələri üzrə üzrə borcu 5100 manat təşkil edir. Həmin borclardan hazıradək heç bir ödəniş etməmişdir. Ödəniş etməməsinə səbəb heç bir yerdə işləməməsi və maddi imkanının zəif olmasıdır. İş tapıb işləyəcək və borclarını ödəyəcək. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş tələbkar X10 izahat verərək bildirmişdir ki, borclu Şəxs ona 1019 manat borcu vardır. Lakin Şəxs borcunu ödəmir, hər dəfə müxtəlif bəhanələr gətirir. Hazırda borcunu tələb edir. Borcun ödənilmədiyi halda Şəxs cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)- 639/2021 saylı icra vərəqəsindən görünür ki, 530 manat və ödənilmiş 30 manat dövlət rüsumu Şəxs alınaraq X3 verilməsi qət edilmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(023)200/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs cəmi 1980 manat borcun tutularaq X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(023)1038/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs cəmi 1019 manat borcun tutularaq X6 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(023)- 1027/2023 saylı icra vərəqəsindən görünür ki, Şəxs 1700 manat pul və 37 manat dövlət rüsüumu alınıb X5 verilməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(023)639/2021 saylı icra vərəqəsi əsasında icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə birlikdə borclu Şəxs təqdim edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” 22 fevral 2022-ci il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(023)200/2022 saylı icra vərəqəsi əsasında icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə birlikdə borclu Şəxs təqdim edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” 05 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(023)1038/2022 saylı icra vərəqəsi əsasında icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə birlikdə borclu Şəxs təqdim edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” 07 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(023)- 1027/2023 saylı icra vərəqəsi əsasında icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə birlikdə borclu Şəxs təqdim edilmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından (hakim: F.Məmmədov) görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, borclu Şəxs borcunu ödəməsi üçün xəbərdarlıq göndərilmiş, icra şöbəsinə dəvət olunaraq izahatı alınmış və inzibati məsuliyyətə cəlb olunacağı barədə məlumat verilmişdir. İş materiallarından görünür ki, tələbkar X2 Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək Şəxs ona olan 1737 manat borcunu ödəmədiyini, Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, tələbkarın izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs icra vərəqələrinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)-639/2021 saylı, 14 yanvar 2022-ci il tarixli 2(023)200/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli 2(023)1038/2022 saylı və xx.xx.2023-cü il tarixli, 3(023)-1027/2023 saylı icra vərəqələrinin icrasını təmin etmir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara, inzibati məsuliyyətə cəlb olunmağına və bir sıra digər görülmüş zəruri icra tədbirlərinə baxmayaraq onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İşdə olan sənədlərdən görünür ki, Şəxs heç bir əlilliyi yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlilik dərəcəsini, həmçinin Şəxs dəfələrlə xəbərdar edilməsinə, barəsində axtrış verilməsinə, inzibati qaydada cərimə edilməsinə və digər zəruri icra hərəkətlərinin edilməsinə baxmayaraq borcunun ödənilməsi üçün heç bir təşəbbüs göstərməməsini, müxtəlif bəhanələrlə bundan yayınmasını, yığılmış borcun məbləğini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli 29 mart 2024-cü il tarixdən hesablanmalı və qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 29 mart 2024-cü il tarixdən, saat 18:10-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-87/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-87/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver