Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-9/2024 29.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədriliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi ilə xx xxxxx 1999-cu ildə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Qazax rayonu Yuxarı Salahlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 21 noyabr 2023-cü il tarixdə saat 09:33 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələrkən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı-Körpü” gömrük sərhəddini keçən zaman mal müşayiət sənədində qeyd edilməyən 15 (on beş) adda pornoqrafik əşyalara bənzər predmetləri bəyan etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi 28 dekabr 2023-cü il tarixli məktubla Şəxs barəsində olan inzibati materialı məhkəməyə göndərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq TGİ-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs oğluna işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 21 noyabr 2023-cü il tarixdə Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun inspektoru X2, hal şahidləri X1 və X3 iştirakları ilə tərtib etidiyi baxış keçirilməsi və götürmə haqqında protokoldan müəyyən edilir ki, 21 noyabr 2023-cü il tarixdə, saat 09:33 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələn “DAF FT XF 105.460” markalı Tİ698Tİ dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hüquq, vəzifələri və məsuliyyəti izah edilməklə gömrük orqanlarına bəyan edilməmiş və gömrük nəzarətindən gizlədilmiş predmetlərin kkönüllü olaraq təqdim etməsini təklif edilmiş, yoxlama zamanı mal müşayiət sənədində qeyd edilməyən 15 (on beş) adda pornoqrafik əşyalara bənzər predmetlər aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3- 16-16/2-9/9231-11/665 saylı rəyindən görünür ki, təqdim edilmiş 15 (on beş) adda pornoqrafik əşyalara bənzər predmetlər pornoqrafik əşyalar hesab olunmur, həmin malların Respublika daxili satışı barədə məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə etdiyi “DAF FT XF 105.460” markalı Tİ698Tİ dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “DAF FT XF 105.460” markalı Tİ698Tİ dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədəuyğun deyildir. Odur ki, inzibati xəta törətmiş Şəxs həmin maddə ilə təqsirli bilinməli, inzibati xətanın obyekti olan, mal müşayiət sənədində qeyd edilməyən 15 (on beş) adda pornoqrafik əşyalara bənzər predmetlər müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan, mal müşayiət sənədində qeyd edilməyən 15 (on beş) adda pornoqrafik əşyalara bənzər predmetlər müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-9/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-9/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver