Məhkəmə qərarları › İş №3(023)-93/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-93/2024

02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-93/2024 02.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi, Zərərçəkmiş şəxs və İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qazax RPŞ-nin İTB-nin sahə rəisi X2 iştirakları ilə 27 avqust 1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, Qazax rayonu İkinci Şıxlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətannı törətməsi barədə Qazax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 02 aprel 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax RPŞ-si tərəfindən tərtib olunmuş 01 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 01 aprel 2024-cü il tarixdə saat 13:30 radələrində Qazax rayonu İkinci Şıxlı kəndi ərazisində “ST” YDM-nin qarşısında Zərərçəkmiş şəxs qarşı nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Qazax RPŞ-nin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, Şəxs 01 aprel 2024-cü il tarixdə saat 13:30 radələrində Qazax rayonu İkinci Şıxlı kəndi ərazisində “ST” YDM-nin qarşısında Zərərçəkmiş şəxs qarşı nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur.Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qazax rayonu İkinci Şıxlı kəndində qeydiyyatda olmaqla yaşayır. 31 mart 2024-cü il tarixdə saat 19:00 radələrində Qazax rayonu İkinci Şıxlı kəndi ərazisində yerləşən “ST” yanacaq doldurma məntəqəsinə getmiş və 1,50 qəpiklik nisyə benzin almışdır. 01 aprel 2024-cü il tarixdə günorta saatlarında həmin yanacaq doldurma məntəqəsinə getmiş, orada Ülvi adlı şəxslə aralarında mübahisə olmuş, Ülviyə qarşı nəlayiq ifadələr işlətmişdir. Daha sonra Ülvindən üzr istəmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Ağstafa rayonu Dağ Kəsəmənm kəmndində yaşayır. Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən ST YDM-də operator işləyir. 01 aprel 2024-cü il tarixdə, saat 13:30 radələrində işdə olarkən kənd sakini Şəxs ona yaxınlaşaraq 1.50 qəpiklik benzin istəmişdir. O benzini vermiş və pulunu tələb etmişdir. Bu zaman Şəxs ona qarşı nəlayiq ifadələr işlətmiş, söyüb təhqir etmişdir. Hazırda Şəxs şikayətçidir. Həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 01 aprel 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 01 aprel 2024-cü il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2024-cü il tarixli, 27 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə orta dərəcə sərxoş olmuşdur. İş materiallarında olan ƏƏSMN-nin tabeliyində DSMF PHŞ-in 1 saylı X1 verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şəxs hər hansı növ pensiya və sosial müavinət almır. Məhkəmə protokol tərtib etmiş Qazax RPŞ-nin İTB-nin sahə rəisi X4, barəsində inzibati icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 01 aprel 2024-cü il tarixdə saat 13:30 radələrində Qazax rayonu İkinci Şıxlı kəndi ərazisində “ST” YDM-nin qarşısında Zərərçəkmiş şəxs qarşı nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xətanı ərxoş halda törətməsi isə iş üzrə onun məsuliyyətini ağırlaşdıran haldır. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli, ona inzibati həbs növündə cəza tətbiq edilməli və həbs etmənin əvvəli inzibati qaydada tutulduğu gündən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 -cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 07 (yeddi) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 01 aprel 2024-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar