Məhkəmə qərarları › İş №3(023)-98/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-98/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-98/2023 10.03.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, İnzibati xəta törətmiş Şəxs iştirakı ilə 10 oktyabr 1977-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, Ağstafa şəhəri Heydər Əliyev prospekti ev 71-də qeydiyyatda olmaqla ünvan 1 yaşayan Şəxs barəsində Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 10 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 mart 2023-cü il tarixdə, saat 11 radələrində yaşadığı Qazax şəhəri Ş.İ Xətai küçəsi ev 43-də narkotik maddə gerain qəbul etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs izahatında göstərmişdir ki, ünvan 1 yaşayır. evlidir. Heç bir yerdə işləmir. İki nəfər uşağı vardır. Uzun müddətdir ki, nrakotik vasitələrdən istifadə edir. Narkotik alüdəçisidir. Sonuncu dəfə 04 mart 2023-cü il tarixdə yaşadığı Qazax şəhəri Ş.İ Xətai küçəsi ev 43-də narkotik maddə gerain qəbul etmişdir. Daha sonra 07 mart 2023-cü il tarixdə evdə olan zaman ağırları tutmuş, narkotik vasitə almağa pulu olmadığı üçün anası Sürəyyadan pul istəmişdir. Anası isəı ona pulu olmadığını bildirmiş, buna görə də anası ilə arasında mübahisə olmuşdur. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır. Şəxs onun oğludur. Mahir narkotik vasitə istifadəçisidir. Narkotik vasitə qəbul edən zaman evdə mübahisə yaradır. Sonuncu dəfə 07 mart 2023-cü il tarixdə evdə olan zaman oğlu Mahir narkotik vasitə almaq üçün ondan pul istəmiş, lakin pulu olmadığı üçün oğlu Mahirə pul verə bilməmişdir. Bu zaman Mahir onunla mübahisə etməyə başlamışdır. Ona görə də, o Qazax RPŞ-nə müraciət etmişdir. İş materiallarında olan 07 mart 2023-cü il inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07 mart 2023-cü il tarixdə, saat 19:40 radələrində şübhəli şəxs kimi tutulmuş və 08 mart 2023-cü il tarixdə, saat 19:40-da isə azad edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 09 mart 2023-cü il tarixli 404 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Ağstafa rayon Qəbul şöbəsinin verdiyi 09 mart 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Ağstafa rayon Qəbul şöbəsindən heç bir növ pensiya, müavinət və təqaüd almır. İş materiallarında olan 10 mart 2023-cü il tarixli, 488/2023 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində OPİ (heroin) aşkar edilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və şahid izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, iş üzrə mövcud subutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etiraf edici izahatı, şahid izahatı, ekspertiza rəyi, həmçinin işin digər halları ilə sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də Şəxs Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş subutlarla məlum olmuşdur ki, Şəxs 04 mart 2023-cü il tarixdə, saat 11 radələrində yaşadığı Qazax şəhəri Ş.İ Xətai küçəsi ev 43-də narkotik maddə gerain qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsi iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirlilik dərəcəsini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərədə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati qaydada tutulduğu 01 gün müddət ona təyin edilmiş inzibati həbsdən çıxılmalı, həbs etmənin əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmalı, Şəxs əsas cəza olan inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicə olunmalı və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37, 112, 114, 115, 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada tutulduğu 01 gün müddət ona təyin edilmiş inzibati həbsdən çıxılsın, üzərində qəti olaraq 14 (on dörd) gün müddətə inzibati həbs saxlanılsın. İnzibati həbs etmənin əvvəli 10 mart 2023-cü il tarixdən, saat 16:30-dan hesablansın. Şəxs inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicə olunsun. Şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Qərarın icrası inzibati həbs hissədə Qazax Rayon Polis Şöbəsinə, narkomaniyadan məcburi müalicə hissədə isə Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar