Məhkəmə qərarları › İş №3(024)-1/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-1/2024

08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-1/2024 08.01.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qax rayon Yol Patrul xidməti inspektoru polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə. xx.xx.1991-ci ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qax rayonu, Ləkit Malax kəndində yaşayan, subay, FİN-xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Qax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 14 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Qaz 24” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs məxsus Chevrolet Cruz markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qax rayon Yol Patrul xidməti inspektoru polis baş serjantı X2 izahat verərək göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 14 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Qaz 24” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs məxsus Chevrolet Cruz markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Ona görə də o Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib göstərdi ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi özünə məxsus olan “Qaz 24” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qax-Zaqatala yolunda hərəkətdə olan zaman yolda qoyulmuş Stop nişanının tələblərini pozaraq hərəkət etdiyi üçün hərəkətdə olan Zərərçəkmiş şəxs məxsus Chevrolet Cruz markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı hər iki avtomobilə maddi ziyan dəymişdir. Hərəkətindən peşman olmasını göstərərək məhkəmədən ona kömək edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 14 radələrində “Qaz 24” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə özünə məxsus olan hadisə vaxtı oğlu X3 idarə etdiyi Chevrolet Cruz markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafı və iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını işdə onun məsuliyyətini yüngülləşdirici hallar hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşdə olan Azərbaycan Respublikası avtomotoservis və ticarət müəssisəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 151 saylı aktdan görünür ki, Chevrolet Cruz markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomaşına 965 manat ehtiyyat hissələri və 700 manat xidmət xərci olmaqla, ümumilikdə 1665 manat ziyan dəymişdir. Belə olan halda hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və həmin maddənin sanksiyasına uyğun olaraq inzibati qaydada cərimə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43, 53.0.2, 84, 106, 109, 114, 115 və 116-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 500(beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar