Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-104/2024 13.05.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu, İclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. X4, FİN-xxxxxxx, xx.xx.1989-cU ildə Qax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan, Onun barəsində Azərbaycan Respublikası DİN Qax rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X4 Azərbaycan Respublikasının İXM-nin 329.1, 329.3, 327.1, 327.2-ci maddələrinin tələbini pozduğuna görə barəsində İXP-5964318 saylı inzibati xəta haqqında protokol tərtib edilərək ümumilikdə 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. O, 3 ay müddətində qanuni əsaslar olmadan cəriməni ödəməmişdir. xx.xx.2024-cü il tarixində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3, 327.1, 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində tərtib edilmiş protokol üzrə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cərimələri ödəmədiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş materilallar tədbir görülməsi üçün Qax rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxış iclasına gəlməmiş, lakin məhkəmə qərar qəbul edənədək yəni xx.xx.2024-cü il tarixədək İXP-5964318 saylı inzibati xəta haqqında iş üzrə protokolda göstərilmiş cərimə pulunu ödəmişdir. İşə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi, yəni inzibati xətanın törədilməsinə görə cərimə 80 manat, dəbbə 40 manat, cəmi 128 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsi iş materialları ilə tam sübuta yetirilmişdir. X1 məhkəmə qərar qəbul edənədək yəni xx.xx.2024-cü il tarixədək cərimələri ödəməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeydində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cərimələri inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 cərimələri inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyindən inzibati məsuliyyətdən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 24.1, 40.0.1, 43, 53.0.2, 84, 106, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında material üzrə məhkəmə qərar qəbul edənədək cərimələri ödədiyindən inzibati məsuliyyətdən azad edilsin. Qərardan 10(on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №3(024)-104/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-104/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver