Məhkəmə qərarları › İş №3(024)-105/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-105/2023

07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-105/2023 07.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X5. X7 X3 etibarnamə üzrə nümayəndəsi X11 iştirakı ilə. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X5 X7 X3 İnzibati xəta haqqında MN ******* saylı 13 mart 2023-cü il tarixli qərarından verdiyi şikayət ərizəsinə məhkəmə iclasında baxaraq, müəyyən etdi : İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2 Əmək Müfəttişliyinin X3 İnzibati tənbeh vermə haqqında MN ******* saylı 13 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarına əsasən fiziki şəxs X5 X7 X3 rəisi X12 inzibati xəta haqqında MN ******* saylı 13 mart 2023-cü il tarixli qərarından verdiyi şikayət təmin edilmiş, X5 Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə olunması barədə X7 X3 rəisi X12 MN ******* saylı 13 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və işin yenidən baxılmaq üçün X7 X6nə göndərilməsi qərara alınmışdır. X7 X3 həmin qərardan verdiyi apellyasiya şikayəti baxılması üçün Şəki Apellyasiya məhkəməsinə göndərilmiş, Şəki Apellyasiya Məhkəməsinin 30 may 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X6 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Qax Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 3(024)- 105/2023 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Qax rayon prokurorunun xx.xx.2023-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın” başlanması haqqında qərarından görünür ki, həmin qərarda Ramazan Babayev fiziki şəxs kimi qeyd edildiyi halda X7 X6 tərəfindən Ramazan Babayev İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə təqsirli bilinib fiziki şəxs kimi deyil, vəzifəli şəxs kimi 3500 (üç min beş yüz) manat inzibati cərimə edilmişdir. Ramazan Babayevin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə X7 X6 tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. X7 X6 Ramazan Babayevin sahibkarlıq fəaliyyəti başqa istiqamətdə olduğu halda onu inzibati məsuliyyətə cəlb etmişdir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi, Ramazan Babayev kənd təsərrüfatı heyvanlarının sağlamlığına nəzarət və müalicəsi, baytarlıq apteki fəaliyyət növü ilə məşğuldur. Yəni o vergi orqanında fermer kimi deyil, baytarlıq aptekinin işlədilməsi fəaliyyəti ilə bağlı qeydiyyatdadır. Bu səbəbdən də o vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmin qərarda Apellyasiya Məhkəməsi göstərmişdir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi İXM ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane göstərəcək dərəcədə pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi qərarında Qax rayon Prokurorluğundan daxil olmuş iş materiallarında X5 barəsində fiziki şəxs olaraq icraata başladığını və adına olan VÖEN-nin kənd təsərrüfatı heyvanlarının sağlamlığına nəzarət və müalicəsi, baytarlıq apteki fəaliyyət növünə aid olduğu, onun vergi ödəyicisi olaraq fermer yox baytarlıq aptekinin işlədilməsi fəaliyyəti ilə bağlı qeydiyyatının olduğu əsas gətirərək onun vəzifəli şəxs yox fiziki şəxs olaraq inzibati məsuliyyətə cəlb edilməli olduğu qənaətinə gəlməklə qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandıra bilməmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X3 şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 3(024)- 105/2023 nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X9 şikayətində göstərmişdir ki, o sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qax şəhəri, H.Əliyev prospektində özəl baytarlıq apteki vardır. Fiziki şəxs kimi vergi qeydiyyatındadır. (VÖEN-**********). Atasının adında Dövlət Fond torpağında 500 ha icarə qışlaq sahəsi var. Həmin ərazidə (17 saylı Kiçik Qozlu qışlağı) atası qoyunçuluq fəaliyyəti ilə məşğul olurdu. Atası yaşlandığı üçün həmin fəaliyyət sahəsinə də o nəzarət edir. Qoyun sürüsünə xidmət edən çobanlarla qarşılıqlı razılaşma yolu ilə fəaliyyət göstərirlər. 29 fevral 2023-cü il tarixində qışlaqda çoban işləyən Şəki rayonu, Aşağı Göynük kənd sakini Qarayev Fikrət özünü qoyun damında tirdən asaraq intihar etmişdir. Hadisə barəsində Qax rayon prokurorluğuna məlumat vermişdir. Onlar hadisə yerini müayinə etdikdən sonra meyiti Qax rayon xəstəxanasına aparmışlar. Prokurorluğun nəzarəti altında araşdırma aparıldıqdan sonra onu X7 Şəki-Zaqatala Regional İdarəsinə dəvət edərək, haqqında xx.xx.2023-cü il tarixdə MN № ******* saylı qərarla 3500 (üç min beş yüz) manat məbləğində İnzibati Xətalar Məcəlləsinin 192.1 maddəsinə əsasən cərimə olunması haqqında qərarı təqdim etmişlər. X14 töhfəsini verməkdən ötəri atasından qalmış təsərrüfatda qoyunçuluq fəaliyyəti ilə məşğul olur. Haqqında çıxardılmış qərardan narazıdır. Qoyunçuluq çox ağır sahədir, bu sahəni nizamlamaq hüquqi cəhətdən çox mürəkkəbdir. Bütün bu çətinlikləri nəzərə alaraq onun haqqında qəbul edilmiş qərara məhkəmə qaydasında baxılaraq, haqqında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X9 şikayətində göstərdiklərinə uyğun izahat verərək, əlavə olaraq onu da göstərdi ki, o atasına məxsus qoyunçuluq təsərrüfatında 3 nəfər çobanla birlikdə çobanlıq edir. Ona məxsus VÖEN olsa da, həmin sənəd baytarlıq aptekinin fəaliyyəti ilə bağlıdır. Heyvandarlıq fəaliyyəti ilə bağlı VÖEN olmadığı üçün o işə götürən ola bilməz. O, fiziki şəxs kimi fəaliyyət göstərir. Məhkəmədən X7 X3 İnzibati xəta haqqında MN ******* saylı 13 mart 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etdi. X7 X3 etibarnamə üzrə nümayəndəsi X17 izahat verərək göstərdi ki, Qax rayon X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2023-cü il tarixli, Q7C-23 nömrəli qərarı DƏMX-nin X6nə daxil olmuşdur. Daxil olmuş iş haqqında material üzrə tərəflərindən icraat aparılmış, tərəflər rəsmi qaydada araşdırma üçün dəvət edilmişlər. İş üzrə yekun olaraq X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X3 13 mart 2023-cü il tarixli MN ******* nömrəli qərarı ilə inzibati məsuliyyətə cəlb edilərək 3500.00 manat məbləğində inzibati cərimə edilmişdir. Ramazan Babayev inzibati cərimənin ödənilməsi ilə bağlı 13 mart 2023-cü il tarixindən möhlət istəmiş, bununla bağlı ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X3 “13” mart 2023-cü il tarixli 04/2023 saylı Qərardadı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 143.2-ci maddəsinin tələblərinə əsasən X9 barəsində tətbiq edilmiş İnzibati Tənbeh vermə haqqında “13” mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın icrası onun maddi vəziyyəti ilə əlaqədar olaraq Qərar hüquqi qüvvəyə mindiyi tarixdən cərimənin ödənilməsi altı ay müddətində uzadılmışdır. X9 tərəfindən xx.xx.2023-cü il tarixdə DƏMX-nin X3 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli İnzibati tənbehvermə haqqında qərarından ərizə ilə Qax rayon Məhkəməsinə müraciət ünvanlanmışdır. Həmin müraciətdə X9 bərəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli İnzibati tənbehvermə haqqında qərarının yüngülləşdirilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. Qax rayon Məhkəməsində işə baxılmış və xx.xx.2023-cü il tarixli, 3(024)-105/2023 nömrəli Qərar qəbul edilərək, şikayət təmin edilmiş və iş yenidən baxılması üçün DƏMXnin X6nə geri qaytarılmışdır. X9 (VÖEN-**********) 13 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi olaraq qeydiyyatdadır və sahibkarlıq fəaliyyəti göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində vəzifəli şəxslərin inzibati məsuliyyəti müəyyən edilib. Həmin maddədə göstərilmişdir ki, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Əlavə olaraq həmin maddənin qeyd hissəsinə vəzifəli şəxs anlayışına aydınlıq gətirilərək qeyd edilmişdir ki, “Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.” Həmin maddənin şərhindən də müəyyən edilir ki, X9 fiziki şəxs olaraq (VÖEN-**********) 13 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi olaraq qeydiyyatdadır, sahibkarlıq fəaliyyəti göstərir və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxs hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati cərimə növündə tənbeh nəzərdə ttutlmuşdur. Həmin maddənin tələblərinin pozulmasına görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Tərəfindən aparılan araşdırma zamanı yuxarıda qeyd edilən hallar nəzərdən keçirilmiş və X5 vəzifəli şəxs olaraq işəgötürmə səlahiyyəti olduğu halda ona məxsus təsərrüfatda 4 (dörd) nəfər işçi ilə əmək müqaviləsi bağlamadığı müəyyən edilmiş, müvafiq izahat və sənədlərlə qeyd edilən fakt sübuta yetirilərək barəsində vəzifəli şəxs olaraq inzibati cərimə növündə tənbeh verilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.3-cü maddəsinə əsasən fiziki şəxs - Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs hesab olunur və həmin Məcəllənin 10-cü maddəsində göstərilmişdir ki, vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslərdir. Həmin şəxslər tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması bu məcəllə ilə tənzimlənən qaydada məsuliyyət yaradır. Beləki fiziki şəxs olaraq vergi ödəyicisi olan X9 törətmiş olduğu qanun pozuntusuna görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxs olduğundan vəzifəli şəxs olaraq məsuliyyətə cəlb edilir. Məhkəmədən şikayətin təmin olunmasını, Qax Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 3(024)-105/2023 nömrəli qərarın ləğv edilməsini və X15 Xidmətinin X3 13 mart 2023-cü il tarixli MN ******* nömrəli qərarının qüvvədə saxlanılması ilə əlaqədar qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş Qax rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru X13 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, X5 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə fiziki şəxs kimi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Qax rayon prokurorunun “inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə” qərarından görünür ki, X5 barəsində İXM-nin 192.1-ci maddəsi ilə fiziki şəxs kimi inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, qərar və toplanmış material baxılması üçün aidiyyəti üzrə əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X6nə göndərilmişdir. İşə əlavə edilmiş X7 X3 rəisi X12 İnzibati tənbeh vermə haqqında MN ******* saylı 13 mart 2023-cü il tarixli qərarından görünür ki, X9 əmək müqaviləsi hüququ qüvvəyə minmədən 4 nəfər işçi işlərin yerinə yetirilməsinə-xidmətə cəlb etdiyi üçün 3500 (üç min beş yüz) manat miqdarında inzibati cərimə edilmişdir. İşə əlavə edilmiş X5 vergi fəaliyyəti barədə məlumatdan görünür ki, o vergi orqanında kənd təsərrüfatı heyvanlarının sağlamlığına nəzarət və müalicəsi ilə əlaqədar aptek fəaliyyət növü ilə qeydiyyatdadır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən edildi ki, X2 Əmək Müfəttişliyinin X3 rəisi X12 İnzibati tənbeh vermə haqqında MN ******* saylı 13 mart 2023-cü il tarixli qərarına əsasən əmək müqaviləsi hüququ qüvvəyə minmədən 4 nəfər işçi işlərin yerinə yetirilməsinə-xidmətə cəlb etdiyi üçün 3500 (üç min beş yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Ramazan Babayev hazırki şikayətində və məhkəmə iclasında verdiyi izahatında X7 X3 rəisi X12 İnzibati tənbeh vermə haqqında MN ******* saylı 13 mart 2023-cü il tarixli qərarından narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini vergi orqanında baytarlqı apteki işlətdiyinə görə fiziki şəxs kimi qeydiyyatda olduğunu, buna baxmayaraq müfəttişlik tərəfindən əmək müqaviləsi bağlamadan işçiləri əməyə cəlb etməsinə görə vəzifəli şəxs qismində cərimə edilməsi və işəgötürən olmadığı halda inzibati məsuliyyətə cəlb olunması ilə izah etmişdir. Məhkəmə Ramazan Babayevin şikayəti ilə bağlı qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslərin inzibati məsuliyyəti müəyyən edilmişdir. Həmin maddədə göstərilmişdir ki, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Əlavə olaraq həmin maddənin qeyd hissəsinə vəzifəli şəxs alayışına aydınlıq gətirilərək qeyd edilmişdir ki, “Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.” İş materiallarından görünür ki, fiziki şəxs olaraq vergi ödəyicisi olan X9 (VÖEN-**********) 13 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi olaraq qeydiyyatdadır və sahibkarlıq fəaliyyəti göstərir. Həmçinin iş materiallarından müəyyən olunur ki, X5 vəzifəli şəxs olaraq işəgötürmə səlahiyyəti olduğu halda ona məxsus təsərrüfatda 4 (dörd) nəfər işçi ilə əmək müqaviləsi bağlamamış və onlara ödənilən aylıq 300 manat əmək haqqını əlbəəl vermişdir. İşin faktiki halları, tərəflərin izahatları və iş materialları Ramazan Babayevin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, o vəzifəli şəxs hesab edilir. Lakin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin sanksiyasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulduğu halda X7 X6 tərəfindən Ramazan Babayev yuxarıda qeyd olunan maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə deyil, üç min beş yüz manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.3-cü maddəsinə əsasən fiziki şəxs - Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs hesab olunur. Həmin Məcəllənin 10-cü maddəsində göstərilmişdir ki, vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslərdir. Həmin şəxslər tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması bu məcəllə ilə tənzimlənən qaydada məsuliyyət yaradır. Həmin Məcəllənin İXM-in 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati cərimə növündə tənbeh nəzərdə tutulmuşdur. Həmin maddənin tələblərinin pozulmasına görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən bu Məcəllənin162-1,191.1, 195.1, 197.3, 197.4, 197.5, 205,253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə),249,284.2, 339.2 - 339.5,340.2, 341,376, 399,410.3, 440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3,445-1,516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə),528-1.3,531,538-1.4 - 538-1.6,540.5, 550.2- 550.5,558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573,594-1, 594- 2,595.2,596,601,602-2.3, 602-2.4,606.1 və 610-618-cimaddələrində nəzərdə tutulan inzibati xətalarhaqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digərinzibati xətalarhaqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan48 saatadəkmüddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrəqərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrəqərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X7 X3 rəisi X12 X5 barəsində qəbul etdiyi inzibati tənbeh vermə haqqında MN ******* saylı 13 mart 2023-cü il tarixli qərarı dəyişdirilməli, X9 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib üç min manat məbləğində inzibati cərimə edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 130-134, 135.1.6, maddələrini rəhbər tutub məhkəmə, qərara aldı: X5 X7 X3 rəisi X12 inzibati xəta haqqında MN ******* saylı 13 mart 2023-cü il tarixli qərarından verdiyi şikayət qismən təmin edilsin. X7 X3 rəisi X12 X5 barəsində qəbul etdiyi inzibati tənbeh vermə haqqında MN ******* saylı 13 mart 2023-cü il tarixli qərarı dəyişdirilsin. X9 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutlan inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğində inzibati cərimə olunsun. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar