Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-106/2023 18.04.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə. İnzibati tənbeh vermə haqqında Qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası DİN Şəki DYPB-nin YPX-nin baş inspektoru X2 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İnzibati tənbeh vermə haqqında Qərardan şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası DİN Şəki DYPB-nin YPX-nin baş inspektoru X2 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxılması ilə əlaqədar məhkəmə icladının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, inzibati xəta haqqında iş üzrə qərar tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN Şəki DYPB-nin YPX-nin baş inspektoru X4 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN Şəki DYPB-nin YPX-nin baş inspektoru X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati tənbeh vermə haqqında Qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkət etdiyi zaman DYP əməkdaşı ona “saxla” əmri vermiş və o hərəkəti dayandırmışdır. DYP əməkdaşı ona İXM-nin 342.7-ci maddəsinin tələbini pozulduğunu bildirmiş, o isə bunu inkar edərək tərəfindən hec bir pozuntunun olmadığını iddia etmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Nəticədə DYP əməkdaşı ona İXM-nin 342.7-ci maddəsi ilə (Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə) inzibati protokol tərtib edərək onu 60 manat məbləğində cərimə etmişdir. Hesab edir ki, DYP əməkdaşı tərəfindən tətbiq edilən tənbeh tədbiri heç bir hüquqi əsas olmadan həyata keçirilmişdir. Belə ki, onun idarə etdiyi avtomobildə dövlət qeydiyyat nişanları standartlara uyğundur. Yuxarıda göstərdiklərini nəzərə alaraq məhkəmədən Azərbaycan Respublikası DİN Şəki DYPB-nin YPX-nin baş inspektoru X2 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli TP ******* saylı İnzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXMnin 342.7-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat miqdarında inzibati cərimə edilmişdir. İş materiallarında olan inzibati xəta hadisəsinin törədilməsini əks etdirən fotoşəkillərə baxış keçirilən zaman müəyyən edildi ki, X1 idarə etdiyi “kamaz” markalı avtomobildə arxa hissədə olan dövlət qeydiyyat nişanı dügün oxunmur(silinib), nömrənin qarşısı görmə məhdudiyyətlidir (standartlara uyğun deyildir). Məhkəmə inzibati tənbeh vermə haqqında Qərardan şikayət vermiş şəxsin izahatını dinləyib və işdə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, Mətləb Yusifovun Azərbaycan Respublikası İXM-nin 342.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işin faktiki halları, işdə olan inzibati xəta hadisəsinin törədilməsini əks etdirən fotoşəkillər və digər sübutlarla təsdiq edilmişdir. Ona görə də, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 342.7-ci maddəsinə əsasən Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə-altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X1 şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133, 134.1.1, 136, 137-ci maddələrini rəhbər tutub məhkəmə, qərara aldı: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN Şəki DYPB-nin YPX-nin baş inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №3(024)-106/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-106/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver