Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-106/2025 13.03.2025 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Şikayət verən şəxs X6, X1 iştirakı ilə X6 TP ******* №li qərarın ləğv edilməsinə dair verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 onun İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə 40 manat cərimə olunması barədə TP ******* №li, 08 fevral 2025-ci il tarixli qərarın ləğv edilməsi barədə məhkəməyə şikayət vermişdir. Məhkəmə iclasında şikayətçi X8 göstərmişdir ki, 06 fevral 2025-ci il tarixdə ona məxsus olan «X12» markalı, az ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Qax şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən, həmin nəqliyyat vasitəsindəki aşağı enmək istəyən adamı düşürmək üçün nəqliyyat vasitəsini sağa çəkib qəza işıqlarını yandıraraq həmin adamı qeyd edilən ərazidə düşürmüşdür. Sonra isə əks istiqamətli zolağa çıxmaq məqsədi ilə və yolun həmin hissəsində əks istiqamətə dönmə icazəsi imkanı verən həmin hissədən soladönmə işığını yandıraraq nəqliyyat vasitəsini yavaşyavaş sola çəkmiş, hələlik tam dönməni yerinə yetirməmiş arxaya diqqət etmiş və arxadan gələn bir nəqliyyat vasitəsini görmüş, gözləmiş və həmin nəqliyyat vasitəsi gəlib onu ötüb keçmişdir. Eyni zamanda da həmin an arxada digər nəqliyyat vasitəsinin də hərəkət etmədən dayandığını görmüşdür. Sonra arxadan gələn, hərəkətdə olan hər hansı nəqliyyat vasitəsini görmədiyindən qaydalara uyğun olaraq sola, əks istiqamətli hərəkət zolağına manevr etmişdir. Elə bu an gözləmədiyi halda böyük bir zərbənin, qəzanın olduğunun şahidi olmuşdur. Qəzanın isə həmin an arxa hissədən sürətlə gələn və onun idarə etdiyim nəqliyyat vasitəsini çox sürətlə vuraraq yol kənarına atan bir nəqliyyat vasitəsi tərəfindən edildiyini görmüşdür. Qəzanı törətmiş həmin nəqliyyat vasitəsi çox sürətli gəldiyindən, onun özünün idarə etdiyi nəqliyyat vasitəsini vurduqdan sonra hadisə yerindən də xeyli uzağa məsafə qət etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, həmin gün kəsgin duman və gecə saat 20:00 radələri olduğu üçün yolun görünmə məsafəsi çox qısa idi və həmin ərazidə isə surət məhdudiyyəti 60 km/saatdır. Əgər qəzanı törədən həmin nəqliyyat vasitəsi də həmin ərazidən keçərkən aşağı sürətlə hərəkətdə olsa idi onun da görünməsi mümkün olacaqdır. Bu onu göstərir ki, qəzaya səbəb olan və həmin qəzanı törədən ağ rəngli HYUNDAİ SANTAFE markalı avtomobil hərəkətdə olarkən sürət həddini aşmış, qarşısında hərəkətdə olan avtomobillə ara məsafəsini düzgün nizamlamamış, həmçinin qarşıda olan avtomobilin soladönmə işığının işlək olmasına məhəl qoymamışdır. Nəqliyyat vasitəsinə hansı hissədən necə zərbə dəydiyini bilmək üçün nəqliyyat vasitəsindən aşağı enmiş, müşahidə nəticəsində görmüş ki, idarə etdiyi nəqliyyat vasitəsinin arxa sol və sağ kreloları. arxa stop və bütün işıqlar, arxa bamper. arxa təkərlər, arxa balka, ön alın şüşəsi, arxa qapılar və sağ yan qapı yüksək toqquşma nəticəsində zədə görmüş və yararsız hala düşmüşdür. Sonra hadisə yerinə Yol Patrul Xidməti gəlir, hadisə yerinə baxış keçirilir və ona Qax rayonu Yol Patrul Xidməti İnspektoru Polis Baş X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1. maddəsi üzrə inzibati xətaya görə cərimə tətbiq edilir. Bu səbəbdən şikayətin təmin olunması, TP ******* №li, 08 fevral 2025-ci il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, qərarında şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Buna görə də, məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti, şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan 08 fevral 2025-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, E.V.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib qərar qəbul edilmiş və 40 manat cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən-yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati xəta insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanmalıdır. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır.İnzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olub-olmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar. 75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri;75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, X2 onun barəsində tərtib olunmuş Daxili İşlər Nazirliyi Nazirliyi Qax Rayon Polisi Şöbəsinin TP ******* №li, 08 fevral 2025-ci il tarixli bağlı qərarın ləğv edilməsi barədə məhkəməyə şikayət vermişdir. E,V.Yusifov barəsində «X12» markalı nəqliyyat vasitəsini idarə edərkən “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə” görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə qərar qəbul edilmiş və o 40 manat məbləğində cərimə edilmişdir. Qərarla inzabati xəta törətməsi tam sübuta yetirilməmiş, işin faktiki halları tam olaraq araşdırılmamışdır. Sürət həddi, hadisənin qarşısının alınması ilə bağlı araşdırma aparılmamışdır. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir:128.2.1. hakimin qərarından-apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından-kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 106, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət qismən təmin olunsun. X8 barəsində tərtib edilmiş TP ******* №li, 08 fevral 2025-ci il tarixli qərar qərar ləğv edilsin. İş materialları yenidən araşdırma aparılması Qax rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №3(024)-106/2025
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-106/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver