Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-107/2025 03.03.2025 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs icra məmuru Yaşar Mahayevin, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs, Fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə xx xxxxxx 1993-cü il tarixdə, Zaqatala rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əlilliyi olmayan, Qax rayonu, Turaclı kəndində yaşayan-Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məmmədov X5 Rayon Məhkəməsinin 2(033)81/2024 №li, 22 yanvar 2024-cü il tarixli icra vərəqəsinə əsasən ümumilikdə 6.000 manat aliment borcunun tələbkar X1 ödənilməsindən yayınır. Bundan əlavə Məmmədov X5 Rayon Məhkəməsinin 2(033)1818/2016 №li, 14 sentyabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən ümumilikdə 1.600 manat aliment borcunun tələbkar Zərərçəkmiş şəxs ödənilməsindən yayınır. Bu barədə Qax rayon İcra və Probasiya Şöbəsinin rəisi kiçik ədliyyə müşaviri, Sənan Quliyev tərəfindən MN ******* №li, 03 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Qax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Yaşar Mahayev izahatında göstərmişdir ki, borclunun barəsində iki icra vərəqəsi mövcuddur. Zaqatala Rayon Məhkəməsinin 2(033)81/2024 №li, 12 oktyabr 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 08 dekabr 2016-cı ildə doğulmuş X6 və 12 dekabr 2017-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 21 avqust 2023-cü il tarixdən başlayaraq, cavabdeh Şəxs hər ay hər bir uşaq üçün 180 manat, cəmi 360 manat aliment sabit pul məbləğində tutularaq, iddiaçı X1 ödənilməlidir. Qeyd olunan icra sənədi 26 yanvar 2024-cü il tarixdə Qax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, tərəfindən «icraata başlamaq» haqqında qərar qəbul edilərək, müvafiq bildirişlə birlikdə tərəflərə və müvafiq məhkəməyə göndərilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)1818/2016 №li, 14 sentyabr 2016-cı il tarixli icra sənədinə əsasən 21 iyul 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 18 avqust 2016-cı il tarixdən hesablanmaqla, hər ay 100 manat sabit pul məbləğində aliment Şəxs alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi 04 mart 2024-cü il tarixdə Qax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, tərəfindən «icraata başlamaq» haqqında qərar qəbul edilərək, müvafiq bildirişlə birlikdə tərəflərə və müvafiq məhkəməyə göndərilmişdir. Hazırda hər iki icra vərəqəsi üzrə borc 7.600 manat təşkil edir. Borclunun Zərərçəkmiş şəxs 1.600 manat, Xeyransa Məmmədovaya 6.000 manat ödənilməli olan aliment borcu vardır. Hər iki tələbkar borclarının ödənilməsini tələb edirlər. Əvvəlki icra vərəqəsi Zaqatala rayon İcra və probasiya şöbəsinin icraatında olmuş, borclu Qax rayonuna qeydiyyata düşdüyü üçün Qax rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Borclu əvvəllər iki dəfə-2017-ci ildə və 2021-ci ildə İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş, sonra isə prosesin gedişatında borcundan ödəniş etdiyi üçün icraata xitam verilmişdir. Şəxs tələbkar Zərərçəkmiş şəxs olan borcundan sonuncu ödənişi 2024-cü ilin aprel ayında 1.600 manat ödəniş etmişdir. Çünki həmin vaxtı Şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilmiş, həmin təqdimatın ləğv edilməsi ilə bağlı qarşı tərəflə razılığa gəldiyi üçün ərizə vermişdir. Bundan sonra borclu 10 ay ərzində aliment borcundan cəmi 40 manat pul ödəmişdir. Bu günə olan borc 1.600 manat təşkil edir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o fəhlə işləyir. Bir neçə müddət əvvəl iş qəzası baş vermiş və qabırğasından zədə almışdır. Həmçinin, hava şəraiti ilə əlaqədar olaraq işləyə bilməmişdir. Bir-neçə günə yeni bir işə başlayacaq. İşə başlamadan öncə bir qədər məbləği qabaqcadan aldığına görə o, 1.000 manatı bu ay ödəyə bilər. Gələn ay isə borclu olduğu məbləği yarıya qədər endirəcəyini bildirdi. Məhkəmədən ona köməklik göstərilməsini xahiş etdi. Məhkəmə iclasında fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərmişdir ki, Şəxs izahatından da görünür ki, o aliment borcunu ödəmək istəyir. Onun həbs olunması uşaqlarına alimenti ödəməsini çətinləşdirəcəkdir. Ona görə də, onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə tənbeh tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs dediklərinin heç biri ilə razı deyildir. Çünki alimenti ödəyəcəyi barədə dəfələrlə izahat yazmış, lakin dediyi vaxtılarda ödəməmişdir. Aliment borcunu tam tələb edir. O, Şəxs ölkədən getmək hüququnun ləğv edilməsi barədə ərizə ilə əvvəllər müraciət etmişdir. Çünki Şəxs 1.600 manat ödəmiş, söz vermiş və izahat yazmışdır ki, gedib işləyəcək və alimenti hər ay ödəyəcəkdir. Hazırda işləmir və Zaqatala rayonu, Kəpənəkçi kəndində anasıgillə bir yerdə yaşayır. Alimentin tam şəkildə ödənməsini, ödənmədiyi halda Şəxs həbs edilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş, araşdırılmış sənədlər: -MN ******* №li, 03 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. -04 mart 2024-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. -Tələbin könüllü icrası haqqında 04 mart 2024-cü il tarixli bildirişdən görünür ki, «tələbin könüllü icrası» barədə borcluya məlumat verilmişdir. -2(033)1818/2016 №li, 14 sentyabr 2016-cı il tarixli icra vərəqəsindən görünür ki, 21 iyul 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 18 avqust 2016-cı il tarixdən hesablanmaqla, hər ay 100 manat sabit pul məbləğində aliment Şəxs alınaraq Zərərçəkmiş şəxs verilməlidir. -06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. -26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində icraata başlamaq haqqında qəərar qəbul edilmişdir. -Tələbin könüllü icrası haqqında 26 yanvar 2024-cü il tarixli bildirişdən görünür ki, «tələbin könüllü icrası» barədə borcluya məlumat verilmişdir. -Zaqatala Rayon Məhkəməsinin 2(033)81/2024 №li, 22 yanvar 2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 08 dekabr 2016-cı ildə doğulmuş X6 və 12 dekabr 2017-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 21 avqust 2023-cü il tarixdən başlayaraq, cavabdeh Şəxs hər ay hər bir uşaq üçün 180 manat, cəmi 360 manat aliment sabit pul məbləğində tutularaq, iddiaçı X1 ödənilməlidir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsi, barəsində inzibati protokol tərtib edilmiş şəxsi, müdafiəçini dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən-məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməldən peşman olmasını İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir, onun əməlində həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə E.S.Məmmədovun şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsini, bunun isə zərərçəkmiş şəxslərin manefilərinə toxunmasını, onların uşaqların saxlanmasında çətinlik çəkməsini, aliment borcu məbləğinin zərərçəkmiş şəxslərdən birinə 1.600, digərinə isə 6.000 manat olmasını və iş üzrə olan digər halları nəzərə alaraq E.S.X4 Məcəlləsinin 528.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir:128.2.1. hakimin qərarından-apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından-kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 106, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, «10» (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli «03» mart 2025-ci il tarixdən, saat 12:55-dən hesablansın. Hüquqi xidmətə görə müdafiəçi Vəkil iştirak etdiyi 03 saata görə 18 manat məbləğində pul ödənilməsi üçün vəkili hesabına köçürülsün (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************). Qərarın icrası Qax rayon Polis Şöbəsinə, Qax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən «10» (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №3(024)-107/2025
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-107/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver