Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-110/2024 15.05.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə. Şəxs–FİNxxxxxxx, xx.xx.1994-cü ildə Qax rayonu Zəyəm kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, Qax rayonu, Zəyəm kəndində qeydiyyatda olan və yaşayan. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.8-ci maddələri ilə Azərbaycan Respublikası DİN Qax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə etibarnamə olmadan idarə etdiyi “BMW 320 minik” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonu Zəyəm kəndində hərəkətdə olarkən qarşısında hərəkətdə olan “Mercedes Benz C 230” minik” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobillə ötmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirərək “BMW 320 minik” markalı avtomobilin sağ tərəfi ilə “Mercedes Benz C 230” markalı avtomobilin sol hissəsi ilə toqquşmuş, nəticədə avtomobil yolun sağ hissəsində yerləşən ağaca dəymiş və nəticədə avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri almışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə inzibati xəta haqqında protokol tərtib edən şəxs Qax RPŞ-nin BDYPB-nin YPX inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə baxış iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə inzibati xəta haqqıdna protokol tərtib edən şəxsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə qardaşı Şəxs idarə etdiyi məxsus “BMW 320 minik” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zəyəm kəndi ərazisi ilə hərəkətdə olarkən qardaşı Şəhriyar əyləşdikləri avtomobillə eyni istiqamətdə hərəkətdə olan “Mercedes Benz C 230” minik” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobili ötmə əməliyyatı etmişdir. Həmin vaxt avtomobil idarəetməni itirərək sağ tərəfi ilə “Mercedes Benz C 230” markalı avtomobilin sol hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində o yüngül bədən xəsarətləri almışdır. Şəxs onun qardaşıdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Şəxs yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs il ərzində eyni inzibati xətanı ilk dəfə törətməsini işdə yüngülləşdirici hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir-neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci və 332.1-ci maddələri ilə təqsirli bilinməli, barəsində daha ciddi xətaya görə İXM-nin 327.8-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və həmin maddənin sanksiyasına uyğun olaraq inzibati qaydada cərimə edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1, 34.3, 40.0.1, 43, 84, 106, 109, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutub məhkəmə, qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona İXM-nin 327.8-ci maddəsi ilə 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərardan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №3(024)-110/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-110/2024
15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver