Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-116/2024 13.05.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. Şəxs- xx.xx.1987-ci ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qax rayonu, Ləkit kəndində qeydiyyatda olan, FİN- xxxxxxx Şəxs barəsində Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X5 tərəfindən Şəxs barəsində, onun Qax Rayon Məhkəməsinin 2(024)-581/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icra edilməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi haqqında xx.xx.2024-cü tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X5 izahat verərək bildirdi ki, Qax Rayon Məhkəməsinin 2(024)- 581/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2011-ci tarixdə anadan olmuş X4 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 150 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X3 verilməlidir. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. İcra sənədi üzrə borclunun 950 manat aliment borcu yaranmışdır. Borcludan yaranmış aliment borcunun ödənilməsi tələb olunmuş, əks halda qanunvericiliyə müvafiq daşıdığı məsuliyyət izah olunmuşdur. Lakin borclu yaranmış aliment borcunun ödənilməsini təmin etməmişdir. Borclu xx.xx.2024-cü il tarixdə, şöbəyə verdiyi izahatda hal hazırda işsiz olduğunu qeyd olunan aliment borcunu ödəmək imkanının olmadığını icra vərəqəsi üzrə yaranmış 950 manat aliment borcunu imkan olduqdan sonra ödəyə biləcəyini izahatında göstərmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Qax Rayon Məhkəməsinin 2(024)-581/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan xx.xx.2011-ci tarixdə anadan olmuş X4 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 150 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X3 verilməlidir. O, yığılmış aliment borcunu maddi imkanı olmadığı və işsiz olduğu üçün ödəyə bilməmişdir. Odur ki, məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları, icra məmurunun izahatı və digər mötəbər sübutlarla məhkəmə iclasında təsdiq edilmişdir. Məhkəmə inzibati tənbeh təyin edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qadın olmasını və yeni ailə qurmasını onun məsuliyyətini yüngülləşdirici hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün şəxsin həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməsi göstərilmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi sanksiyası daxilində inzibati qaydada cərimə edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43,84,106,114,115-117,128-130-cu maddələrini rəhbər tutub, məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500(beş yüz) manat məbləğdə inzibati qaydada cərimə edilsin. Qərardan 10(on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №3(024)-116/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-116/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver