Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-117/2024 29.05.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qax rayon Yol Patrul xidməti inspektoru polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.2003-cü ildə Qax rayonu Ağçay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qax rayonu, Ağçay kəndində yaşayan, subay, FİNxxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Qax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:55 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “JEEP GRAND CHEROKEE” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobili park edərkən dayanıqlı vəziyyətdə olan Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə məxsus “SCODA” markalı 018D022” dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qax rayon Yol Patrul xidməti inspektoru polis baş serjantı X2 izahat verərək göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:55 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “JEEP GRAND CHEROKEE” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobili park edərkən dayanıqlı vəziyyətdə olan Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə məxsus “SCODA” markalı 018D022” dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Ona görə də o Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib göstərdi ki, o Qax rayonu Qaxbaş kəndi ərazisində yerləşən “EL Resort” otelində mühafizəçi işləyir. Onun nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük hüququ yoxdur. xx.xx.2024-cü il tarixdə saat 18:55 radələrində otelə qonaq gəlmiş “JEEP GRAND CHEROKEE” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü ondan avtomobilini park etməyi xahiş etmiş, o da heç zaman avtomobili idarə etmədiyi halda həmin avtomobili park edərkən dayanıqlı vəziyyətdə olan Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə məxsus “SCODA” markalı 018D022” dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı “SCODA” markalı 018D022” dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. O, avtomobilə dəymiş ziyanı həmin vaxtı avtomobil sahibinə ödəmək istəsə də, əlbəəl pulu qəbul etmədiklərini bildirmiş və avtomobil servisə aparılmışdır. Həmin avtomobilə dəymiş ziyanı ödəməyə hazırdır. Hərəkətindən peşman olmasını göstərərək məhkəmədən ona kömək edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafı və iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını işdə onun məsuliyyətini yüngülləşdirici hallar hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşdə olan Azərbaycan Respublikası avtomotoservis və ticarət müəssisəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 38saylı aktdan görünür ki, C“SCODA” markalı 018D022” dövlət qeydiyyat nişanlı avtomobilə 500 manat ehtiyyat hissələri və 400 manat xidmət xərci olmaqla, ümumilikdə 900 manat ziyan dəymişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və həmin maddənin sanksiyasına uyğun olaraq inzibati qaydada cərimə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 84, 106, 109, 114, 115, 116, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 500(beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №3(024)-117/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-117/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver