Məhkəmə qərarları › İş №3(024)-118/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-118/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-118/2024 29.05.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bayram oğlunun iştirakı ilə. xx.xx.1976-cı ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qax rayonu, Toppax kəndində qeydiyyatda olan, FİN- xxxxxxx Şəxs Bayram oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Qax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bayram oğlu xx.xx.2024-cü il tarixdə saat 17 radələrində idarə etdiyi Opel markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhəri, İ.Dağıstanlı küçəsi ilə hərəkətdə olan zaman yolda qarşısına çıxmış Zərərçəkmiş şəxs idarə etdiyi Vaz 21074 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığına müxtəlif bədən xəsarətləri vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Bayram oğlu Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bayram oğlu izahat verib göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində idarə etdiyi Opel markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhəri, İ.Dağıstanlı küçəsi ilə hərəkətdə olan zaman yolda əks istiqamətdə hərəkətdə olan Vaz 21074 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə onun üzərinə gəldiyini görmüşdür. Bu zaman o hadisədən yayınmaq üçün yolun sol tərəfinə keçmiş, nəticədə qarşıdan gələn hamin avtomobil ilə toqquşmuşdur. Hadisə zamanı Vaz 21074 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sürücü Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri almışdır. İnzibati xətaya bilərəkdən yol vermədiyini göstərərək məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bayram oğlunun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və özünün səmimi etirafı ilə tam sübuta yetirilmişdir. İşdə olan “material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan” görünür ki, Şəxs Bayram oğlu barəsində olan material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan “material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan” görünür ki, məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya elmi təcrübi və tədris birliyinin verdiyi rəyə əsasən Zərərçəkmiş şəxs olan xəsarətlər, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh təyin edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bayram oğlunun ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və əməlindən səmimi peşman olmasını işdə onun məsuliyyətini yüngülləşdirici hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bayram oğlunun əməlində məsuliyyəti ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Bayram oğlu Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və həmin maddənin sanksyasına uyğun olaraq inzibati qaydada cərimə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43, 84, 106, 109, 114, 115, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bayram oğlu Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300(üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar