Məhkəmə qərarları › İş №3(024)-120/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-120/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-120/2024 03.06.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakları ilə. xx.xx.1998-ci ildə Qax rayonunda doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, Qax rayonu, Böyük Alatəmir kəndində yaşayan, FİN-xxxxxxx Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Qax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus avtomobilin ön şüşəsini daşla vuraraq sındırmaqla Zərərçəkmiş şəxs 300 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəblərinə dair məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Qax Rayon Polis Şöbəsi tərəfindən Qax Rayon Məhkəməsinə göndərilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə ona məxsus avtomobilin ön şüşəsini daşla vuraraq sındırmaqla ona 300 manat məbləğində maddi ziyan vurmuşdur. Şəxs hazırda ona dəyən maddi ziyanı ödəyərək onunla barışmışdır. Şəxs onunla barışmasını nəzərə alaraq onun barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək göstərdiklərini əks etdirən ərizəni məhkəməyə təqdim etdi. İşdə olan Azərbaycan Respublikası avtomotoservis və ticarət müəssisəsinin verdiyi xx.xx.2024-cü il tarixli aktdan görünür ki, **-GR-*** dövlət nömrə nişanlı Vaz 2107 markalı avtomaşına ehtiyyat hissələri və xidmət xərci olmaqla, ümumilikdə 300 manat ziyan dəymişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və Zərərçəkmiş şəxs ərizəsini nəzərdən keçirərək, iş materiallarını araşdıraraq iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və onunla barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, zərərçəkmiş şəxsə vurulmuş ziyan tamamilə ödənilmiş və zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayət və tələbi yoxdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və Zərərçəkmiş şəxs vurulmuş ziyan tamamilə ödənildiyindən onun barəsində xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar