Məhkəmə qərarları › İş №3(024)-122/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-122/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-122/2024 17.05.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakı ilə, Şəxs-xx.xx.1993-cü ildə Qax rayonu, Qıpçaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Qax rayonu, Qıpçaq kəndində yaşayan, FİN-xxxxxxx Onun barəsində Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Qax rayon İcra və Probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X5 tərəfindən Şəxs barəsində, Qax Rayon Məhkəməsinin 2(024)-131/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icra edilməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi haqqında xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X3 izahat verərək bildirdi ki, Qax Rayon Məhkəməsinin 2(024)- 131/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs xx.xx.2016-cı ildə doğulmuş X6, xx.xx.2018-ci ildə doğulmuş X7 və xx.xx.2019-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 170 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 xeyrinə ödənilməlidir. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İcra sənədi üzrə xx.xx.2024-cü il tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. İcra sənədi üzrə borclunun 1700 manat aliment borcu yaranmışdır. Borcludan yaranmış aliment borcunun ödənilməsi tələb olunmuş, əks halda qanunvericiliyə müvafiq daşıdığı məsuliyyət izah olunmuşdur. Lakin borclu yaranmış aliment borcunun ödənilməsinin təmin etməmişdir. Borclu xx.xx.2024-cü il tarixdə Qax rayon İcra və Probasiya şöbəsinə verdiyi izahatında iş olanda fəhlə işlədiyini, bu işdə iş olanada 30-35 manat qazancının olduğunu və yaranmış aliment borcunu hal-hazırda ödəmək imkanının olmadığnı, qeyd olunan 1700 manat aliment borcunu 2024-cü ilin sentyabr ayının sonuna kimi ödəyəbiləcəyini göstərmişdir. Bununla da o icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də, Şəxs qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, həmin icra sənədində nəzərdə tutulmuş və ödəməli olduğu aliment borcunu maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. O icra sənədini qərəzli olaraq icra etmir, sadəcə onun maddi imkanı yoxdur ki, borcunu tam olaraq ödəsin. Hazırda o X8 ilə aralarında razılığa gəlmişdir. Belə ki, o Səma Eminliyə olan aliment borcunu sentyabr ayında ödəyəcəkdir. Məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X8 məhkəmə iclasında izahat verərək göstərdi ki, Qax Rayon Məhkəməsinin 2(024)-131/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs xx.xx.2016-cı ildə doğulmuş X6, xx.xx.2018-ci ildə doğulmuş X7 və xx.xx.2019-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 170 manat sabit pul məbləğində aliment alınaraq ona ödənilməlidir. Lakin Şəxs alimenti ödəmir. Onun bu günədək yığılmış 1700 manat aliment borcu var. Hazırda Şəxs ona olan borcunu sentyabr ayında ödəyəcəyi ilə bağlı aralarında razılığa gəlmişlər. Ona görə də Şəxs məsuliyyətə cəlb edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş X8 tərəfindən yazılaraq imzalanmış ərizədən görünür ki, Şəxs ona olan borcunu sentyabr ayında ödəyəcəyi ilə bağlı aralarında razılığa gəlmişlər və ona görə də Şəxs məsuliyyətə cəlb edilməməsini xahiş etmişdir. İcra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs icra vərəqəsinin qərəzli olaraq icra etməməsi halları aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 elementobyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Lakin hazırki iş üzrə Qax rayon İcra və Probasiya şöbəsi məhkəmə aktının icrasının təmin edilməsi üçün bütün imkanlardan istifadə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.1.2, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərardan 10(on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar