Məhkəmə qərarları › İş №3(024)-124/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-124/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-124/2024 22.05.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. Şəxs–xx.xx.1992-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Zaqatala rayonu, Muğanlı kəndində qeydiyyatda olan, FİN-xxxxxxx Onun barəsində Azərbaycan Respublikası DİN Qax RPŞ-si tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Qax RPŞ-nin İTB-nin MN № ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoluna əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Qax şəhəri ərazisində yerləşən tikinti materialları satılan mağazanın həyətində Azərbaycan Respublikası DİN Qax RPŞ-nin YPX-nin əməkdaşı Şahid nalayiq söyüşlərlə söyərək ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik edən xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2 məhkəmə iclasinda izahat verərək göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Qax şəhəri ərazisində yerləşən tikinti materialları satılan mağazanın həyətində Azərbaycan Respublikası DİN Qax RPŞ-nin YPX-nin əməkdaşı Şahid nalayiq söyüşlərlə söyərək ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik edən xırda xuliqanlıq hərəkətləri etmişdir. Ona görə də tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində inzibati qaydada tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində idarə etdiyi Qazel markalı yük avtomobili ilə hərəkətdə olarkən Azərbaycan Respublikası DİN Qax RPŞ-nin YPX-nin əməkdaşı Şahid ona saxla əmri vermişdir. Saxladıqdan sonra polis əməkdaşı ona avtomobildə konstruksiya dəyişikliyi etdiyini bildirərək avtomobilin duracağa aparılmasını bildirmişdir. Duracağa gedən zaman avtomobildə olan yükü boşaltmaq üçün yolda olan tikinti materialları mağazasına girmişlər. Mağazanın həyətində o Şahid onu buraxmasını, avtomobilini duracağa aparmamasını xahiş etmişdir. Bu zaman o telefonda başına gələnlərlə bağlı xalası oğlu ilə danışmış, danışan zaman Şahid ona danışmağı kəsməsini bildirərək onu və xalası oğluna nəlayiq söz demişdir. O da Şahid nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Şahid məhkəmə iclasında verdiyi ifadəsində xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Qax şəhəri ərazisində yerləşən tikinti materialları satılan mağazanın həyətində Şəxs onu nalayiq ifadələrlə söyüb təhqir edtiyini bildirərək Şəxs cəza verilməsini xahiş etdi. Şəxs bu hərəkəti özünün qismən etirafedici izahatı, şahidin ifadəsi və işin materialları ilə tam sübuta yetirilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs il ərzində ilk dəfə inzibati xəta törətməsini və onun əməlindən səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:35-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası daxilində təqsirli bilinib inzibati cərimə tənbeh növünün tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43,84,106,114,115, 117, 128-130-cu maddələrini rəhbər tutub məhkəmə, qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 50 manat məbləğində inzibati cərimə tənbeh növü tədbiq edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Qax rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan 10(on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə yaxud birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Taleh Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar