Məhkəmə qərarları › İş №3(024)-134/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-134/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-134/2023 01.05.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. Şəxs-FİN-20EP391 xx.xx.1991-ci ildə Qax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qax şəhəri, M.F.Axundzadə küçəsi, ev 17-də yaşayan. Onun barəsində Azərbaycan Respublikası DİN Qax rayon rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinin tələblərini pozduğuna görə barəsində EQ-12127019 və EQ-12570877 saylı inzibati xəta haqqında protokollar tərtib edilərək ümumilikdə 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. O, cərimələri 3 ay müddətində qanuni əsaslar olmadan ödəməmişdir. xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində tərtib edilmiş protokollar üzrə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəmədiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş materilallar tədbir görülməsi üçün Qax rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxış iclasına gəlməmiş, lakin məhkəmə qərar qəbul edənədək yəni xx.xx.2023-cü il tarixədək EQ-12127019 və EQ-12570877 saylı inzibati xəta haqqında iş üzrə protokollarda göstərilmiş cərimə və dəbbə pulunu ödəmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi, yəni Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Həmçinin Şəxs məhkəmə qərar qəbul edənədək yəni xx.xx.2023-cü il tarixədək cərimələri ödəməsi öz təsdiqini tapmışdır. Belə ki, “Asan.pay.az” rəsmi intenet səhifəsindən xx.xx.2023-cü il tarixdə çıxarılmış son ödəniş məlumatlarından görünür ki, EQ-12127019 və EQ- 12570877 nömrəli inzibati xəta haqqında protokollar üzrə borc (müvafiq cərimə və dəbbə pulu) ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeydində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəriməni inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyindən inzibati məsuliyyətdən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 24.1, 40.0.1, 43, 53.0.2, 84, 106, 114 və 115-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında material üzrə məhkəmə qərar qəbul edənədək cəriməni ödədiyindən inzibati məsuliyyətdən azad edilsin. Qərardan 10(on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar