Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-138/2023 05.05.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin Hüquq, kadr və kargüzarlığın təşkili şöbəsinin müdiri X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş MN № ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Qax rayonu Malax kəndi ərazisində yerləşən “X6 Mərkəzi” sahibkarlıq obyektində açıq məkanda yayımlanan ayrıca dayaqlı reklam qurğusu barədə verilmiş yazılı göstərişin tələbləri vaxtında və tam yerinə yetirilməmişdir. İnzibati protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin Hüquq, kadr və kargüzarlığın təşkili şöbəsinin müdiri X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs Qax rayonu Malax kəndi ərazisində yerləşən “X6 Mərkəzi” sahibkarlıq obyektində açıq məkanda yayımlanan ayrıca dayaqlı reklam qurğusunu müvafiq icazə sənədləri olmadan açıq məkanda yerləşdirilməsi və yayımı faktı aşkar edilmişdir. xx.xx.2023-cü il tarixdə faktla bağlı akt və məcburi göstəriş tərtib edilmişdir. Məcburi göstərişdə 5 gün ərzində qeyd olunmuş icazəsiz reklamların götürülməsi inzibati xəta törətmiş şəxs Şəxs bildirilmiş və həmin göstəriş poçt vasitəsilə ona göndərilmişdir. Şəxs məcburi göstərişlə bağlı bildirişi almış, lakin göstərişdə qeyd olunanlara əməl etməmişdir. Bundan başqa İdarənin əməkdaşları Şəxsyla görüşmüş, ona mövcud sahədə olan qanunverciliyin tələbləri izah edilmşdir. Lakin hər iki halda Şəxs qeyd edilən qanuni çatışmamazlığı aradan qaldırmaq istəməmişdir. Bu səbəbdən də xx.xx.2023-cü ildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin tələblərini pozduğuna görə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, anasına məxsus Qax rayonu Malax kəndi ərazisində yerləşən “X6 Mərkəzi” sahibkarlıq obyekti vardır. Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi əməkdaşları ona reklam yayımının müqavilə əsasında yerləşdirməyə icazə verildiyini bildirmişlər. Lakin həmin reklam yolda yox, həyətdə qoyulmuşdur. Reklam İdarəsinin işçiləri həyətə daxil olaraq müqavilə bağlamadan reklam lövhəsini yerləşdirdiyini bildirmiş və ona qanunsuz olaraq protokol tərtib etmişlər. Barəsində tərtib olunan protokolla razılaşmır və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsinin məlumatından görünür ki, Şəxs VÖEN(**********) vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdadır. İş materiallarında olan № 000063 saylı, xx.xx.2023-ci il tarixli “Akt”dan görünür ki, Şəxs tərəfindən Qax rayonu Malax kəndi ərazisində yerləşən “X6 Mərkəzi” sahibkarlıq obyekti 1.5m x 1.5m x 1 ədəd x 1tərəfli=2.25 kv.m ölçüdə ayrıca dayaqlı reklamı icazə sənədləri olmadan yerləşdirilməsi və yayımı faktı aşkar edilmişdir. İş materiallarında olan “Reklam Haqqında”Azərbaycan Respublikasının mövcud Qanunvericiliyinin pozulmasına dair icrası məcburi olan Göstərişdən görünür ki, Şəxs № 000063 saylı, xx.xx.2023-cü il tarixli aktda qeyd olunan qanun pozuntularını 5 gün ərzində aradan qaldırılması tələb olunmuş, əks halda İXM-nin müvafiq maddəsi ilə barəsində tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən Şəxs barəsində MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola əsasən Şəxs tərəfindən Qax rayonu Malax kəndi ərazisində yerləşən “X6 Mərkəzi” sahibkarlıq obyekti 1.5m x 1.5m x 1 ədəd x 1tərəfli=2.25 kv.m ölçüdə ayrıca dayaqlı reklamı müvafiq icazə sənədləri olmadan yerləşdirilməsi və yayımı faktı aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin nümayəndəsinin, protokol tərtib etmiş şəxsin izahatları və iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 428.7.3-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş halları istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin qeyd hissəsindən göründüyü kimi Şəxs vəzifəli şəxs hesab edilir. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar aşkar olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və həmin maddənin sanksiyasına uyğun olaraq inzibati qaydada cərimə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43, 53.0.2, 84, 106, 109, 114 və 115-ci maddələrini rəhbər tutub məhkəmə, qərara aldı : Qurbanova X3 Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №3(024)-138/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-138/2023
05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver