Məhkəmə qərarları › İş №3(024)-140/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-140/2023

24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-140/2023 24.05.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədirliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. Qax rayon İcra və Probasiya şöbəsinin rəisi İ dərəcəli ədliyyə qulluqçusu X9, X12 Xidməti X3 baş əmək müfəttişi X11, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx xxxxxx 1970-ci ildə Qax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Qax rayon Qax şəhəri, 28 may küçəsi ev 21-də yaşayan, Şəxs, FİNxxxxxxx barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Qax rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : X12 Xidmətinin xx.xx.2022-ci il tarixli ******* saylı inzibati tənbeh tətbiq edilmə haqqında qərarına əsasən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Şəxs istinad edilən əməl ondan ibarət olmuşdur ki, fiziki şəxs Şəxs X2 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) Hüquqi qüvvəyə minmədən Qax rayonu Nizami parkında yerləşən kafedə ofisant kimi işlərin yerinə yetrilməsinə cəlb etmişdir. X6 ona istinad edilən inzibati xətada təqsirliliyi ilk növbədə özünün səmimi etirafı və tərtib edilmiş sənədlərlə təsdiq olunur. X1 İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. X6 inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qanuni qüvvəyə minmiş qərarı 3 (üç) ay müddətinə icra etmədiyinə görə onun barəsində Qax Rayon İcra və Probasiya şöbəsi tərəfindən İXM-in 529.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilmişdir. Qax Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 240 (iki yüz qırx) saat müddətinə ictimai işlər inzibati tənbehi tətbiq edilməsi və Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulması qərara alınmışdır. Qax Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 3(024)-169/2022 nömrəli qərarından X12 Xidməti X3 rəisi Akif Əliyev şikayət vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 3(107)-317/2022 saylı qərarı ilə İXM-in 150.9-cu maddəsinin həmin Məcəllənin 38.1-ci maddəsinin müddəalarına, həmçinin İXM-in 145.1.6-cı maddəsinin İXM-in 146.1-1-ci maddəsinin müddəalarına uyğunluğu yoxlanılmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələri, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 və 7-ci maddələri baxımından şərh edilməsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş müraciətə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən baxılıb yekun qərar verilənədək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 3(107)-1/2023 saylı qərarı ilə iş üzrə icraat təzələnmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 3(107)-1/2023 saylı qərarına əsasən X12 Xidməti X3 rəisi Akif Əliyevin şikayəti qismən təmin edilmiş, Qax Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 3(024)- 169/2022 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qax rayon İcra və Probasiya şöbəsinin rəisi İ dərəcəli ədliyyə qulluqçusu X14 məhkəmə iclasında izahat verərək göstərdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Şəki Regional Ərazi Şöbəsinin müraciətdə göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qax Regional Ərazi Şöbəsinin ******* saylı, 21 iyun 2021-ci il tarixli qərarının icrasıyla bağlı tərəfimizdən görülmüş icra tədbirləri zamanı cərimə məbləği borclu tərəfindən ödənilmədiyindən, həmçinin borcluya məxsus, icra sənədinin tələbinin yönləndirilə biləcəyi əmlak və ya gəlir aşkar edilmədiyindən, Şəxs barəsində 27 aprel 2022-ci il tarixdə İXM-nin 529.1 maddəsi ilə Qax rayon Məhkəməsinə inzibati protokol verilmişdir. Məlumdur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyətlər müəyyən edilmiş, o cümlədən həmin məsuliyyətin məhz 3 ay müddətdən sonra bitdiyi imperativ qaydada göstərilməmişdir. Qax Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 3(024)-169/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən təqsirli bilinib barəsində 240(iki yüz qırx) saat müddətinə ictimai işlər inzibati tənbehi tətbiq edilmişdir. Şəxs Qax Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 3(024)-169/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən təqsirli bilinib barəsində 240(iki yüz qırx) saat müddətində ictimai işlər inzibati tənbehi tətbiq edilməsi səbəbindən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qax Regional Ərazi Şöbəsinin ******* saylı, 21 iyun 2021-ci il tarixli qərarı üzrə icraata tərəfindən 19 may 2022-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1.6.-cı maddəsində barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2023-cü il tarixli qərarında da İnzibati Xətalar Məcəlləsinin 145.1.6-cı maddəsinə müvafiq olaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verməsi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, bu cür hüquqi tənzimetmə hüququn hamılıqla qəbul edilmiş eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipindən irəli gəlir. Eyni əmələ görə təkrarən məsuliyyətə cəlb edilməyə yol verilməməsinə dair prinsip inzibati xətalar qanunvericiliyində də əks olunmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə müvafiq olaraq, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhz bu prinsipdən çıxış edərək qanunverici barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin həmin qərarı icra etməməyə görə İnzibati Xətalar Məcəlləsinin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildiyi halda onun barəsində əvvəlki inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsini nəzərdə tutmuşdur. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunun 87.3.-cü maddəsinə əsasən törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Qax Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 3(024)-169/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən təqsirli bilinib barəsində 240(iki yüz qırx) saat müddətində ictimai işlər inzibati tənbehi tətbiq edilmiş, həmin qərar 01 iyun 2022-ci il tarixdə Qax Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş tərəfindən qanunamüvafiq icraat başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.1.-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Şəxs Qax Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış yerlərdə 240(iki yüz qırx) saat müddətində ictimai işlərə cəlb edilməsi üçün tədbirlər görülmüş, ona elektron nəzarət vasitəsi tətbiq edilmiş, işləməsi üçün Qax Rayon İcra Hakimiyyəti Qax Kommunal Müəssisələri Kombinatına göndərilmiş, işlədiyi yerlərə müntəzəm baxış keçirilmiş, Qax Rayon İcra Hakimiyyəti Qax Kommunal Müəssisələri Kombinatının 31 avqust 2022-ci il tarixli 116 saylı cavab məktubuna əsasən Şəxs 240 (iki yüz qırx) saat yaşıllaşdırma və təmizlik sahələrində işləməklə, ictimai işlər inzibati tənbehi tam icra edilmişdir. Odur ki, tərəfindən Şəxs tətbiq edilmiş elektron nəzarət vasitəsi təhvil götürülmüş, 240(iki yüz qırx) saat müddətində ictimai işlər inzibati tənbehi tam şəkilədə icra edildiyindən Qax Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 3(024)-169/2022 saylı qərarı həmin məhkəməyə qaytarılmışdır. Qeyd olunanları nəzərə alaraq, Qax Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 3(024)-169/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən təqsirli bilinib barəsində 240(iki yüz qırx) saat müddətində ictimai işlər inzibati tənbehi tətbiq edilməsini, onun həmin ictimai işlərə cəllb edilərək ictimai işlərin yekunlaşdığını, həmin qərarın da icraatına xitam verilməsini, icra vərəqinin Qax rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmasını nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1.6.-cı maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi haqqında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2023-cü il tarixli qərarında qeyd olunan qaydada, İnzibati Xətalar Məcəlləsinin 38.1, 53 və 109.2-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X12 Xidməti X3 baş əmək müfəttişi X17 izahat verərək bildirdi ki, X8 X5 tərəfindən borclu Şəxs barəsində işlər məcburi qaydada ödənilmək üçün Qax Rayon İcra və Probasiya Şöbəsinə göndərildikdən sonra həm qəbul edilmiş qərar ilə bağlı, həm də görülmüş digər icra tədbirləri ilə bağlı DƏMX-nin X5nə heç bir rəsmi və qeyri-rəsmi məlumat verilməmişdir. Qeyd olunanlar azmış kimi Qax Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı ilə borclu Şəxs barəsində Qax Rayon Məhkəməsində inzibati xəta materiallarına baxış keçirilərkən borclunu inzibati məsuliyyətə cəlb etmiş orqana-X12 Xidmətinə əvvəlcədən heç bir məlumat verilməmişdir. DƏMX-nin X5 tərəfindən qəbul edilmiş, borclu Şəxs tərəfindən dövlət büdcəsinə ödənilməli olan 3000 (üç min) manat vəsait Qax Rayon İcra və Probasiya Şöbəsinin və Qax rayon Məhkəməsinin qərəzli və ədalətsiz qərarları ilə ləğv edilmişdir. Bildirilir ki, Qax Rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs maliyyə və əmlak vəziyyəti heç bir formada araşdırılmamış və bununla bağlı aidiyyəti orqanlara müvafiq sorğular göndərilməmişdir. Ona görə də məhkəmədən xahiş edir ki, DƏMX-nin X3 müvafiq qərarının qüvvədə saxlanılması xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, ona tətbiq edilən ictimai işlər cəzasını tam çəkib qurtarmışdır. Ona görə də, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli MN1065409 saylı inzibati tənbeh tətbiq edilmə haqqında qərar qəbul edilmişdir. İş materialından görünür ki, xx.xx.2021-ci il tarixində Qax rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Eyni zamanda iş materialından görünür ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qanuni qüvvəyə minmiş qərarı 3(üç) ay müddətinə icra etmədiyinə görə onun barəsində Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən İXM-in 529.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixində MN 04699337 nömrəli inzibati protokol tərtib edilərək baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilmişdir. İş materialında olan Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli MN1065409 saylı saylı inzibati tənbeh tətbiq edilmə haqqında qərarından görünür ki, o Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000(üç min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materialından görünür ki, xx.xx.2021-ci il tarixində Qax rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materialında olan Qax rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli MN 04699337 nömrəli inzibati protokolundan görünür ki, Şəxs İXM-in 529.1-ci maddəsi ilə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qanuni qüvvəyə minmiş qərarı 3(üç) ay müddətinə icra etmədiyinə görə onun barəsində baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Şəki Regional Ərazi Şöbəsinin xx.xx.2021-ci il tarixli MN ******* qərarının icrasıyla bağlı icra məmuru tərəfindən zəruri icra tədbirləri həyata keçirilmiş, lakin borclu tərəfindən cərimə məbləği ödənilmədiyi üçün, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 (iki) ay müddətində icra edilmədiyi üçün icra məmuru tərəfindən Qax rayon Məhkəməsinə Şəxs barəsində 10 may 2022-ci tarixdə İXM-nin 529.1 maddəsi ilə inzibati protokol verilmişdir. Qax Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 3(024)-169/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən təqsirli bilinib barəsində 240 (iki yüz qırx) saat müddətində ictimai işlər inzibati tənbehi tətbiq edilmişdir. Şəxs Qax Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 3(024)-169/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən təqsirli bilinib barəsində 240(iki yüz qırx) saat müddətində ictimai işlər inzibati tənbehi tətbiq edilməsi səbəbindən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Şəki Regional Ərazi Şöbəsinin xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh tətbiq edilmə haqqında qərarı üzrə icraata tərəfindən 19 may 2022ci il tarixdə xitam verilmişdir. Şəxs Qax Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış yerlərdə 240(iki yüz qırx) saat müddətində ictimai işlərə cəlb edilməsi üçün tədbirlər görülmüş, ona elektron nəzarət vasitəsi tətbiq edilmiş, işləməsi üçün Qax Rayon İcra Hakimiyyəti Qax Kommunal Müəssisələri Kombinatına göndərilmiş, işlədiyi yerlərə müntəzəm baxış keçirilmiş, Qax Rayon İcra Hakimiyyəti Qax Kommunal Müəssisələri Kombinatının 31 avqust 2022-ci il tarixli 116 saylı cavab məktubuna əsasən Şəxs 240 (iki yüz qırx) saat yaşıllaşdırma və təmizlik sahələrində işləməklə, ictimai işlər inzibati tənbehi tam icra edilmişdir. Odur ki, icra məmuru tərəfindən Şəxs tətbiq edilmiş elektron nəzarət vasitəsi təhvil götürülmüş, 240(iki yüz qırx) saat müddətində ictimai işlər inzibati tənbehi tam şəkildə icra edildiyindən Qax Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 3(024)-169/2022 saylı qərarı Qax Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1.6.-cı maddəsində barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2023-cü il tarixli qərarında da İnzibati Xətalar Məcəlləsinin 145.1.6-cı maddəsinə müvafiq olaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verməsi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, bu cür hüquqi tənzimetmə hüququn hamılıqla qəbul edilmiş eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipindən irəli gəlir. Eyni əmələ görə təkrarən məsuliyyətə cəlb edilməyə yol verilməməsinə dair prinsip inzibati xətalar qanunvericiliyində də əks olunmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə müvafiq olaraq, bir inzibati xətaya görə iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu baxımdan çıxış edərək qanunverici barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin həmin qərarı icra etməməyə görə İnzibati Xətalar Məcəlləsinin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildiyi halda onun barəsində əvvəlki inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.1.-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Məhkəmə iş materiallarını nəzərdən keçirib Qax rayon İcra və probasiya şöbəsinin rəisinin izahatına hüquqi qiymət verərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci (İctimai işlər) maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Həmin Məcəllənin 156-1.1-ci (İnzibati tənbeh tətbiq etmə zamanı elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri) maddəsinə əsasən barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan ictimai işlər inzibati tənbehinin tətbiq edilməsini, cərimənin miqdarını nəzərə alaraq ictimai işlərin 240(iki yüz qırx) saat müddətinə müəyyən edilməsini və Qax Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 3(024)-169/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən təqsirli bilinib barəsində 240 (iki yüz qırx) saat müddətində ictimai işlər inzibati tənbehi tətbiq edilməsini, onun həmin ictimai işlərə cəllb edilərək yekunlaşdığını, həmin qərarın da icraatına xitam verilməsini, icra vərəqinin Qax rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmasını nəzərə alaraq, Şəxs həmin ictimai işlər təbeh tədbirini çəkdiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28, 43, 106-115, 117-ci və 145.1.6.-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən barəsində olan inzibati iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 38.1, 53 və 109.2-ci maddələrinə müvafiq olaraq xitam verilsin. Qax Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 3(024)-169/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən təqsirli bilinib barəsində 240(iki yüz qırx) saat müddətində ictimai işlər inzibati tənbehi tətbiq edilməsi, onun həmin ictimai işlərə cəlb edilərək ictimai işlərin yekunlaşması səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1.6-cı maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar