Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 3(024)-156/2025 28.04.2025 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq müəyyənetdi: Şəxs barəsində inzibati protokol tərtib edilmişdir ondan ötrü ki, sürücü yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə onun barəsində tərtib edilmiş EQ 25264160 №li inzibati protokol əsasında qəbul olunmuş qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş heç bir əsas olmadan icra etməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qax Rayon Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallar baxılıb barəsində tədbir görülməsi üçün Qax Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qax Rayon Polis Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qax Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə inzibati xəta törədən şəxsin və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, qərar Qax Rayon Məhkəməsinin qərarı ilə ləğv edilmiş, yenidən araşdırılması üçün Qax Rayon Polis Şöbəsinə qaytarılmışdır. Hazırda qüvvədə olan qərar yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sənədlər: İş materiallarına əlavə edilmiş İXP ******* №li, 09 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs barəsində EQ 25264160 №li qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş EQ 25264160 №li, 28 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə- 200 manat məbləğində cərimə nəzərdə tutulmuşdur. X2 sistemindən görünür ki, Şəxs 200 manat əsas, 120 manat dəbbə pulu məbləğində ödənilməmiş cərimə borcu vardır. Qax Rayon Məhkəməsinin 3(024)151/2025 №li, 22 aprel 2025-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi EQ 25264160 №li, 28 dekabr 2024-cü il tarixli qərarı qismən ləğv edilmiş və həmin iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikasının DİN-in Baş X1 İdarəsinə qaytarılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında materiallar baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Qax Rayon Məhkəməsinin 3(024)151/2025 №li, 22 aprel 2025-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi EQ 25264160 №li, 28 dekabr 2024-cü il tarixli qərarı qismən ləğv edilmiş və yenidən araşdırılması üçün Qax rayon Polis Şöbəsinə qaytarılmışdır. Hal-hazırda qüvvədə olan qərar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №3(024)-156/2025
Qax Rayon Məhkəməsi Qərardad — İş №3(024)-156/2025
28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver