Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-157/2024 24.06.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 və Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X3 iştirakları ilə. xx.xx.1987-ci ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Qax şəhəri, C.Cabbarlı küçəsi, döngə 3, ev 12-də qeydiyyatda olan və yaşayan, FİN-xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Qax rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Qax rayon İcra və Probasiya şöbəsinin rəisi X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN № ******* saylı protokol tərtib edilərək Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Qax Rayon Məhkəməsinin 2(024)-454 saylı xx.xx.2013-cü tarixli icra sənədi üzrə yaranmış 5620 (beş min altı yüz iyirmi) manat və Qax rayon məhkəməsinin 2(024)-719 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə yaranmış 2660 (iki min altı yüz altmış) manat aliment borcunu ödəməkdən boyun qaçırır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X10 protokolu müdafiə edərək göstərdi ki, Qax rayon Məhkəməsi tərəfindən verilmiş 2(024)-454 saylı xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay hər bir uşaq üçün 50 manat, cəmi 100 manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2009-cu il tarixdə doğulmuş X12 və xx.xx.2011-ci il tarixdə doğulmuş X5 18 yaşına çatanadək saxlanması üçün tələbkar X4 verilməlidir. İcra sənədi üzrə xx.xx.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. Həmçinin Qax rayon Məhkəməsi tərəfindən verilmiş 2(024)-719 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən ünvan 1 ünvanında yaşayan Şəxs hər ay sabit pul məbləğində bir uşaq üçün 70 manat məbləğində aliment alınaraq xx.xx.2015-ci ildə doğulmuş X7 18 yaşı tamam olanaq qədər saxlanması üçün Qax şəhəri, V.Eyvazov 36 ünvanında yaşayan X6 verilməlidir. Alimentin tutulmasına xx.xx.2016-cı il tarixdən başlanmalı və uşaq 18 yaşına çatana kimi davam etdirilməlidir. İcra sənədi üzrə xx.xx.2016-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar olaraq borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakın, banklarda pul vəsaitləri və ya başqa sərvətlərinin olub-olmaması, pensiya və müavinət alıb-almaması barədə müvafiq orqanlara sorğular verilmiş, nəticədə borclunun adına hər hansı əmlak, banklarda pul vəsaiti və ya başqa sərvətlərin olmadığı müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə borclu icra şöbəsində verdiyi izahatında Qax rayon Məhkəməsi tərəfindən verilmiş 2(024)-454 saylı xx.xx.2013-cü il tarixli icra vərəqəsi üzrə 5620 manat və Qax rayon Məhkəməsi tərəfindən verilmiş 2(024)-719 saylı xx.xx.2016-cı il tarxili icra vərəqəsi üzrə 2660 manat aliment borcunu maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini, hal-hazırda yaramış aliment borcunu ödəmək imkanının olmadığını və borcu yalnız iş olduqca hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak etməyən xx.xx.2013-cü il tarixli icra vərəqəsi üzrə tələbkar X8 da yaranmış 5620 manat aliment borcunun ödənilməsini tələb edir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən borclunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Qax rayonunda qaynaqçı işləyir. Daimi işinin olması hava şəraitindən çox asılıdır. Belə ki, yağış yağarkən onlar işləyə bilmirlər. 2024-cü ilin fevral ayına kimi bacardığı qədər aliment ödəməyə çalışıb. Həmin vaxtdan yaranmış aliment borcunu və hər ay aliment pulunu ödəyə bilmir. Əvvəllər də aliment pulu ödəmədiyi üçün inzibati qaydada həbs edilmişdir. Sonuncu dəfə 2021-ci ildə 10 (on) gün müddətində inzibati qaydada həbs olunmuşdur. Məhkəmədən qeyd edilən halların nəzərə alınmasını və inzibati məsuliyyətə cəlb edilməməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahat verərək göstərdi ki, Qax rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsinə əsasən Şəxs hər ay sabit pul məbləğində bir uşaq üçün 70 manat məbləğində aliment alınaraq xx.xx.2015-ci ildə doğulmuş X7 18 yaşı tamam olanaq qədər saxlanması üçün ona verilməlidir. Lakin Şəxs ona verməli olduğu aliment borcunu qərəzli olaraq ödəmir. Sonuncu dəfə 2024-cü ilin fevral ayında aliment pulu ödənilmişdir. Həmin vaxtdan bugünə qədər borclu yığılmış olan aliment borcunu və aylıq aliment pulunu ödəmir. Dəfələrlə ona zəng vuraraq aliment pulunu ödəməsini xahiş etsə də, sonuncu ona məhəl qoymamış, əvəzində isə onu təhqir etmişdir. Hətta borcluya təklif etmişdir ki, hər ay 70 manat aliment pulu və 30 manat aliment borcundan ödəməsinə də razıdır. Özünün səhhətində ciddi problemlər var. Şəxs şikayətçidir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədləri heç bir üzrlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində təmin edilməmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İş materialları ilə müəyyən edilir ki, icra sənədlərinin tələbləri borclu tərəfindən yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, qeyd olunan Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilmişdir ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növlərindən olan inzibati həbsin təyin edilməsi inzibati xəta törətmiş şəxsin şəxsiyyətinə və işin digər hallarına uyğun olar. Həmin tənbeh növü Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi həmin İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edir. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Qax rayon məhkəməsinin 3(024)- 208/2018 saylı xx.xx.2018-ci il tarixli qərardan Şəxs AR İXM-nin 528.1-ci maddəsində təqsirli bilinib 25 (iyirmi beş) gün, Qax rayon məhkəməsinin 3(024)-254/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından sonuncunun yenə də həmin məcəllənin 528.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 10 (on) gün müddətində inzibati həbs olunması müəyyən edilir. İcra vərəqələrinin icra şöbəsinin icraatına daxil olmasından uzun müddət vaxt keçməsinə baxmayaraq borclu tərəfindən aliment borcları ödənilməmişdir. Hə iki icra sənədi üzrə aliment borclarını ödəməməklə yanaşı, Şəxs 4 ay ərzində iki icra vərəqəsi üzrə də aylıq aliment pullarını ödəməməsi məhkəmə iclası zamanı müəyyən edildi. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarına görə Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” xx.xx.1997-ci il tarixli qərarında qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəmə baxışına hüquq xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qaşı” xx.xx.2002-ci il tarixli qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma Konvensiyasnın 6-cı maddəsində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.4-cü maddəsinə əsasən bu məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 17:20-dən hesablanmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nİn 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbeh növü tətbiq edilsin. Şəxs məhkəmə zalından həbs edilsin. Həbs etmənin əvvəli Şəxs məhkəmə zalından həbsə alındığı tarixdən yəni xx.xx.2024cü il tarixdən saat 17:20-dən hesablansın. Qərarın icrası Qax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Kərimov
Məhkəmə qərarları › İş №3(024)-157/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-157/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver