Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-162/2024 08.07.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Quliyev Elçin Feyzullah oğlunun katibliyi, Protokol tərtib etmiş Qax RPŞ-nin İTB-nin sahə rəisi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, FİN-xxxxxxx, xx.xx.1977-ci il tarixdə Qax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, il ərzində eyni inzibati xətanın törədilməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində operator vəzifəsində işləyən, əlilliyi olmayan, Qax şəhəri, M.Ə.Sabir küçəsi, döngə 1, ev 1-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qax Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qax RPŞ-nin İTB-nin sahə rəisi, X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:53-də Qax şəhəri M.Ə.Sabir küçəsində ünvansız nalayiq ifadələr işlədərkən onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Qax RPŞ-nin İTB-nin sahə rəisi, X2 protokola uyğun izahat verərək göstərdi ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə 102 zəng mərkəzinə müraciət etmişdir. Müraciətlə bağlı onlar vətəndaşın yaşadığı ünvana getmiş, həmin ünvanda Şəxs sərxoş vəziyyətdə onları təhqir etmiş və onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də bu barədə müvafiq protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, bir müddətdir ki, arvadı ilə aralarında münaqişə var. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə spirtli içki qəbul etmiş, daha sonra o şikayəti ilə bağlı 102 çağrı mərkəzinə zəng etmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş, bu zaman o əsəbi olduğu üçün nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Təqsirini etiraf edir. Əməlindən səmimi peşmandır. Belə hərəkətlərə bir daha heç vaxt yol verməyəcəkdir. Odur ki, barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid verdiyi ifadəsində Şəxs xx.xx.2024-cü il tarixdə 102 zəng mərkəzinə şikayətlə bağlı müraciət etdiyini, müraciətlə bağlı onların vətəndaşın yaşadığı ünvana getdiklərini, həmin ünvanda Şəxs sərxoş vəziyyətdə onları təhqir etdiyini və onların qanuni tələblərinə qəsdən tabe olmadığını bildirdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qax RPŞ-nin TQ-nun təhqiqatçısı, polis leytenantı Şahid tərəfindən yazılmış xx.xx.2024cü il tarixli raportdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 102 zəng mərkəzinə müraciət etmişdir. Müraciətlə bağlı onlar vətəndaşın yaşadığı ünvana getmiş, həmin ünvanda Şəxs sərxoş vəziyyətdə ünvansız nalayiq ifadələr işlətmiş və onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:10-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli alkotesterin nəticəsindən görünür ki, Şəxs spirtli içki qəbul edərək 1.464 promil sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və şahidin ifadəsini dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə göstərir ki, Şəxs polis işçisinin ictimai qaydanı mühafizəsi üzrə vəzifələrini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması iş materialları ilə təsdiqin tapır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sərxoş vəziyyətdə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, onu nizam-intizama dəvət edən polis əməkdaşlarına itaətsizlik göstərmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsini İXM-nin 33.1.7-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun əməlindən peşmançılıq hissi keçirməsini, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini, şəxsin əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini, həmçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi inzibati qaydada tutulmasını nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1, 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qax rayon məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Kərimov
Məhkəmə qərarları › İş №3(024)-162/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-162/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver