Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 3(024)-163/2024 24.07.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs X3 İstehsalçıları ictimai birliyinin rəhbəri X1, Protokolu tərtib edən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs X3 İstehsalçılarının ictimai birliyi barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu və əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, müəyyənetdim: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyəddin Allahverdiyev tərəfindən Şəxs X3 İstehsalçılarının ictimai birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə “28 iyun 2024-cü il tarixdə MN ******* nömrəli protokol tərtib edilərək Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs X3 İstehsalçılarının ictimai birliyi 2023-cü il üzrə maliyyə hesabatlarını Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməmiş və bununla da mühasibat uçotu haqqında qanunvericiliyin pozulmasına yol vermişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs X3 İstehsalçılarının ictimai birliyinin rəhbəri X4 izahat verərək bildirdi ki, həmin müəssisə X3nın tədarükü üzrə ixtisaslaşıb, lakin faktiki olaraq ictimai birlik uzun müddətdir ki, fəaliyyət göstərmir. Maliyyə əməliyyatları aparılmadığı üçün maliyyə hesabatları da nazirliyə təqdim edilməmişdir. Odur ki, inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli etibarnamə üzrə nümayəndəsi X5 Şəxs X3 İstehsalçılarının ictimai birliyinin fəaliyyət göstərməməsindən məlumatlı olduqlarını, bununla əlaqədar olaraq dəfələrlə ictimai birliyin rəhbəri Cüməli Əliyevlə söhbətlər aparıldığını və müəssisənin fəaliyyətinin dayandırılması üçün müvafiq orqanlara müraciət etməli olmasının izah olunduğunu qeyd etdi. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs X3 İstehsalçılarının ictimai birliyi barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə saat 10:30-a təyin edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, həmin materiala baxılması hakimin səlahiyyətlənə aid olmadığı halda inzibati xəta haqqında material Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinin tələbləri pozulmaqla Qax rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 462-ci (siyasi partiyalara münasibətdə) maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə inzibati qaydada məsuliyyət nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 795 nömrəli fərmanının 4.55-ci bəndinə əsasən həmin Məcəllənin 462.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur. Həmin fərmanın 5.56-cı bəndinə əsasən həmin Məcəllənin 462-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə bank olmayan kredit təşkilatlarına, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərə, investisiya fondlarına və onların idarəçilərinə, həmçinin sığorta, təkrarsığorta və sığorta vasitəçiliyinə münasibətdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, digər mühasibat uçotu subyektlərinə (kredit təşkilatları, siyasi partiyalar istisna olmaqla) münasibətdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi baxır. İnzibati xəta haqqında materialdan isə görünür ki, Şəxs X3 İstehsalçılarının ictimai birliyi siyası partiya, həmçinin kedit təşkilatı deyildir. Ona görə də, həmin məsələyə baxılması hakimin səlahiyyətlərinə aid deyildir. Protokolu tərtib edən müvafiq icra hakimiyyəti orqanının özü tərəfindən inzibati xətanın törədilib-törədilməməsi məsələsi qanunvericiliyə uyğun olaraq araşdırılıb həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 44-cü maddəsinə əsasən bu Məcəllənin 40, 41 və 43-cü maddələrində göstərilən hallardan başqa, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş digər inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanları baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-ü maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsi inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) dairəsini dəqiq müəyyən etmişdir. Sözügedən maddəyə əsasən, inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Xüsusilə qeyd edilməlidir ki, inzibati xətalar qanunvericiliyində göstərilən digər orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon (şəhər) məhkəmələri tərəfindən nisbətən böyük ictimai təhlükəli olan və daha ağır sanksiya ilə nəticələnə biləcək inzibati xətalara dair işlərə baxılır və bu işlərin dairəsi İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsi ilə müəyyən edilir. Qanunverici həmin Məcəllənin 43.3-cü maddəsində müəyyən etmişdir ki, Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən, həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə əsaslandırılmış qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 109.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsi baxımından həmin məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXMnin 128-ci maddəsinin tələbləri baxımından həmin məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İş materiallarını araşdıraraq belə qənaətə gəlirəm ki, Qax Rayon Məhkəməsinə göndərilmiş Şəxs X3 İstehsalçılarının ictimai birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan materiala baxılması hakimin səlahiyyətinə aid olmadığından İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Maliyyə Nazirliyinə geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, qəraraaldım: Qax Rayon Məhkəməsinə göndərilmiş Şəxs X3 İstehsalçılarının ictimai birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №3(024)-163/2024
Qax Rayon Məhkəməsi Qərardad — İş №3(024)-163/2024
24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver