Məhkəmə qərarları › İş №3(024)-165/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-165/2023

06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-165/2023 06.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Qax rayon Məhkəməsinin hakimi Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. Şəxs-xx.xx.1947-ci ildə Rusiya Federasiyası, Dağıstan MR, Rutul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qax şəhəri, Ə.Sultanov küçəsi,1 ünvanında qeydiyyatda olan, FİN-xxxxxxx Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə Qax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 18 may 2023-cü il tarixli MN 1197926/511 saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, Qax şəhəri, C.Cabbarlı küçəsində yerləşən özünə məxsus avto yuma məntəqəsində tullantı sularını kənara təyinatsız axıtmışdır. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qax rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Şəxs Qax şəhəri, C.Cabbarlı küçəsində yerləşən özünə məxsus avto yuma məntəqəsində tullantı sularını kənara təyinatsız axıtmışdır. Araşdırma nəticəsində Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin tərkibi olduğundan onun barəsində 18 may 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında MN 1197926/511 saylı protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib göstərdi ki, o, Qax şəhərində yaşayır. Qax şəhəri, C.Cabbarlı küçəsində ona məxsus avto yuma məntəqəsi vardır. Həmin avtoyuma məntəqəsindən kənara çirkab suları axıdılmışdır. Bu hərəkətinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hərəkətindən peşmandır. Məhkəmədən ona köməklik edilməsini xahiş etdi. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Şəxs məxsus avtoyuma məntəqəsindən çirkab suları kənara axıdılmışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və özünün səmimi etirafı və işə olan fotoşəkillərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati tənbeh təyin edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətindən səmimi peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini işdə onun məsuliyyətini yüngülləşdirici hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs həmin maddənin sanksiyası daxilində təqsirli bilinib inzibati qaydada cərimə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43, 84, 106, 109, 114 və 115-ci maddələrini rəhbər tutub məhkəmə, qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə təqsirli bilinərək 100(bir yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar