Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-166/2024 23.07.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Protokol tərtib etmiş Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1961-ci il tarixdə İmişli rayonu Bəhrəmtəpə Qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, eyni inzibati xətanı törətdiyinə görə il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, işsiz, əlilliyi olmayan, Qax rayonu İlisu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Qax Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı və MN ******* saylı protokollar tərtib edilərək Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokollarda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində Qax rayonu İlisu kəndinin ərazisində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs söyüb təhqir etmiş, həmçinin onun boyun nahiyyəsinə qəsdən şillə vurmaqla ona fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X3 protokola uyğun izahat verərək əlavə olaraq göstərdi ki, Şəxs ilə Zərərçəkmiş şəxs bir-neçə ildir ki, bir-birini tanıyırlar. Həmzəyeva X1 yerləşən “Ulu Körpü” adlanan yerdə ərazini icarəyə götürərək çayxana işlədir. Zərərçəkmiş şəxs çayxananın qarşısına atını bağladığı üçün Şəxs narazılığını bildirmişdir. Həmin vaxt onların arasında mübahisə düşmüşdür. Elşənin dediyinə görə Məlahət onu nalayiq ifadələrlə söyüb təhqir etmiş və vurmuşdur. Zərərçəkmiş şəxs yüngül dərəcəli xəsarətlər yetirilməsinə görə ekspert rəyi verilmişdir. Odur ki, Şəxs barəsində qanuni inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaları törətdiyini etiraf edərək bildirdi ki, hadisə baş verməzdən əvvəl Elşən ona həmin ərazidə ona məxsus atın sürəcəyini demiş, o, isə Elşən tərəfindən atın sürülməsinə etiraz etmiş və iradını bildirmişdir. Elşən isə “onda bu atı satım?” deyə soruşmuşdur. O isə atı satmamasını, gedib işləməsini bildirmişdir. Həmin ərazidə atın sürülməsinə qadağa qoyulmuşdur. Onun oğlu anadangəlmə xəstədir. Epillepsiyası var və əlildir. Zərərçəkmiş şəxs atını ərazidə olan turbaya bağlayaraq ona atına yaxın getməməsini demiş, onun atını buradan açanın ünvanına nalayiq sözlər demişdir. O, Elşənin yanına gəlmiş və Elşəndən nə dediyini soruşmuşdur. Elşən onu ona söyməsinə təhrik edərək və özünə məxsus olan mobil telefonla onun videosunu çəkməyə bsaşlamış və videoçəkiliş apardığını demişdir. O Elşənin xahişini yerə salmamış, nalayiq ifadələrlə onu söyüb təhqir etmişdir. Elşən onu vurmasını dedikdə əlini onun köynəyinə atmış, həmin vaxtı ürəyi getmişdir. Elşən isə onun bu vəziyyətinə gülməyə başlamışdır. Həmin vaxtı onu gözünün kapilyar damarı partlamışdır. Lakin o özünə sığışdırmamışdır ki, gözünün şəklini çəkərək gedib onu həbs etdirsin. Bundan sonra Elşənin anasının yanına getmiş, oğluna onlardan əl çəkməsini onun xəstə uşağı olmasını demişdir. Etdiyi hərəkəti və təqsirini boynuna alır. Hər iki əməldə özünü təqsirli bilir. Əlacı olsa idi həmin vaxt Elşəni öldürərdi. O xəstə narkozlu adamdır. Elşənnən bir daha üz-üzə gəlməsini istəmir. İnfaktdan yenicə ürəy əməliyyatı olunmuşdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, hadisə baş verənə qədər Şəxs ilə araların da heç bir düşmənçilik və ədavət olmamış, bəzən çaxnaşmalar olmuşdur. Həmin “Ulu Körpü” adlanan ərazinin bir hissəsi Şəxs icarəyə götürdüyü ərazidir və kənarları bağlıdır. Onun atı həmin yerə ayaq basa bilməz. Bir hissəsi qoruq ərazisidir. Oraya atın daxil olmasına icazə yoxdur. Qalan hissə isə bələdiyyəyə aid torpaq sahəsidir və həmin ərazidə heç kəs deyə bilməz ki, at çapmaq olmaz. Həmin ərazidə istirahətə gələn vətəndaşlar avtomobillərini saxlayır, şəkil çəkdirir və yaxud atla şəkil çəkdirir, ata minir və oradan keçib başqa kafelərə gedirlər. O, atını həmin ərazidə işlədir. Desələr ki, həmnin əraziyə daxil olmağa qanunla icazə yoxdur o da daxil olmayacaq. Həmin gün özünün atına baxan İbrahim adlı şəxsin yanına gəlmiş, İbrahim ona Məlahətin atı işlədiyi yerdə işlətməyə icazə vermədiyini demişdir. O, da atını tutaraq Məlahətgilin işlətdiyi çayxannın sərhəddində olan turbaya bağlamış və onun atına heç kəsin dəyməyəcəyini demişdir. Bu zaman Məlahət “eyy, sən nə deyirsən” deyərək qaçıb onun üstünə gəlmiş, onun ünvanına nəşəxor, narkoman ifadələrini işlətmiş və oradan keçərək aşağıya getmiş, bir müddətdən sonra geriyə qayıdaraq onun ünvanına nalayiq ifadələr işlətmişdir. O isə Məlahətə sağol deyərək məhkəmədə görüşəcəklərini demişdir. Bundan sonra Məlahət onun yanına gələrək onun boğazına əl ataraq cırmaqlamış, o isə geri çəkilmişdir. Özünə məxsus mobil telefonla qeyd edilən hadisənin videosunu qeydə almışdır. İnzibati xəta törədən şəxs Şəxs şikayətçidir. Onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhəkəm iclasında şahid X4 ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun dostudur. Elşənin atını sürən zaman Məlahətgil böyük bir problem yaradırlar, çünki Məlahətgil özləri də həmin ərazidə at saxlayırlar. O, Elşənə zəng etmiş, Elşən də həmin vaxtı “Ulu Körpü” yə gəlmişdir. Məlahətgil Elşən və ona söz atsalar da Elşən onlara heç bir söz deməmişdir. Məlahət atı yığışdırmasını tələb etmiş, həmin vaxt mübahisə yaranmış, Məlahət Elşəni vurmuş, təhqir etmiş, onu narkoman və nəşəxor adlandırmışdır. Video görüntülərdə hər şey görünür. Daha sonra Həmzə gələrək Elşəni vurmaq istəmiş, lakin onu polis tutub saxlamışdır. Elşən isə mobil telefonla videoçəkiliş aparmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXMnin 157 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə göstərir ki, Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi, döymə və sair zorakı hərəkətlərlə fiziki ağrı yetirməsi iş materialları ilə təsdiqin tapır. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs adıçəkilən Məcəllənin 157 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İnzibati Xətalar Məcəlləsinin daha ciddi xəta hesab edilən 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini səmimi etiraf etməsini İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmin normaya əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır. Həmin Qanunun 6-cı maddəsinə əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət tədbirlər görür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını, əksinə məsuliyyəti yüngülləşdirən halın olmasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, qadın olmasını, həmçinin inzibati həbsin tətbiq edilməsi üçün hər hansı müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi inzibati tənbehin məqsədinə nail olunması baxımından qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində 300 (üç yüz) manat cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qax rayon məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №3(024)-166/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-166/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver