Məhkəmə qərarları › İş №3(024)-169/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-169/2024

02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-169/2024 02.08.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, X2 Romikoyeviçin iştirakı ilə. xx.xx.1989-cu ildə Qax rayonu Qax İngiloy kəndində anadan olmuş, evli, ali təhsilli, öz deməsinə görə əvvəllər məhkum olunmamış, eyni inzibati xətanı törətməyə görə il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, Qax şəhəri, M.Müşviq küçəsi., ev 8-də qeydiyyatda olmaqla yaşayan, FİN: xxxxxxx Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qax RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru, polis serjantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərək Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs “Opel Astra” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Qax rayonu, Marsan kəndində yaşayan Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs ifadə verərək bildirdi ki, hadisə xx.xx.2024-cü il tarixdə Qax şəhəri H.Əliyev prospektində Qax rayon mərkəzi istiqamətində hərəkətdə olarkən baş vermişdir. Hadisədən dərhal sonra zərərçəkmiş şəxs digər avtomobil ilə xəstəxanaya aparılmış, özü isə hadisə yerində polis əməkdaşlarının gəlməsini gözləmişdir. Zərərçəkmiş şəxsə və onun avtomobilinə dəyən ziyan onun tərəfindən tam ödənilmişdir. Hadisədən sonra hətta Zərərçəkmiş şəxs müayinə olunmaq üçün Zaqatala rayonuna xəstxanaya da aparmışlar. Zərərçəkmiş şəxsin ondan hazırda hər hansı şikayəti və tələbi yoxdur. Hadisə təsadüfən baş vermişdir. Təqsirini etiraf edir. Səmimi peşmançılıq çəkir. Odur ki, barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Protokol tərtib edən Qax RPŞ-nin nümayəndəsinə və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan: Cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində AR CM-nin 263.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün qərarın surətinin Qax RPŞ-nin X7 Bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞnin Qax Rayon Şöbəsinin 84 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Qax RMX PHŞ-da Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənəddə qeyd edilənlərə görə, xx.xx.2024-cü il tarixdə nevropatoloq tərəfindən müayinə olunmuş və ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi diaqnozu qoyulmuşdur. Həmin diaqnozda qeyd edilmiş baş beyin silkələnməsi – bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, eləcə də yardım üçün Qax MRX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜl zərər vurmaya aiddir. Həmin araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12:45 radələrində sürücü Şəxs idarə etdiyi Opel Astra minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhəri, H.Əliyev prospektində üzü Qax şəhər mərkəzi istiqamətində hərəkətdə olan zaman idarə etdiyi avtomobilin qabaq hissəsi ilə onunla eyni istiqamətdə öndə hərəkətdə olan X1 idarə etdiyi Vaz 21011 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurub toqquşmuş və nəticədə Vaz 21011 markalı avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri almışdır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs təqsirini etiraf edib səmimi peşman olmasını İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qax rayon məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar