Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-172/2024 02.08.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, X4 Məhəmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, FİN-xxxxxxx, xx.xx.1961-ci ildə Qax rayonu Zərnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, öz deməsinə görə əvvəllər məhkum olunmamış, il ərzində eyni inzibati xətanı törətdiyinə görə inzibati məsuliyyətə cəlb edilməmiş, əlilliyi olmayan, işsiz, Qax rayonu, Ağçay kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 24 iyul 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs məxsus “Range Rover” minik markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol şüşəsini sındırmaqla Zərərçəkmiş şəxs 400 (dörd yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin Qax rayonu ərazisində özünə məxsus evləri vətəndaşlara günlük kirayəyə verir. Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə ona Qax rayonu, Ağçay kəndində yerləşən evdə iki gün kirayədə qalmaq üçün onlara müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində yaşadıqları evdə olan zaman evlərində kirayəşin qalan Bakı şəhər sakini Elməddin adlı şəxsin həyat yoldaşı Nuranə adlı xanım aralarında kirayə ödənişinə görə yaranan mübahisə zamanı onun üzərinə hücum çəkmiş, itələmiş, nalayiq ifadələrlə söyüb təhqir etmiş, özü isə əsəbləşərək yerdən götürdüyü daşı Elməddinə məxsus Range Rover markalı avtomobilin arxa yan şüşəsinə vurmuşdur. Bundan sonra Elməddin və həyat yoldaşı onunla mübahisə etmiş, Elməddinin həyat yoldaşı Nuranə onun sol qolundan tutub cırmaqlamış, Elməddin isə onun sağ qolundan tutub itələmişdir. Həmin şəxslər evi tərk etdikdən sonra görmüşdür ki, evində olan şüşə jurnal stolu sındırılmışdır. Zərərçəkmiş şəxsə məxsus olan avtomobilin arxa sol şüşəsinə daş ilə vurmasını və avtomobilə maddi ziyan dəyməsini etiraf edir. Özünü həmin əməldə təqsirli bilir. Əməlindən səmimi peşmandır. Odur ki, barəsində qərar qəbul edərkən qeyd edilən halların nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs X3 xx.xx.2024-cü il tarixində Qax Rayon Məhkəməsinə teleqramla müraciət edərək, xx.xx.2024-cü il tarixinə təyin edilmiş məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və Şəxs cəzalanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X1 şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi, Şəxsnun əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin barəsində inzibati qaydada tədbirin görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Qax RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Qax Avtomotoservis və Ticarət Müəssisəsinin xx.xx.2024-cü il tarixli 54 nömrəli Aktından görünür ki, zərərçəkmiş şəxs X2 ümumilikdə 400 manat məbləğində zərər dəymişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi Şəxs etirafedici izahatı və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici ifadəsi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddədə az miqdar dedikdə 5000 manatdan artıq olmayan məbləğ nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnun təqsirini etiraf edib səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxsnun məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, il ərzində ilk dəfə inzibati xəta törətməsini, səmimi peşmançılığını, qadın olmasını nəzərə alaraq hesab edir ki, Şəxsnun törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib vurulmuş ziyanın bir misli miqdarında, yəni 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qax rayon məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Kərimov
Məhkəmə qərarları › İş №3(024)-172/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-172/2024
02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver