Məhkəmə qərarları › İş №3(024)-174/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-174/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-174/2023 12.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə. Şəxs-FİN-xxxxxxx, xx.xx.1968-ci ildə Zaqatala rayonu Dağlı kəndində anadan olmuş, Zaqatala rayonu Dağlı kəndində qeydiyyatda olan və yaşayan, Onun barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Qax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Qax Qorağan yolunun 1-ci klm-də nəzarət etdiyi xırdabuynuzlu sürünü yolda nəzarətsiz qoymuş və nəticədə qəflətən Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes benz” C230 minik markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomaşının qarşısına çıxmış, nəticədə xırdabuynuzlu keçi avtomaşına dəyərək həmin avtomaşının sahibinə maddi ziyan vurmuşdur. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Qax Qorağan yolunun 1-ci klm-də etibarnamə ilə idarə etdiyi “Mercedes benz” C230 minik markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən yolda anidən qarşısına xırdabuynuzlu keçi çıxmış və nəticədə keçi onun maşınına dəyərk maşının sağ ön işıq farasını və buferini qırmışdır. Hadisə zamanı maşınına 435 manat maddi ziyan dəymişdir. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı ilə yanaşı, iş materialları ilə tam sübuta yetirilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Mercedes benz” c230 minik markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomaşına 335 manat ehtiyyat hissələri və 100 manat xidmət xərci olmaqla, ümumilikdə 435 manat ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və həmin maddənin sanksiyasına uyğun olaraq inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43,84,106,115,117-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80(səksən) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar