Məhkəmə qərarları › İş №3(024)-180/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-180/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-180/2023 23.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs Qax rayon Statistika İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs müalicə pansionatının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə. Şəxs müalicə pansionatının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qax rayon Statistika İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Şəxs müalicə pansionatı tərəfindən 2022-ci il üzrə təqdim edilmiş 1-əmək (illik) rəsmi statistik hesabatının İV bölməsinin 33 və 34-cü sətrləri arasında uyğunsuzluğun olması və 34-cü sətrə səhv göstəricinin daxil edilməsi aşkar edilmişdir. Ona görədə Şəxs müalicə pansionatı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə 08 iyun 2023cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax rayon Statistika İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Şəxs müalicə pansionatı tərəfindən edilmiş 1-əmək (illik) rəsmi statistik hesabatının İV bölməsinin 33 və 34-cü sətrləri arasında uyğunsuzluğun olması və 34-cü sətrə səhv göstəricinin daxil edilməsi aşkar edilmişdir. Bu səbəbdən Şəxs müalicə pansionatı barəsində onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə 08 iyun 2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs müalicə pansionatı barəsində qanuna müvafiq qaydada tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs müalicə pansionatının etibarnamə üzrə nümayəndəsi X3 izahat verərərək göstərdi ki, Qax Statistika idarəsi 2022-ci il üzrə təqdim edilmiş 1 əmək illik rəsmi statistika hesabatının 33 və 34-cü şərtləri arasındakı uyğunsuzluğa təmsil etdiyi müəssisəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən hesabat təqdim edildikdən 2 ay keçdikdən sonra 08 iyun 2023-cü il tarixində inzibati xəta haqqında MN ******* saylı protokol təqdim edərək Qax Rayon Məhkəməsinə göndərmişdir. Uyğunsuzluğu aradan qaldırmaq üçün müəssisəyə bildiriş təqdim edilməli və müəssisə uyğunsuzluğu aradan qaldırmalı idi. Hesabatın İ bölməsinin 1 sütununda qadınların sayı 16, İİ sütunda isə mexaniki olaraq 15 nəfər düşmüşdür. Odur ki, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı Şəxs müalicə pansionatı tərəfindən 2022-ci il üzrə təqdim edilmiş 1-əmək (illik) rəsmi statistik hesabatının 33 və 34-cü sətrləri arasında uyğunsuzluq olması tərəflərinin nümayəndələrinin izahatları, işin faktiki halları və iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh təyin edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müalicə pansionatının ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini işdə məsuliyyəti yüngülləşdirici hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müalicə pansionatının məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müalicə pansionatı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və o, Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsinin sanksiyası daxilində cərimə edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43,84,106,114,115, 117-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müalicə pansionatı (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar