Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-181/2023 12.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs Qax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakı ilə. FİN-xxxxxxx, xx.xx.1970-ci ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Qax şəhəri, S.Vurğun küçəsi, ev1də yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Qax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə qonşusu X3 qardaşı X1 xidmət etdiyi hərbi hissədən Qax rayonuna yaxın hərbi hissələrdən birinə köçürəcəyini vəd edərək 500 manat pulunu talamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X5 məhkəmə iclasinda izahat verərək göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə qonşusu X3 qardaşı Elsevər Əhmədovu xidmət etdiyi hərbi hissədən yaşadığı rayonun ərazisinə yaxın hərbi hissəyə köçürülməsinə köməklik göstərəcəyini vəd edərək 500 manat pulunu talamışdır. Ona görə də tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib göstərdi ki, o Qax şəhərində yaşayır. X6 onun qonşusudur. xx.xx.2022-ci il tarixdə İlhamın qardaşı Elsevər Əhmədovu 500 manat müqabilində xidmət etdiyi hərbi hissədən Qax rayonunun ərazisinə yaxın hərbi hissəyə köçürdəcəyinə söz vermiş, lakin həmin pulu aldıqdan sonra vədinə əməl etməmişdir. X4 aldığı 500 manat pulu maddi imkanı ilə əlaqədar ona qaytara bilmir. Məhkəmədən hərəkətindən peşman olduğunu nəzərə alaraq ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək göstərdi ki, onun qardaşı Elsevər Əhmədov hərbi qulluqçudur. xx.xx.2022-ci il tarixdə Şəxs onun qardaşını Qax rayonuna yaxın bir hərbi hissəyə köçürdəcəyini vəd etmiş və ondan 500 manat pul almışdır. Lakin Taleh vədinə əməl etməyərək onu aldatmışdır. Eyni zamanda Taleh ondan aldığı 500 manat pulu da qaytarmamışdır. Şəxs şikayətçidir. Onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və özünün səmimi etirafı, zərərçəkmiş şəxsin izahatları ilə tam sübuta yetirilmişdir. İnzibati tənbeh təyin edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Belə olan halda hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və həmin maddənin sanksyasına uyğun olaraq inzibati qaydada həbs edilməlidir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 10 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin günü saat 14:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan “Material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 fevral 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət təqibinin və material üzrə cinayət işinin başlanması rədd olunmuş və Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Qax RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən “Barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olubolmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər”. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən “İnzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır”. Şəxs inzibati qaydada tutulmasının əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan, yəni 10 iyun 2023-cü il tarixdə saat 14:00-dan hesablanmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 84, 106, 109, 114 və 115-ci 128-130-cu maddələrini rəhbər tutub məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və bir ay müddətə inzibati həbs tənbeh növü tədbiq edilsin. Həbs etmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu 10 iyun 2023-cü il tarixdə saat 14:00-dan hesablansın. Qərarın icrası Qax RPŞ-nə həvalə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Qax rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №3(024)-181/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-181/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver